Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-176/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nun, “Ərizəçi2 Ummətulla qızı”nın, “Maraqlı şəxs1”nun və “X5”nun adlarına verilmiş JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X7 xx xxx 1998-ci il tarixli 10/1 saylı qərarına əsasən onun, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs1 mülkiyyətlərinə Qusar rayonu Piral kəndi əraizisindən 2.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Həmin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun adı səhvən “İzamuddin”, Ərizəçi2 ata adı səhvən “Ummətulla”, Ərizəçi3 soyadı səhvən “İskəndərova” kimi qeyd edilmişdir. Bu yaxınlarda o, JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındaki torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs1 və ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi3 və Maraqlı şəxs1, Ərizəçi1 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi2 məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyinə görə işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Ərizəçi2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X7 xx xxx 1998-ci il tarixli 10/1 saylı qərarına əsasən X1, Ərizəçi2 Ummətulla qızının, Maraqlı şəxs1 və X2 mülkiyyətlərinə 2.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 tərəfindən Ərizəçi1 ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli **********74 saylı cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 693 nömrəli Arayışdan görünür ki, JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 adı səhvən “İzamuddin”, Ərizəçi2 ata adı səhvən “Ummətulla”, Ərizəçi3 soyadı səhvən “İskəndərova” kimi yazılmış, əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq yazılmalıdır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1980-ci il tarixdə Qusar rayonu Piral kəndində anadan olmuş və Qusar rayonu Piral kəndində qeydiyyatda olan Maraqlı şəxs1 İzamədin oğluna məxsusdur. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1953-cü il tarixdə Qusar rayonu Piral kəndində anadan olmuş və Qusar rayonu Piral kəndində qeydiyyatda olan X3 məxsusdur. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş və hazırda Qusar rayonu Piral kəndində qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1984-cü il tarixdə Azərbaycanda anadan olmuşdur. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 və Maraqlı şəxs1 izahatlarını dinləyib iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nun, “Ərizəçi2 Ummətulla qızı”nın, “Maraqlı şəxs1”nun və “X5”nun adlarına verilmiş JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nun, “Ərizəçi2 Ummətulla qızı”nın, “Maraqlı şəxs1”nun və “X5”nun adlarına verilmiş JN-4xx xxx 30119018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs1 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-176/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-176/2021
04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver