Məhkəmə qərarları › İş №2(029)-197/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-197/2022

14.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-197/2022 14.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X8 iştirakı ilə “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair əlavə iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) X16 mühafizə zonasında, ünvan 3i ərazisində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, “Qaz İxrac” İdarəsi məhkəməyə iddia ərizəsinə əlavə verərək Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) X16 mühafizə zonasında, ünvan 3inin ərazisində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Qaz İxrac” İdarəsi iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Az DTN 2.9-2 X13 Layihələndirmə Normalarının tələbləri pozularaq ünvan 3inin ərazisindən keçən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X15 balans və istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yeraltı X21ndən mühafizə zonasında 7-9 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi tikilmişdir. X16 mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən X16 orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə "Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən X13nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin, Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Belə ki, tikinti aparmaq üçün lazımi icazələr (yəni “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də, digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikasının MM-nin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. “Qaz İxrac” idarəsi X20 Kəmərləri Sahəsi tərəfindən cavabdehə inşa olunan tikinti, adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyasının mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olunması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X11 iddianı və ona əlavəni müdafiə etmiş və izahatında göstərmişdir ki, X20 Kəmərləri Sahəsi “Qaz İxrac” İdarəsinin balansındadır, həmin kəmərlərə həmin idarə nəzarət edir. Həmin qaz kəmərlərinin mühafizə zonası 50 metr müəyyən edilmişdir. Cavabdeh inşa etdiyi ev isə qaz kəmərinin 7-8 metrliyində yerləşir. Cavabdeh evin tikintisi üçün heç bir icazə almamışdır, ona görə də, həmin ev sökülməlidir. Cavabdehin inşa etdiyi ev onun özünün torpaq sahəsində yerləşir, iddiaçı cavabdehin torpaq sahəsini mübahisələndirmir, torpaq sahəsində olan tikilini mübahisələndirir. Qaz kəmərlərinin yerini dəyişmək nəzərdə tutulmamış, bu barədə texniki imkanların olub-olmaması barədə məlumatı yoxdur. Ölkə ərazisində olan bəzi qaz kəmərlərinin yeri dəyişdirilmiş, lakin Bədirqala kəndində yerləşən X16 yerini dəyişmək barədə hazırda hər hansı plan yoxdur. Ölkə ərazisində 1500-ə yaxın qanunsuz tikili var, ünvan 3ində isə 2-3 ədəd belə qanunsuz tikili qalmışdır. Bədirqala kəndində yerləşən X21 yer altındadır, 1 metrdən çox dərinlikdədir. 2013-cü ildə həmin kəmərlər “Qaz İxrac” İdarəsinin balansına verilmişdir. SOCAR-ın proqramında da həmin kəmərlər “Qaz İxrac” İdarəsinin balansında göstərilir. “Qaz İxrac” İdarəsi qanunsuz tikililərin sökülməsi barədə iddiaları gələcəkdə baş verəcək bədbəxt hadisələrdən sığortalanmaq üçün qaldırır, heç kimin evini indiyədək sökməmişlər. Hesab edir ki, cavabdehin inşa etdiyi ev də qanunsuz olduğundan, X16 mühafizə zonasında yerləşdiyindən sökülməlidir. Odur ki, iddianın və ona əlavənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qəbul etmir, ünvan 3i ərazisində yerləşən 0,03 ha torpaq sahəsi Seriya RX ******* saylı xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən ona məxsusdur. Həmin torpaq sahəsində onun tərəfindən müvafiq layihə əasında yaşayış evi tikilmiş, hər hansı qanunsuzluğa yol verilməmişdir. Həmin ev onun tərəfindən tikilərkən heç bir qadağa qoyulmamış, həmin evin qaz kəmərinin mühafizə zonasında inşa olunmasını heç kim ona bildirməmişdir. Halbuki, həmin qaz kəməri müvafiq qaydada mühafizə olunur və həmin ev tikilərkən ona bu barədə bildirilərdi. Hal-hazırda o, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Hesab edir ki, həmin evin sökülməsi onun çöllərdə yaşamağına səbəb ola bilər, çünki başqa yaşayış yeri yoxdur. Bundan başqa, həmin ərazidə tək onun deyil, çoxlarının evləri var. Fikrincə vətəndaşlara məxsus evləri sökməkdənsə həmin qaz kəmərinin başqa ərazidən aparılması daha məqsədəmüvafiq olardı. Belə olan halda isə evlər sökülməzdi. Buna isə dövlət şirkəti olan “SOCAR”ın kifayət qədər imkanları və vəsaiti vardır. İnsanların evlərinin sökülməsinə və insanların evsiz-eşiksiz yaşamasına heç Azərbaycan Respublikasının Prezidenti belə razı olmaz. 71 yaşlı bir Azərbaycan qadınının evinin sökülməsi və çöllərdə sahibsiz yaşaması milli mentalitetə xas deyil. Bundan başqa, o, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Oğlu X2 Qarabağ müharibəsi iştirakçısıdır. O, Azərbaycan Resopublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Özü 1951-ci il təvəllüdlü olmaqla 71 yaşı var və bu yaşda onun evinin sökülməsi və onun evdən çölə atılmağı ağılasığmazdır. Bu yaşdan sonra çöllərdə yaşamaq istəmir. Ona görə də hesab edir ki, iddiaçının iddiası əsassızdır. Bu səbəbdən də iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Qeyd etdiyi kimi onun 71 yaşı var, yaşlı insandır, xəstədir, məhkəməyə gələ bilmir. Odur ki, işə məhkəmə iclaslarında onun iştirakı olmadan baxılıb iddianı rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia və ona əlavə rədd edilməlidir. Belə ki, işdə olan 29 noyabr 2020-ci il tarixdə Siyəzən MQKS-nin nümayəndələri tərəfindən ünvan 3ində tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın tələbləri pozularaq ünvan 3ində yaşayan Cavabdeh tərəfindən həmin kəndin ərazisindən keçən 320 mm-lik, 10-30 təzyiqli “Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında kəmərdən 9 metr məsafədə yaşayış evi inşa olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi tərəfindən Qusar rayon İcra Hakimiyyətinə ünvanlanmış 13 mart 2021-ci il tarixli məktubdan görünür ki, Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” X16 ünvan 3i ərazisindən keçən hissəsində, qaz kəmərindən X14 və Cavabdeh tərəfindən müvafiq olaraq 7 və 7-9 metr məsafələrdə fərdi yaşayış evlərinin tikintisi aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən X13nin mühafizə zonalarında hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Həmin Qaydaların 26-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində, kəmərləri istismar edən hüquqi şəxslərə maksimal kömək göstərməli, Qaydaların tələblərinin bütün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsini təmin etməli, kəmərlərdə qəzaların və onların nəticələrinin ləğv edilməsində yardım göstərməlidirilər. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədi ilə tikinti işlərinin dayandırılması, tikililərin sökülməsi üçün müvafiq köməklik göstərilməsi və lazımi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinə məlumat verilməsi xahiş olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə ünvanlanmış 13 mart 2021-ci il tarixli məktubdan görünür ki, Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” X16 ünvan 3i ərazisindən keçən hissəsində, qaz kəmərindən X14 və Cavabdeh tərəfindən müvafiq olaraq 7 və 7-9 metr məsafələrdə fərdi yaşayış evlərinin tikintisi aparılır. Aparılan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kınar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədi ilə tikinti işlərinin dayandırılması, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi X20 Kəmərləri Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış və xx.xx.2020-ci il tarixdə həmin şəxsə təqdim edilmiş bildirişdən görünür ki, həmin şəxs tərəfindən inşa edilmiş ev ilə yüksək təzyiqli və 320 mm diametrli qaz kəmərinin arasındakı məsafənin 9 metr təşkil etdiyi, inşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə Siyəzən MQKS-nin məsuliyyət daşımadığı və inşa etdiyi tikili ilə bağlı aidiyyəti qurumlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı ********** qeydiyyat, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********80 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Qusar rayonu, Bədirqala kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) X16 mühafizə zonasında inşa edilmişdir. İnşa edilmiş fərdi yaşayış evi yüksək təzyiqli qaz xəttindən bir tərəfdən 9.67 m, digər tərəfdən 10 m aralı yerləşir, həmin ev qaz xəttinin mühafizə zolağındadır. Mübahisəli torpaq sahəsi 0.03 ha təşkil edir, Cavabdeh tərəfindən istifadə olunur və Cavabdeh xüsusi mülkiyyətindədir ( Sxem tərtib olunmuş ölçülər sxemdə göstərilmişdir). Qusar rayonu, Bədirqala kəndində yerləşən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi **********43 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsidir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “Qaz İxrac İdarəsi” tərəfindən DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına, mütəxəssis rəyinin verilməsinə görə 95 manat məbləğində pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2022-cil tarixli 10/6881 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, ünvan 3ində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) X16 mühafizə zonasında inşa edilmişdir. İnşa edilmiş fərdi yaşayış evi yüksək təzyiqli qaz xəttindən bir tərəfdən 9.67 m, digər tərəfdən 10 metr aralı yerləşir, həmin ev qaz xəttinin mühafizə zolağındadır. Belə ki, mütəxəssis rəyində yüksək təzyiqli (12-25 atm) X21 ilə fərdi yaşayış evi arasında olan məsafənin bir tərəfdən 9.67 metr, digər tərəfdən 10.0 metr qeyd olunduğu nəzərə alınarsa, həmin fərdi yaşayış evinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Mübahisəli torpaq sahəsi 0.03 ha təşkil edir, Cavabdeh tərəfindən istifadə olunur və Cavabdeh xüsusi mülkiyyətindədir (Sxem tərtib olunmuş ölçülər sxemdə göstərilmişdir). ünvan 3ində yerləşən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi **********43 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2022-cil tarixli 10/6881 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli ********* saylı və 31.03.021-ci il tarixli ********* saylı qəbzlərdən görünür ki, Qaz İxrac İdarəsi tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən maddi hüquq normalarının mənasından da göründüyü kimi Cavabdeh tərəfindən ünvan 3ində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evi o vaxt özbaşına tikili sayıla və həmin tikili iddiaçı təşkilatın tələbi üzrə o vaxt sökülə bilər ki, həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Lakin, məhkəmə iclası zamanı sübuta yetirilmişdir ki, Qusar rayon Bədirqala kəndi ərazisində yerləşən 0.03 hektar həyətyanı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı ********** qeydiyyat, **********43 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq edilir. Həmin Çıxarış hazırda qüvvədədir, hər hansı şəxs və ya orqan tərəfindən, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Belə olan halda, Çıxarışın həqiqiliyi prezimpsiyası qüvvədədir və nə qədər ki, cavabdeh tərəfin torpaq sahəsinə dair hüquqlarının təsdiq edən həmin Çıxarış ləğv edilməyib, mülkiyyətçi şəxsi həmin Çıxarışdan irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır. Bundan başqa, cavabdeh özünün torpaq sahəsində evi inşa edərkən onun qaz kəmərinin mühafizə zonasında yerləşdiyini bilməmiş, bu barədə ona heç bir təşkilat xəbərdarlıq etməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X12rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcüd mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, hüququn dövlət qeydiyyatına alınması anına qədər şəxs ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında əks olunan hüquqi mövqeyi baxımından da cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi tikilinin sökülməsi onun gözlənilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Həmin qərarlarda əks olunan hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, ünvan 3ində yerləşən 0,13 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olduğundan, onun həmin torpağın üzərində olan tikiliyə ən azından “titul” sahibliyi yaranmışdır ki, bu hüquq da özündə mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edir. Bu, isə həmin torpaq və yaşayış evi üzərindəki əmlak hüquqlarının müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, cavabdehin ünvan 3i ərazisində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi özbaşına tikinti sayılmadığından, yəni evin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla məhz yaşayış evinin tikintisi məqsədi ilə Cavabdeh mülkiyyətinə verildiyindən, həmin torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evindən maneəsiz istifadə hüququna iddiaçı təşkilatın müdaxiləsi qanuni və əsaslı sayıla, həmçinin torpaq sahəsinin və yaşayış evinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən evin sökülməsi tələbi barədə iddia təmin edilə bilməz. Belə ki, həmin fərdi yaşayış evinin tikintisi hər hansı ictimai maraqlara zidd deyildir, əksinə fərdin layiqli yaşamaq üçün yaşayış sahəsinə malik olması barədə onun hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq yaradır. Cavabdeh X16 təhlükəsizlik zonasında yerləşdiyi göstərilən torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, tikinti həmin torpaq sahəsində tikildiyindən, onun tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları tərəfindən həmin şəxsə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, ona görə tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və həmin şəxsin tikintinin X16 təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikintinin boşaldılaraq sökülməsi, cavabdehin qanuni müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Bundan başqa, X16 yerinin dəyişdirilməsi məsələsi araşdırılmaqla və bunun texniki imkanları müzakirə olunmaqla vətəndaşın evinin sökülməsi yerinə qaz kəmərinin yerinin dəyişdirilməsi daha ədalətli və sosial tarazlıq baxımından daha məqsədəmüvafiq olar. Odur ki, məhkəmə iddiaçının dəlillərini qəbul etməyərək əsassız hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş fərdi yaşayış evinin sökülməsi tələbinə dair iddiası, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair əlavə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən və iddia rədd olunduğundan iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci iddiaçı «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddia rədd olunduğundan iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu “Qaz İxrac” İdarəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair əlavə iddiası rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri “Qaz İxrac” İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu “Qaz İxrac” İdarəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar