Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-178/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 nümayəndəsi Maraqlı şəxs1, X4, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə Ərizəçilər Ərizəçi1, X4, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, X8, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxslər Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Nurəddin oğlu”nun, “Maraqlı şəxs1”nın, “X7”nın, “Ərizəçi3 Akif qızı”nın, “X10”nun adlarına verilmiş JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Maraqlı şəxs1, X6, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi X8 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X2 xx xxxxxxxx 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən onun, Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi3 və Ərizəçi4 mülkiyyətlərinə Qusar Üzdən-oba kəndi ərazisindən 0.12 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun ata adı səhvən “Akif qızı”, Ərizəçi1 ata adı səhvən “Nurəddin oğlu”,Ərizəçi3 ata adı səhvən “Akif qızı”, Ərizəçi4 adı səhvən “Ramiq”, ata adı isə “Akif oğlu” kimi qeyd edilmişdir. Bu yaxınlarda onlar, JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Maraqlı şəxs1, X6, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçi, Ərizəçi1 nümayəndəsi və Maraqlı şəxs1, ərizəçilər Ərizəçi3, Ərizəçi4 ərizəçi X4 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X2 xx xxxxxxxx 1997-ci il tarixli 14/2 saylı qərarı ilə Ərizəçi1 Nurəddin oğlunun, Maraqlı şəxs1, X3, Ərizəçi3 Akif qızının və X5 mülkiyyətlərinə 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 tərəfindən Ərizəçi1 ünvanlanmış **********09 saylı xx xxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 418 saylı Arayışdan görünür ki, JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 Nurəddin oğlu, X7, Ərizəçi3 Akif qızı və X1 yazılmış əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi1, X8, Ərizəçi3 və Ərizəçi4 kimi yazılmalıdır. İşdə olan ********* saylı pasportun təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1960-cı il tarixdə Azərbaycanda anadan olmuşdur. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1993-cü il tarixdə Azərbaycanda anadan olmuşdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx xxxxx 1968-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş, hazırda Qusar rayonu Üzdən-oba kəndində qeydiyyatdadır. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1990-cı il tarixdə Azərbaycanda anadan olmuşdur. İşdə olan Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1995-ci il tarixdə Azərbaycanda anadan olmuşdur. Məhkəmə Ərizəçi1 nümayəndəsi və Maraqlı şəxs1, ərizəçilər X4, Ərizəçi3 və Ərizəçi4 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Nurəddin oğlu”nun, “Maraqlı şəxs1”nın, “X7”nın, “Ərizəçi3 Akif qızı”nın, “X10”nun adlarına verilmiş JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Maraqlı şəxs1, X6, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Nurəddin oğlu”nun, “Maraqlı şəxs1”nın, “X7”nın, “Ərizəçi3 Akif qızı”nın, “X10”nun adlarına verilmiş JN:072F KOD 30124048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Maraqlı şəxs1, X6, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-178/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-178/2021
04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver