Məhkəmə qərarları › İş №2(029)-18/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-18/2021

11.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-18/2021 11.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh Dünyaməddin qızına qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh Dünyaməddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən X7 Sahəsinin istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində Cavabdeh Dünyaməddin qızına məxsus yaşayış evinin, hasarın sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Dünyaməddin qızına məxsus Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında müdafiə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”nın və Az DTN 2.9-2 X7 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” X5 X8 balans və istismarında olan 325mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndi ərazisində kəmərdən 6 metr məsafədə yaşayış evi inşa olunmuş, hasarlanmış və nəticədə qaz kəməri həyətyanı sahənin içində qalmışdır. X7nin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə, Qusar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Cavabdehə məxsus buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər sökülməlidir. Cavabdeh Dünyaməddin qızına məxsus təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də, digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. “Qaz İxrac” X5 X11 tərəfindən cavabdehə inşa olunan tikinti adı çəkilən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuş, lakin cavabdeh tərəfindən qanunsuz tikililərin sökülməsi icra olunmamışdır. Bu səbəbdən də hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Dünyaməddin qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh Dünyaməddin qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan xx xxx 2016-cı il tarixdə Qusar rayonunun Bədirqala kəndində Siyəzən MQKS-nin nümayəndələrinin iştirakları ilə tərtib edilmiş Aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxx 2009-cu il tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın tələbləri pozularaq Qusar rayonunun Bədirqala kəndində 325 mm Qusar QPS Qaz kəməri qolunun 15-ci km-də yaşayan Cavabdeh Dünyaməddin qızı tərəfindən 325 mm-lik 12-15 təzyiqli Qusar QPS Qaz kəməri qolu magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 6 metr məsafədə 1 (bir) mərtəbəli və hündürlüyü 3 metr olan fərdi ev inşa olunmuşdur. İşdə olan SOCAR “Qaz İxrac” İdarəsi tərəfindən ünvan 1 Cavabdeh Dünyaməddin qızına ünvanlanmış xx xxxxxxx 2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh Dünyaməddin qızının inşa etdiyi tikilinin yaxınlığında olan X7nin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bir bədbəxt hadisələr nəticəsində dəyən maddi və mənəvi ziyana görə Siyəzən X7 Sahəsinin məsuliyyət daşımadığı və inşa etdiyi tikilinin qeyd olunan qaydaların tələblərinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsinə dair aidiyyatı qurumlara müraciət olunacağı bildirilmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən “Qaz İxrac” İdarəsinə ünvanlanmış xx xxxx 2017-ci il tarixli 149-8492-1217 saylı cavab məktubundan görünür ki, Qusar rayon Bədirqala kənd sakini Eyyubova X1 rayon Bədirqala kəndində qeydiyyatdadır və həmin kənddə özünə məxsus təzə tikilmiş evində yaşayır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş x xxxxxx 2020-ci il tarixli, 10/3624 saylı ekspert rəyindən görünür ki, mübahisələndirilən qaz kəməri ilə bağlı təsdiq olunmuş layihə iş materiallarına əlavə edilmədiyindən qərardadın birinci sualının cavablandırılması mümkün olmamışdır. xx xxx 2016-cı il tarixli Aktda olan məlumatlara əsasən, Cavabdeh Dünyaməddin qızı tərəfindən inşa edilmiş bir mərtəbəli və hündürlüyü 3 metr olan fərdi evin 325 mm-lik 12-15 atm təzyiqli QPS qaz kəməri qolu magistral qaz kəmərindən 6 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50.0 m-lik mühafizə zonasının daxilinə yerləşdiyi müəyyən edilmişdir. İşdə olan TT2037090 nömrəli Qəbzdən görünür ki, “Qaz İxrac” İdarəsi tərəfindən Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. İş materiallarından göründüyü kimi, qeyd olunmuş normaların tələblərinə baxmayaraq cavabdeh Eyyubova X1 rayonu Bədirqala kəndində yerləşən yaşayış evini, qaz kəmərini istismar edən orqanla razılaşdırılmadan, müvafiq sənəd təqdim etmədən inşa etmişdir. “Önər Yıldız Türkiyəyə qarşı” (48939/99, xx.xx.2002-ci il) işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (L.S.B Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə x xxxx 1998-ci il tarixli qərar, Report of Judgments and Decisions 1998-111, s.1403, b.36 Kalvelli və Çıqlio İtalyaya qarşı, (GS), ərizə 32967/96, b.48, AİHM 2002-1, Eriksson İtaliyaya qarşı, ərizə 37900/96, xx xxxxxxx 1999, habelə Leri və başqaları Fransaya qarşı, ərizə Ny 4461/98, xx xxxxxx 2001-ci il) Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X3rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vlll s.3159.b.116). “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2001-ci il tarixli 94 saylı qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Qaydaların 2.11-ci maddəsinin “a” bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinın aparılması qadağandır. Həmin Qaydalarının 2.23-cü maddəsinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara daxildir. Azərbaycan Respublikasının MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının MM-nin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, Cavabdeh Dünyaməddin qızına məxsus Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən 1 mərtəbəli, hündürlüyü 3 metr olan fərdi yaşayış evi “Qusar QPS qolu” 12-25 atm təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, yəni kəmərdən 6 mert məsafədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na uyğun olaraq müvafiq orqanların yazılı razılığı olmadan inşa edilmiş və hasarlanmışdır. Ona görə də, iddia tələbi təmin edilməli, “Qaz İxrac” İdarəsi, Siyəzən X7 Sahəsinin istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində Cavabdeh Dünyaməddin qızına məxsus yaşayış evi və hasar sökülməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 50 (əlli) manat ekspertiza xərci iddiaçı “Qaz İxrac” İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Qaz İxrac” İdarəsi, Siyəzən X7 Sahəsinin istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində Cavabdeh Dünyaməddin qızına məxsus yaşayış evi və hasar sökülsün və ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh Dünyaməddin qızından iddiaçı “Qaz İxrac” İdarəsinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 50 (əlli) manat ekspertiza xərci iddiaçı “Qaz İxrac” İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar