Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-192/2021 02.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X13, X9 və X14 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X13, X9 və X14 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X30, X27 və X31 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X17”nun, “X18”nın, “Ərizəçi2 Roslan oğlu”nun, “X33”nun, “X28”nın və “X32”nun adlarına verilmiş JN:1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və “X19”nun, “X20”nın, “Ərizəçi2”nun, “X34”nun, “X29”nın və “X31”nun adlarına verilmiş JN:384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, Ərizəçi1, Ərizəçi2, X21, X15 və X22 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X26 xx xxx 2000-ci il tarixli 10/8 saylı qərarına əsasən X4, Ərizəçi2, X13, X9 və X14 və onun mülkiyyətlərinə Qusar rayonu Köhnə Xudat kəndi ərazisindən 2.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Bundan başqa Qusar rayon X26 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən X4, Ərizəçi2, X13, X9 və X14 və onun mülkiyyətlərinə Qusar rayonu Köhnə Xudat kəndi ərazisindən 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. X19 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. JN-1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 adı səhvən “Roslan”, onun adı səhvən “Süvabət”, Ərizəçi2 ata adı səhvən “Roslan”, X3 səhvən “Vəlibəyov”, ata adı isə səhvən “Roslan oğlu”, X11 ata adı səhvən “Roslan”, X14 ata adı “Roslan”, JN:384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə Ərizəçi1 adı səhvən “Suvabəy”, X9 adı səhvən “Aygül”, X3 səhvən “Vəlibəyov”, ata adı isə “Ruslan oğlu” kimi qeyd edilmişdir. Bu yaxınlarda o, JN:1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındaki və JN:384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN:384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN:1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN:384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin X10, Ərizəçi1, Ərizəçi2, X21, X15 və X22 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, X30, X27 və X31 Ərizəçi1 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan JN-1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X26 xx xxx 2000-ci il tarixli 10/8 saylı qərarı ilə X5, X6, Ərizəçi2 Roslan oğlunun, X23, X11 və X16 mülkiyyətlərinə 2.22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X26 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarı ilə X4, X7, Ərizəçi2, X24, X12 və X14 mülkiyyətlərinə 0.22 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X51 tərəfindən Ərizəçi1 ünvanlanmış **********36 saylı xx xxxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN:384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X44 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 513 saylı Arayışdan görünür ki, JN:384A saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə Ərizəçi1 Sadiq qızının adı səhvən Süvabəy, X3 və atasının adı səhvən X34, X9 adı səhvən Aygül yazılmışdır. Əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi1 Sadiq qızı, X30, X27 oxunmalıdır. İşdə olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 512 saylı Arayışdan görünür ki, JN:0132 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 adı səhvən Roslan, Ərizəçi1 Sadiq qızının adı səhvən Süvabat, Ərizəçi2 atasının adı səhvən Roslan, X3 və atasının adı səhvən X33, X9 atasının adı səhvən Roslan, X14 atasının adı səhvən Roslan yazılmışdır. Əslində şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq X19, Ərizəçi1 Sadiq qızı, Ərizəçi2, X30, X27, X31 oxunmalıdır. İşdə olan AZ-ll № 049078 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-l № 192655 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X45 ilə X30 arasında xx xxxxxxx 2005-ci il tarixdə Qusar rayon İHBnın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyində 25 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Qəribova soyadı verilmişdir. İşdə olan AZ-l № 818288 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X25 ilə X27 arasında xx xxxx 2013-cü il tarixdə Qusar rayonu Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyində 17 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Cəbrayılova soyadı verilmişdir. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1962-ci il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş və hazırda Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş və hazırda Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonunda anadan olmuş və hazırda Qusar şəhəri Rəsulbəyov ev 54-də qeydiyyatdadır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş və hazırda Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatdadır. İşdə olan Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx xxxxxx 1994-cü il tarixdə anadan olmuşdur. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi2, X13, X9 və X14 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X17”nun, “X18”nın, “Ərizəçi2 Roslan oğlu”nun, “X33”nun, “X28”nın və “X32”nun adlarına verilmiş JN:1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və “X19”nun, “X20”nın, “Ərizəçi2”nun, “X34”nun, “X29”nın və “X31”nun adlarına verilmiş JN:384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, Ərizəçi1, Ərizəçi2, X21, X15 və X22 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X17”nun, “X18”nın, “Ərizəçi2 Roslan oğlu”nun, “X33”nun, “X28”nın və “X32”nun adlarına verilmiş JN:1xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və “X19”nun, “X20”nın, “Ərizəçi2”nun, “X34”nun, “X29”nın və “X31”nun adlarına verilmiş JN:384A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, Ərizəçi1, Ərizəçi2, X21, X15 və X22 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-192/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-192/2021
02.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver