Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-176/2025 08.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qusar şəhər Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Qusar şəhər Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4ə-508 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 31 iyul 2014-cü il tarixli 4Ə-20 № ilə reyestrdə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən atası X4 tərəfindən onun mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 hektar toıpaq sahəsi ilə, ona bağışlanmışdır. Evin həyətyanı torpaq sahəsi sənəd üzrə 0,06 hektar olsa da faktiki istifadə olunan torpaq sahəsi 0,0875 hektardır. Sənəddə göstəriləndən artıq 0,0275 hektar torpaq sahəsi, fərdi yaşayış evi torpaq sahəsi ilə ona bağışlananda, atasının istifadəsində olmuşdur. Atasının istifadəsində olmuş 0,0275 ha torpaq sahəsi Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli 03 saylı Qərarı ilə Cavabdeh1 satılmışdır. Bu hal ona məlum olanda Qusar bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh1) 30 mart 2018-ci il tarixli 03 saylı Qərarınm ləğv edilməsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə tərəfindən iddiasının təmin edilməməsinə dair 2-1(85)-1850/2019 saylı, 25 dekabr 2019-cu il tarixli Qərar qəbul edilmişdir. Qərardan onun tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin Qərarının və torpaq sahəsinin satılmasına dair Qusar bələdiyyəsinin Qərarının ləğv edilməsinə dair 2-l(105)-227/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli Qərar qəbul edilmişdir. Üçüncü şəxs S. Paşayeva Qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-66/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1 (105)-227/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş, təkrar baxılması üçün, həmin Məhkəməyə qaytarılmışdır. İşə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən yenidən baxılmış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli Qərarının ləğv edilməsinə və iddianın təmin edilərək Qusar rayonu X3 Sevda Hacıbəy qızına 0,0275 hektar torpaq sahəsinin satılmasına dair 30 mart 2018-ci il tarixli 03 saylı Qərarınm ləğv edilməsinə dair 2-1(105)-4/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Qərar qanun qüvvəsini almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin Qərarı ilə digər hallarla bərabər aşağıdakı hallar da müəyyən edilmişdir: apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının (yəni onun) mülkiyyətinə qanuni əsaslarla keçmiş 0,06 ha torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan torpaq sahəsidir. Tətqiq edilmiş sübutlar həmin qeyri-qanuni istifadə edilən torpaq sahəsinin bələdiyyəyə geri qaytarılmasının mümkünsüzlüyü qənaətinə gəlməyə kifayət edir; iddiaçının (yəni onun) “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyə qərarını mübahisələndirmək hüququ vardır, çünki onun (yəni onun) həmin torpaq sahəsi ilə bağlı gözlənilən mülkiyyət hüququ vardır. Qusar bələdiyyəsi tərəfindən 0,0275 hektar torpaq sahəsinin S. Paşayevaya satılması haqqında qərar qəbul ediləndən sonra onunla bələdiyyə arasında Qusar notariat ofisində xx.xx.2018-ci il tarixində 4ə-508 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış və S. Paşayeva həmin müqaviləyə əsasən xx.xx.2018-ci il tarixli, **********50 reyestr nömrəli çıxarış əldə etmişdir. Çıxarışın ləğv edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsində onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, çıxarışın ləğv edilməsi öhdəliyinin 5 saylı Xaçmaz ərazi idarəsinin üzərinə qoyulmasına dair iddia qaldırılmış, məhkəmə tərəfindən iddia tələbinin mümkün sayılmamasına dair 2l(118)-1521/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Qərardadda göstərilir ki, torpaq sahəsinin satılmasına dair bələdiyyənin Qərarı ləğv olunsa da qeyd edilən çıxarışın verilməsinə səbəb olmuş xx.xx.2018-ci il tarixli, 4ə-508 reyestr nömrəli hüquqmüəyyənedici sənəd olan alqı-satqı müqaviləsi qüvvədədir, alqı-satqı müqaviləsinin qanunsuz və ya və qanuni olması məsələsinə ayrıca iddia predmeti olmaqla mülki mühakimə icraaatı qaydasında baxılması zəruridir. Həmçinin Qərardadda qeyd edilmişdir ki, mövcud vəziyyətdə torpaq sahəsininə dair verilmiş çıxarışın ləğv edilməsinə dair mübahisəyə də mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərdən nəticəyə gəlmək olur ki, mübahisəli torpaq sahəsinin cavabdeh S. Paşayevanın adına dövlət qeydiyyatına alınaraq ona verilmiş xx.xx.2018-ci il tarixli, **********50 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün, S. Paşayeva ilə Qusar bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4ə-508 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi zəruridir. Qeyd edilən çıxarış ləğv edilmədən mübahisəli torpaq sahəsinin ona satılması üçün Qusar bələdiyyəsinə müraciət edə bilmir. Hesab edir ki, mübahisəli torpaq sahəsinin satılmasına dair bələdiyyənin Qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (105)-4/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli Qərarı ilə ləğv edildiyinə, məhkəmənin həmin Qərarına və iddia ərizəsində göstərilən digər əsaslara görə də Qusar bələdiyyəsi ilə cavabdeh S. Paşayeva arasında bağlanmış torpaq sahəsinin satılmasına dair xx.xx.2018-ci il tarixli 4ə-508 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddia ərizəsində qeyd edilmiş hallar ona əlavə edilmiş məhkəmə qərarları və digər sənədlərlə təsdiq olunur. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsində qeyd edilmiş xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh Qusar şəhər Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin Bələdiyyənin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təyin olunmuş məhkəmə iclaslarında xidməti zəzurətlə əlaqədar iştirak edə bilmir, işə məhkəmə iclaslarında onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-cı maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 31 iyul 2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, F.Musayev küç. Ev 86 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 220.4 kv/m, yaşayış sahəsi 100.8 kv/m, yardımçı sahəsi 119.6 kv/m olan fərdi yaşayış evinin on(lar)a məxsus hissəsi (hissələrini) İddiaçı hədiyyə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 2-1(105)-4/2023 saylı saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2-1(085)-1850/2019 saylı qərarı ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın təmin olunması, Qusar rayonu X3 Sevda Hacıbəy qızına 0,0275 hektar torpaq sahəsinin satılmasına dair 30 mart 2018-ci il tarixli 03 saylı qərarı ləğv edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 2-1(118)-1521/2024 saylı Sumqayıt İnzibati Məhkəməsinin qərardadından görünür ki, iddiaçı Ələskərli (Paşayeva) Milana Rafik qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı "“hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına 0.0275 hektar torpaq sahəsinə dair verilmiş Seriya RX №1325721, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018 qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 2-1(105)-846/2024 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1 (118)-1521/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmsı qərara alınmışdır. İşdə olan AN-İ ******* saylı 04 aprel 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qusar şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.0275 ha olan torpaq sahəsini Qusar Bələdiyyəsi Cavabdeh1 715 manata satmışdır. İşdə olan xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhərində yerləşən 0.0275 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Qusar Bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1-141.3-cü maddələrinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasənəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasənbu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 567-ci maddəsinə əsasənalğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə,"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1 Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2 Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3 Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4 Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir Belə ki, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu- .təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Lakin hazırkı işdə üçüncü şəxsə satılan torpaq sahəsi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsi olduğu halda, cavabdeh torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərarı qəbul etməklə yuxarıda adıçəkilən Əsasnamənin tələblərinə riayət etməmişdir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 5 saylı Layihə Tədqiqat idarəsi tərəfindən ayrılmış torpaq sahəsinə dair tərtib edimiş planda “xüsusi qeydlər" başlığı ilə qeyd olunmuşdur ki, ərazi hasarlanıb, torpaq sahəsi baza məlumatlarına əsasən **********54-10301 saylı çıxarışın zəbt sahəsidir. Plandan da görünür ki, **********54-10301 saylı çıxarışla (ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmış nömrə) ayrılmış torpaq sahələri bir-birinə bitişik, vahid ərazidir. Yuxarıda istinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Qanunun 16.4-cü maddəsinə əsasən isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Beləliklə iki halda torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır. Hazırki işdə də qanunda göstərilmiş ikinci hal mövcuddur, iddiaçının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddələrinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyə qərarını mübahisələndirmək hüququ vardır, çünki onun həmin torpaq sahəsi ilə bağlı gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə, iddia ərizəsində qeyd edilənləri, həmçinin, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddələrinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyə qərarını mübahisələndirmək hüququnu, çünki onun həmin torpaq sahəsi ilə bağlı gözlənilən mülkiyyət hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının, mübahisə olunan torpaq sahəsini almaqda üstünlük hüququ, iddiaçının gözlənti mülkiyyət hüququ nəzərə alınmadan Qusar bələdiyyəsi ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, 4ə-508 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandığına görə, Qusar bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4ə-508 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qusar bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4ə-508 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilsin. Cavabdeh1 vurulmuş ziyana görə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-176/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-176/2025
08.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver