Məhkəmə qərarları › İş №2(029)-184/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-184/2021

11.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-184/2021 11.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Üçüncü şəxs X26 X1 iştirakları ilə, İddiaçı Cavabdehnə, üçüncü şəxslər Mustafayeva (Adilova) Sima Mülkixan qızına, X24, Əskərova (Adilova) Afina Mulkuxan qızına, Adilov Elman Mülkixan oğluna, X16, X34 və X35 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə, üçüncü şəxslər Mustafayeva (Adilova) Sima Mülkixan qızına, X24, Əskərova (Adilova) Afina Mulkuxan qızına, Adilov Elman Mülkixan oğluna, X16, X34 və X35 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X12 adına verilmiş vərəsəlik hüququ haqqında xx xxx 2012-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Qusar rayonu Hil kəndində yerləşən 0.11 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış eevinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması və həmin miras əmlaklara dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1ində yerləşən 0.11 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum anası X9 məxsus olmuşdur. X46 xx xxxx 2002-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra vərəsələri olaraq o, yəni İddiaçı, Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X33, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu, X27, X28 qalmışlar. X3 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər X44 və X45 mərhum qardaşı Arif Adilovun övladlarıdır. Mərhum anası vəfat etdiyi vaxtdan indiyədək həmin evə və torpaq sahəsinə özü baxır və həmin əmlakları özü idarə edir. Bu yaxınlarda o, Cavabdehnə müraciət edərək mərhum anasının miras kütləsinə daxil olan yuxarıda qeyd etdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Notariat Ofisi isə ona mərhum anasının SSRİ Əmanət Kassasında olan pul vəsaitinə dair X3nun adına xx xxx 2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, həmin şəxs mirasın bir hissəsini qəbul etdiyindən mirası tamamilə qəbul etmiş sayılır. Odur ki, ona həmin evə və torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Bu barədə Notariat Ofisi tərəfindən xx xxxxxx 2019-cu il tarixli məktub təqdim edilmişdir. Həmçinin, mərhum qardaşı Arif Adilovun adına verilmiş vərəsəlik şəhadətnaməsinin surəti ona təqdim edilmişdir. Həmin vaxta kimi nə onun, nə də digər vərəsələrin həmin şəhadətnamənin mövcudluğu barədə məlumatı olmamışdır. Halbuki, şəhadətnamə verilərkən bütün vərəsələrin razılığı olmalıdır. Çünki mərhum anası xx xxxx 2002-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşı Arif Adilov isə 2012-ci ildə Notariat Ofisinə müraciət etmişdir. Bununla da, qardaşı mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Belə olan halda, Notariat Ofisi digər vərəsələrin razılığı olmadan və məhkəmə tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadan vərəsəlik şəhadətnaməsi verə bilməzdi. Bundan başqa Notariat Ofisi tərəfindən ona təqdim edilən məktubda qeyd edilmişdir ki, qardaşı Arif Adilovun adına mərhum anasının bütün mirasa dair şəhadətnamə verilmişdir. Lakin vərəsəlik hüququ haqqında xx xxx 2012-ci il tarixli şəhadətnamədə, şəhadətnamənin verildiyi miras əmlak kimi yalnız X39 qoyulmuş 0571001, 07900070, 07500044 nömrəli hesabdakı pul göstərilmişdir. Mərhum qardaşı X50 Ofisinə mirasın qəbul edilməsi müddəti ötürüldükdən sonra ərizə versə də, yalnız mərhum anasının əmanət kassasında olan pul vəsaitinin qəbul edilməsinə dair ərizə vermişdir. Həmin ərizə müddət ötürülməklə verildiyindən və bununla da, notariat ofisi tərəfindən Mülki Məcəllənin tələbləri pozulmaqla vərəsəlik şəhadətnaməsi verildiyindən həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Həmin pulla bağlı hər hansı tələb irəli sürmür. Bundan başqa mərhum qardaşı Arif Adilov mərhum anasının miras kütləsinə daxil olan yuxarıda qeyd etdiyi evə və həyətyanı torpaq sahəsinin heç bir hissəsinə dair sahiblik etməyə faktiki başlamamış, bu barədə heç bir ərizə verməmişdir. Əksinə həmin evə və torpaq sahəsinə özü faktiki sahiblik etməyə başlamışdır. Ona görə də, mərhum qardaşı Arif Adilov mərhum anasının mirasını tamamilə qəbul etmiş sayıla bilməz. Çünki, mirasın tamamilə qəbul edilmiş sayılması yalnız mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda mümkündür. Ona görə də, Qusar rayon Notariat Ofisi tərəfindən Mülki Məcəllənin 1243.3-cü maddəsinə istinad etməklə onun adına vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə qənaəti qanunsuzdur. Mərhum anasının digər vərəsələri olan Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X33, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu, X27 miras əmlakla bağlı heç bir tələb irəli sürmürlər və həmin mirasın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər, buna razıdılar. Bu barədə həmin şəxslər notarial qaydasında təsdiq olunmuş ərizələr vermişlər. Mərhum qardaşı Arif Adilovun övladları Emma Adilova və Osman Adilov isə həmin mirasla bağlı heç bir ərizə verməmişlər, həmin evin və torpaq sahəsinin onlara verilməli olduğunu bildirirlər. Həmin şəxslərin həmin evə və torpaq sahəsinə dair vərəsəlik hüquqları yoxdur. Çünki, yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsinə dair həmin şəxslərin ataları olan Arif Adilov həmin evə və torpaq sahəsinə dair nə notariat kontoruna ərizə verməmiş, nə də miras əmlaka sahiblik etməyə faktiki başlamamışdır. Həmin mirası qəbul etmədən isə vəfat etmişdir. Əmanət kassasında olan pul vəsaitinə dair ərizə verdikdə isə mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Belə olan halda, mərhum qardaşının mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında övladları olan cavabdehlərə keçə bilməzdi. Bundan başqa, onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülsə də, o, yuxarıda qeyd etdiyi mirası faktiki olaraq qəbul etmiş və mirası özü idarə edir. Lakin, mərhum anasının vərəsələri həmin evin və torpaq sahəsinin ona verilməsini bildirdiklərindən bununla bağlı notariat kontoruna vaxtında ərizə verməli olduğunu bilməmişdir. Ona görə də, həmin mirasın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin səbəbləri üzürlü sayılaraq həmin müddət uzadılmalıdır. Həmçinin onun həmin evə və torpaq sahəsinə dair vərəsəlik hüququ tanınmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə xx xxxxxx 2021-ci il tarixli, X-147 nömrəli məktub göndərərək, məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədikəri üçün işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdıqları qeyd edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X44 izahatında göstərdi ki, İddiaçı onun bibisidir. İddiaçının hazırki iddia tələbi tamamilə əsassızdır. Belə ki, mübahisə edilən ünvan 1i ərazisində yerləşən 0.11 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi onun mərhum nənəsi X9 məxsus olmuşdur. X40 xx xxxx 2002-ci il tarixdə vəfat etmişdir. Hələ nənəsinin sağlığında onun atası mərhum Arif Adilov ilə birlikdə müntəzəm olaraq həmin evə gedib-gəlmişlər, mərhum Əlfiyat Adilovaya onun atası Arif baxmış, xəstə ikən atası qulluq etmiş, bütün işlərini atası görmüşdür. Həmçinin nənəsi Əlfiyyat vəfat edərkən bütün dəfn xərclərini də atası Arif Adilov qarşılamışdır. Həmin müddət ərzində isə bibisi, yəni İddiaçı həmin evə, yəni öz anasının yanına gəlib-getməmiş, anasına baxmamışdır. İddiaçı özünün ayrıca evi var. Nənəsi Əlfiyat xx xxxxxx 2002-ci il tarixli Vəsiyyətnaməyə əsasən bütün əmlakı atası Arif Adilova vəsiyyət etmiş, həmçinin digər vərəsələri qanunla və vəsiyyətnaməyə əsasən vərəsəlik payından məhrum etmişdir. Atası sağ ikən iddiaçının heç bir tələbi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə atası Arif Adilovun ölmündən sonra iddiaçı sözügedən mirası mübahisələndirməyə başlamışdır. Evin qapısının açarlarını iddiaçı dəyişdirdiyindən hazırda onlar həmin evə gedə bimirlər. X25 ölümündən 19 il sonra hazırki tələbi qaldırmağı, həmçinin onun atası Arif Adilovun sağlığında heç bir tələbinin olmamağı və digər sadaladığı bütün xüsusatlar iddianın əsassız olduğunu göstərir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Üçüncü şəxslər Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X33, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu, X27 və X29 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh nümayəndəsi, üçüncü şəxslər Mustafayeva (Adilova) Sima Mülkixan qızının, X20, Əskərova (Adilova) Afina Mulkuxan qızının, Adilov Elman Mülkixan oğlunun, X13 və X29 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və üçüncü şəxs X26 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 131 nömrəli Arayışdan görünür ki, X17 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra nümayəndəlikdə olan məlumatlara görə vərəsələri olaraq qızı X14, oğlu X22, qızı X30, qızı X18, oğlu X27, oğlu X31, oğlu X32 qalmışlar. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayışın surətindən görünür ki, İddiaçı həqiqətən ünvan 1 sakini olmuş mərhum anası X5 miras qalmış əmlakını idarə edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı Mülküxan qızına ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X-1115 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Mülküxan qızına xx xxxx 2002-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlaka tam olaraq X15 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi üçün mümkün deyildir. Bununla bağlı hər hansı mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsini tövsiyyə olunmuşdur. İşdə olan xx xxx 2012-ci il tarixli, reyestrdə 2V-218 ilə qeyd olunmuş ***-**** nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2002-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan oğlu Ədilov Arif Mülkixan oğludur. İşdə olan Mustafayeva Sima Mülkixan qızının Cavabdeh tərəfindən xx xxxxxx 2019cu il tarixdə reyestrdə 8İ-8424 nömrə ilə qeyd edilmiş ərizəsinin surətindən görünür ki, xx xxxx 2002-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakların, ona çatası payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etmişdir. Hal-hazırda qəbul etmir. 6 aylıq müddəti buraxmışdır, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcək. İşdə olan X21 77 АГ ******* saylı ərizəsindən görünür ki, onun tərəfindən mirasın qəbulu üzrə müddət buraxılmışdır. Mirasın qəbulu üzrə buraxılmış müddətin bərpa edilməsi səbəbi ilə məhkəməyə müraciət etməyəcək. Faktiki olaraq miras əmlakın idarə edilməsinə başlamamış, mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Mülkixan qızı tərəfindən alınmasına etiraz etmir. İşdə olan X6 77 АГ ******* saylı ərizəsindən görünür ki, onun tərəfindən mirasın qəbulu üzrə müddət buraxılmışdır. Mirasın qəbulu üzrə buraxılmış müddətin bərpa edilməsi səbəbi ilə məhkəməyə müraciət etməyəcək. Faktiki olaraq miras əmlakın idarə edilməsinə başlamamış, mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Mülkixan qızı tərəfindən alınmasına etiraz etmir. İşdə olan X10 77 АГ ******* saylı ərizəsindən görünür ki, onun tərəfindən mirasın qəbulu üzrə müddət buraxılmışdır. Mirasın qəbulu üzrə buraxılmış müddətin bərpa edilməsi səbəbi ilə məhkəməyə müraciət etməyəcək. Faktiki olaraq miras əmlakın idarə edilməsinə başlamamış, mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Mülkixan qızı tərəfindən alınmasına etiraz etmir. İşdə olan X13 77 АГ ******* saylı ərizəsindən görünür ki, onun tərəfindən mirasın qəbulu üzrə müddət buraxılmışdır. Mirasın qəbulu üzrə buraxılmış müddətin bərpa edilməsi səbəbi ilə məhkəməyə müraciət etməyəcək. Faktiki olaraq miras əmlakın idarə edilməsinə başlamamış, mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı Mülkixan qızı tərəfindən alınmasına etiraz etmir. İşdə olan AZ-İİ № 012681 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx xxxx 2002-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2002-ci il tarixdə 140 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ № 012680 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Adilov Mülkixan Osman oğlu xx xxxxxx 1974-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 1974-cü il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli X56 rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivi tərəfinən verilmiş xx xxxxxx 2019-cu il tarixli 416 nömrəli Arxiv Arayışının surətindən görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Hil kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Hil kəndi üzrə 9 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 807 olan X8 təsərrüfatın xüsusi mülkiyyətində 1959-cu ildə tikilmiş ümumi (yararlı) sahəsisi 141 kv.metr o cümlədən yaşayış sahəsi 67 kv.metr olan yaşayış evi və təsərrüfatının xüsusi mülkiyyətində 1996- 2000-ci illərdə cəmi 0.11 hektar torpağının olduğu qeyd edilmişdir. İşdə olan xx xxxxxx 2002-ci il tarixdə ünvan 1ində tərtib olunmuş Qusar RİHB-nın Hil kənd İƏ üzrə nümayəndəliyində təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, xx xxxx 1927-ci il tarixdə anadan olmuş ünvan 1ində yaşayan X19 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1ində yerləşən iki mərtəbəli yeddi otaq və balkondan ibarət fərdi yaşayış evini, torpağa mülkiyyət hüququna dair xx xxxxxx 1999-cu il tarixdə JN-11xx xxx 30111018 ilə qeydə alınmış 0.65 hektar özəlləşən torpaq sahəsini və Dövlət Əmanət Kassasının 3435/09 saylı filialı üzrə əmanət kitabçası seriya Ş № ******* hesab № 07900070-də olan 3150 ( üç min bir yüz əlli) rubl, əmanət kitabçası seriya Ş № 9509644, hesab № 0750004-də olan 700 (yeddi yüz) rubl, hesab № 0571001-də olan 980 (doqquz yüz səksən) rubl pul əmanətlərini xx xxxxxx 1950-ci il tarixdə anadan olmuş, Qusar şəhəri, Müqtədir küçəsi, ev 4-də yaşayan doğma oğlu Ədilov Arif Mülkixan oğluna vəsiyyət etmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Qusar rayonu Hil kəndində yerləşən 0.11 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mərhum X11 məxsus olmuşdur. Həmçinin xx xxxxxx 2002-ci il tarixdə ünvan 1ində tərtib olunmuş vəsiyyətnaməyə əsasən X19 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1ində yerləşən iki mərtəbəli yeddi otaq və balkondan ibarət fərdi yaşayış evini, torpağa mülkiyyət hüququna dair xx xxxxxx 1999-cu il tarixdə JN-11xx xxx 30111018 ilə qeydə alınmış 0.65 hektar özəlləşən torpaq sahəsini və Dövlət Əmanət Kassasının 3435/09 saylı filialı üzrə əmanət kitabçası seriya Ş № ******* hesab № 07900070-də olan 3150 ( üç min bir yüz əlli) rubl, əmanət kitabçası seriya Ş № 9509644, hesab № 0750004-də olan 700 (yeddi yüz) rubl, hesab № 0571001-də olan 980 (doqquz yüz səksən) rubl pul əmanətlərini xx xxxxxx 1950-ci il tarixdə anadan olmuş, Qusar şəhəri, Müqtədir küçəsi, ev 4-də yaşayan doğma oğlu Ədilov Arif Mülkixan oğluna vəsiyyət etmişdir. X19 xx xxxx 2002-ci il tarixdə vəfat etmişdir. Ədilov Arif Mülkixan oğlu xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. X2 vərəsələri olaraq İddiaçı, Mustafayeva (Adilova) Sima Mülkixan qızı, X33, Əskərova (Adilova) Afina Mulkuxan qızı, Adilov Elman Mülkixan oğlu, X27, X28 qalmışlar. İddiaçı mərhum X19 vəfat etdiyi vaxtdan, yəni xx xxxx 2002-ci il tarixdən ondan qalmış mirasın qəbul edilməsi ilə bağlı heç bir iradə ifadəsini bildirməmiş, bu barədə Notariat Ofisinə qanunla müəyyən edilmiş müddətdə müraciət etməmiş, həmçinin mirasın faktiki qəbul edilməsi istiqamətində heç bir hərəkətlər etməmişdir. Bundan əlavə İddiaçı mərhum X19 vəfat etdiyi vaxtdan, yəni xx xxxx 2002-ci il tarixdən indiyədək mirası hansı səbəblərdən qəbul etməməsi, qanunla müəyyən olunmuş müddəti ötürməsi əsaslandırılmamış, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Ona görə də, məhkəmə hazırkı iddianın rədd edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə, üçüncü şəxsər Mustafayeva (Adilova) Sima Mülkixan qızına, X24, Əskərova (Adilova) Afina Mulkuxan qızına, Adilov Elman Mülkixan oğluna, X16, X34 və X35 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə, üçüncü şəxsər Mustafayeva (Adilova) Sima Mülkixan qızına, X24, Əskərova (Adilova) Afina Mulkuxan qızına, Adilov Elman Mülkixan oğluna, X16, X34 və X35 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar