Məhkəmə qərarları › İş №2(029)-199/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-199/2021

25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-199/2021 25.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyən edici sənədin şəxsə məxsus olması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyən edici sənədin şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A nömrəli 216075 saylı torpaq sahəsinin plan və ölçüsünün mərhum X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxxx 1972-ci il tarixdə Qusar rayonu Cağar kəndində anadan olmuşdur. X13 ilə xx xxxxxxx 1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. X4 xx xxxxxxx 2018ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il, 113 nömrə ilə qeydə alınmışdır. X2 Qusar rayon X11 xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarı ilə ünvan 1 saylı ünvanda fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Onlar həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş,evin eskiz lahiyəsi hazırlanmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A nömrəli 216075 saylı torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. O, həmin evə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət emişdir.Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A nömrəli 216075 saylı torpaq sahəsinin plan və ölçüsündə başqa adın, yəni X5 əvəzinə X10 yazıldığından imtina etmişdir. Onların ailəsində Teymur adl şəxs olmamışdır. Mərhum ərinin adı səhvən Teymur yazılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsitərəfindən verilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2009-cu il tarixdə 13 nömrə ilə uçota alınmış A № 216075 Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X6 Qusar rayon X11 xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon X18 Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə yönləndirilmiş xx xxxxxx 2019-cu il tarixli, № X29 nömrəli məktubdan görünür ki, xx xxxxxxx 2018-ci il tarixində vəfat etmiş X5 ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Ərizəçi müraciəti daxil olmuşdur. Lakin ərizəçiyə həmin ünvanda yerləşən torpaq sahəsinə və fərdiyaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən həmin notariat hərəkətini aparmaq mümkün deyildir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən xahiş olunur ki, vərəsəlik işinin həlli ilə əlaqədar notariat kontoruna təqdim etmək üçün mülkiyyət hüququnun vəfat etmiş şəxsə aid olması barədə çıxarış verilməsi xahiş olunmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 113 saylı Ölüm Haqqında Şəhadətnamədən görünür ki, X13 xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 113 nömrə ilə qeyd edilmişdir. İşdə olan Ərizəçi, X1, X7, X9, Hörmətova Tamilla Sabir qızının iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, həqiqətən mərhum X5 ünvan 3 saylı ünvanda yaşayan ailə üzvləri arasında, nə də doğmaları arasında X10 adında şəxs yoxdur. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli № 1849 Arayışdan görünür ki, ünvan 4 saylı ünvanda yaşayan ailə üzvləri və doğmaları arasında X10 adlı şəxs yoxdur. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 217 saylı Arayışdan görünür ki, Qusar Rayon Xalq X15 heyətinin xx xxxxxx 1993-cü il tarixli 27 № protokola əsasən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barədə qərarda yazılmış Nurməmmədov Firuz kimi oxunsun. İşdə olan Qusar Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 1829 saylı Arayışdan görünür ki, həmin arayış Ərizəçi ondan ötrü ki, həqiqətən o, Qusar şəhəri Həsrətov küçəsi 55 saylı evdə qeydiyyatdadır. İşdə olan Vİ-ЖГ № 370376 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X3 arasında xx xxxxxxx 1995-ci il tarixdə Qusar RİHB-nın Zindan Muruq kənd i/ə üzrə nümayəndəliyində 13 nömrəli akt ilə nikah bağlanmışdı. Nikah bağlandıqdan sonra qadına Nurməmmədova soyadı verilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A nömrəli 216075 saylı torpaq sahəsinin plan və ölçüsünün X8 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A nömrəli 216075 saylı torpaq sahəsinin plan və ölçüsünün X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar