Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-179/2025 10.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 Rasim oğluna və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 Rasim oğluna və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Rasim oğlu və Cavabdeh2 tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ilə cavabdehlərə məxsus ünvan 2 ünvanda yerləşən torpaq sahəsi arasındakı sərhəd xəttinin üzərində qanunsuz tikilmiş bir mərtəbəli evin cavabdehlərin hesabına sökülməsinə, habelə cavabdehlər Cavabdeh1 Rasim oğluna və Cavabdeh2 məxsus köhnə 1 mərtəbəli yaşayış evinin damından axan yağıntı sularının qarşısının cavabdehlərin hesabına alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş ərizədən görünür ki, o, iddianın baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. Hal-hazırda İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 Rasim oğluna və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 Rasim oğluna və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 Rasim oğluna və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-179/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-179/2025
10.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver