Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-173/2024 29.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı üçüncü şəxslər X6 və Qusar rayon Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı üçüncü şəxslər şəxslər X6 və Qusar rayon Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən 0.02126 ha və 0.29 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli üç otaqlı evin mərhum qızı X9 məxsus miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması və həmin mirasdan ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qsuar rayon Məhkəməsinə ərizə təqdim edərək Azərbaycan Respublikasının MPMnin 53-cü maddəsinə əsasən bildirmişdir ki, onun təqdim etdiyi iddia ərizəsində mexaniki olaraq səhvən anası Səfərəliyeva (Məmmədova) Asya Rza qızının əvəzinə qızı Səfərəliyeva (Məmmədova) Asya Rza qızı kimi qeyd edilmişdir. İddia ərizəsinə düzəliş edilməsini iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən 0.02126 ha və 0.29 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli üç otaqlı ev hazırda onun istifadəsindədir. Hazırda həmin evdə onun himayəsində olan qardaşı X12 və onun ailə üzvləri ilə birlikdə yaşayır. X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri o, yəni İddiaçı və onun himayəsində olan qardaşı X12 qalmışlar. Hazırda ev faktiki olaraq onun himayəsindədir. X1 vəfat etdiyi vaxtdan indiyədək Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən 0.02126 ha və 0.29 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli üç otaqlı evə o sahiblik edir. Baxmayaraq ki, həmin şəxs mirası qəbul etməmiş, onun evinə faktiki sahiblik etməyinə də etiraz etməmişdir. O, mərhum anasının miras kütləsinə daxil olan həmin evin və torpaq sahəsinin adına rəsmiləşdirmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş və həmin ofisin notariusu mirasın qəbulu müddəti ötürüldüyündən onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Yuxarıda qeyd etdiyi kimi anası vəfat etdiyi vaxtdan indiyədək heç kim mirası qəbul etməmiş, nə də bundan imtina etməmiş, yalnız susmaqla kifayətlənmişdir. Mirasın açıldığı vaxtdan 10 ildən artıq müddət keçmişdir. O isə, həmin mirası faktiki olaraq qəbul edərək ona sahiblik edir. Bundan başqa, mərhum anasının digər vərəsəsi olan onun himayəsində olan qardaşıda qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etmədiyindən, hazırda da qəbul etmək niyyəti olmadığından mirasdan ona da pay verilməməlidir. Beləliklə, mərhum anasının mirasını hazırda onun hüququ vardır. Mərhum anasının miras kütləsinə daxil olan yuxarıda göstərilən Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən 0.02126 ha və 0.29 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli üç otaqlı ev onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülsədə, həmin evi mülkiyyətçi kimi istifadə etmiş, hazırda da istifadə edir. Odur ki, həmin müddət uzadılmalıdır. Həmçinin, hesab edir ki, mərhum anasının yuxarıda göstərilən Qusar rayonu Ləyər- qışlaq kəndində yerləşən 0.02126 ha və 0.29 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli üç otaqlı evin qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin miras ona verilməlidir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri o, yəni İddiaçı və onun himayəsində olan qardaşı X12 qalmışlar. Hazırda ev faktiki olaraq onun himayəsindədir. O, qardaşı X5 qəyyumudur. Anası vəfat etdikdən sonra həmin torpaq sahələrinin vergilərini o, ödəmişdir. Odur ki, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 113 saylı arayışdan görünür ki, X4 vəfat etdiyi günə kimi ünvan 1 ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. İddiaçı, X12. İşdə olan AZ-İ 819375 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci ildə ünvan 1ində ölmüşdür. İşdə olan 12 may 2017-ci il tarixli 24 saylı Qusar rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının surətindən görünür ki, İddiaçı Qusar rayonu Ləyər qışlaq kəndində yaşayan, 08 avqust 1966-cı ildə anadan olmuş, İ qrup əlil qardaşı X14iu üzərində qəyyum təyin edilmiş və onun şəxsi və əmlak hüquqlarının qorunması İddiaçı həvalə edilmişdir. İşdə olan seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Ləyərqışlaq kəndində, istifadəsində olan 0.02126 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.1 kv.m yaşayış, 33.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan JN-072F KOD 30123038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon aqrar islahat komissiyasının 21 iyul 1998-ci il tarixli 2 saylıqərarı ilə X7 və X10 Qusar rayonu Ləyərqışlaq kəndi ərazisindən 0.29 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160. fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1243.1. mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən 0.02126 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli üç otaqlı ev və 0.29 ha torpaq sahəsi X3 məxsus olmuşdur. X4 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum anasının miras kütləsinə daxil olan həmin evin və torpaq sahəsinin adına rəsmiləşdirmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş və həmin ofisin notariusu mirasın qəbulu müddəti ötürüldüyündən onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ərizəçinin anası öldükdən sonra anasına məxsus əmlakı o idarə etmişdir. Həmçinin qardaşının qəyyumu təyin edilmişdir. Səfərəliyeva (Məmmədova) Asya Rza qızının ölümündən sonra qalan vərəsələr İddiaçı və X8r. X12 mirası qəbul edilməsi ilə hərəkət etmədiyindən və məhkəmədən xahiş etmədiyindən İddiaçı ərizəsi təmin edilməlidir. Ona görə də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.02126 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli üç otaqlı evin və 0.29 ha torpaq sahəsinin mərhum X9 məxsus miras əmlak kimi mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmalı və həmin mirasdan İddiaçı ona məxsus miras payı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən 0.02126 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli üç otaqlı evin və 0.29 ha torpaq sahəsinin mərhum X9 məxsus miras əmlak kimi mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın və həmin mirasdan İddiaçı ona məxsus miras payı vərəsəlik qaydasında mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-173/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-173/2024
29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver