Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-179/2021 05.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X22”nun, “X19”nın adlarına verilmiş JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair X5 və X15 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X22”nun, “X19”nın adlarına verilmiş JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 və X15 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X27 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarına əsasən X9nun və X6nın mülkiyyətlərinə Qusar rayonu Yuxarı Zeyxur kəndi əraizisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Torpağın mülkiyyətə verilməsinə dair X2 adı səhvən “Qasim”, X12 ata adı isə səhvən “Məhəmmədrəhim” kimi qeyd edilmişdir. X6 xx xxxxxx 2010-cu il tarixdə, X9 xx xxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Bu yaxınlarda o, JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin X9na və X6na məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X27 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə X18 və X13 mülkiyyətlərinə 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39 tərəfindən Ərizəçi ünvanlanmış **********50 saylı xx xxxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X36 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Yuxarı Zeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 158 saylı Arayışdan görünür ki, JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair X3 səhv yazılmış əslində isə xx xxxxxxxx 2020-ci il tarixli 522 saylı ölüm haqqında arayışa əsasən X8 oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Yuxarı Zeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 159 saylı Arayışdan görünür ki, JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair X4 səhv yazılmış əslində isə xx xxxxxxxx 2020-ci il tarixli 521 saylı ölüm haqqında arayışa əsasən X11 oxunmalıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 520 saylı Arayışın təsdiq edilmiş surətindən görünür ki, X22 ilə X14 arasında xx xxxxxxxx 1957-ci il tarixdə Qusar rayon Yuxarı Zeyxur kənd İƏD üzrə nümayəndəliyində 25 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandlıqdan sonra qadına Salahova soyadı verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 520 saylı Arayışın təsdiq edilmiş surətindən görünür ki, X21 xx xxxxxx 2010-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2010-cu il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 62 saylı Arayışdan görünür ki, X23 xx xxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxx 2014-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-T № 147433 saylı Doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X35 xx xxxx 1958-ci il tarixdə anadan olmuşdur. X9, X6dır. İşdə olan Qusar RİHB-nın Yuxarı Zeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 44 saylı Arayışdan görünür ki, Ərizəçi Bakı şəhərində qeydiyyatda olub, hal-hazırda Qusar rayonu Yuxarı Zeyxur kəndində yaşayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X22”nun, “X19”nın adlarına verilmiş JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 və X15 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X22”nun, “X19”nın adlarına verilmiş JN:155A KOD 30100028 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 və X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-179/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-179/2021
05.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver