Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-181/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Rəşidova (Aslanova) Lida Əlibala qızının Üçüncü şəxs X6 iştirakları ilə, Ərizəçi Rəşidova (Aslanova) Lida Əlibala qızının üçüncü şəxslər X9, X7, X10, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızına, Rəşidov Rövşən Şərafəddin oğluna və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi Rəşidova (Aslanova) Lida Əlibala qızı üçüncü şəxslər X9, X7, X10, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızına, Rəşidov Rövşən Şərafəddin oğluna və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X15”nun, “X24”nın, “X12”nın, “X16”nun, “X13”nın, “Rəşidov Rövşən Şərafəddin oğlu”nun adlarına verilmiş JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, Rəşidova (Aslanova) Lida Əlibala qızına, X7, X10, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızına, Rəşidov Rövşən Şərafəddin oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Rəşidova (Aslanova) Lida Əlibala qızı ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onun, X6, X3, X8, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızının və Rəşidov Rövşən Şərafəddin oğlunun mülkiyyətlərinə Qusar rayonu Qarat-oba kəndi ərazisindən 0.25 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı səhvən “Liza”, ata adı səhvən “Ənibala” kimi qeyd edilmişdir. Bu yaxınlarda o, JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, Rəşidova (Aslanova) Lida Əlibala qızına, X7, X10, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızına, Rəşidov Rövşən Şərafəddin oğluna məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X15 ərizəçi Rəşidova (Aslanova) Lida Əlibala qızının izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X12, X16, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızı, Rəşidov Rövşən Şərafəddin oğlu və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X12, X16, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızı, Rəşidov Rövşən Şərafəddin oğlu və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb üçüncü şəxslər X3, X8, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızının, Rəşidov Rövşən Şərafəddin oğlunun və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X18 xx xxxxxx 2000-ci il tarixli 02 saylı qərarı ilə X6, X17, X3, X8, X4 və Rəşidov Rövşən Şərafəddin oğlunun mülkiyyətlərinə 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X32 Rəşidova (Aslanova) Lida Əlibala qızına ünvanlanmış **********06 saylı xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 572 saylı Arayışdan görünür ki, JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair X2 səhv yazılmış, əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq X25 yazılmalıdır. İşdə olan lll-ЖГ № 405963 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,X15 ilə X25 arasında xx xxxxxxx 1984-cü il tarixdə Qusar rayonu Şirvanovka kənd sovetində 32 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Rəşidova soyadı verilmişdir. İşdə olan AZ-l № 385266 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki X19 ilə X13 arasında xx xxxxx 2008-ci il taixdə Qusar rayon İHB-nın Şirvanovka kənd İƏD üzrə nümayəndəliyində 06 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Hafizova soyadı verilmişdir. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1964-cü il tarixdə Qusar rayonu Kuf-oba kəndində anadan olmuş və hazırda Qusar rayonu Qarat-oba kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 14955920 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx xxxxxxxx 1963-cü il tarixdə Qusar rayonu Qarat-oba kəndində anadan olmuş və hazırda Qusar rayonu Qarat-oba kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 17010623 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx xxxxxxx 1988-ci il tarixdə Qusar rayonu Qarat-oba kəndində anadan olmuş və hazırda Qusar rayonu Qarat-oba kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 07571206 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəşidov Rövşən Şərafəddin oğlu xx xxxxxx 1992-ci il tarixdə Qusar rayonu Qarat-oba kəndində anadan olmuş və hazırda Qusar rayonu Qarat-oba kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 09131329 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx xxxxxx 1995-ci il tarixdə Qusar rayonu Qarat-oba kəndində anadan olmuş və hazırda Qusar rayonu Qarat-oba kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 15227392 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx xxx 1990-cı il tarixdə Qusar rayonu Qarat-oba kəndində anadan olmuş və hazırda Qusar rayonu Samur qəsəbəsində qeydiyyatdadır. Məhkəmə ərizəçi Rəşidova (Aslanova) Lida Əlibala qızının və üçüncü şəxs X6 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X15”nun, “X24”nın, “X12”nın, “X16”nun, “X13”nın, “Rəşidov Rövşən Şərafəddin oğlu”nun adlarına verilmiş JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, Rəşidova (Aslanova) Lida Əlibala qızına, X7, X10, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızına, Rəşidov Rövşən Şərafəddin oğluna məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X15”nun, “X24”nın, “X12”nın, “X16”nun, “X13”nın, “Rəşidov Rövşən Şərafəddin oğlu”nun adlarına verilmiş JN:031F KOD 30124078 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, Rəşidova (Aslanova) Lida Əlibala qızına, X7, X10, Hafizova (Rəşidova) Larisa Şərafəddin qızına, Rəşidov Rövşən Şərafəddin oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-181/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-181/2021
04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver