Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-205/2023 16.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X8, cavabdeh, həmçinin iş üzrə digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 (beş min) manat məbləğində kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1. mənzil-2 ünvanında yerləşən mənzil onun şəxsi mülkiyətindədir. Həmin mənzilə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli çıxarış verilmişdir. Məhkəmə qətnamələrinə əsasən cavabdehlərin onun mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1 ünvanında yerləşən 2 nömrəli mənzilə istifadə hüquqları tanınmış və həmin evə köçürülmüşlər. Lakin, cavabdehlər evə köçürüldükdən sonra müxtəlif bəhanələrlə evdə söz-söhbət yaratmağa başlamışlar. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu ahıl yaşında onu şəxsi mülkiyyətində olan evində rahat şəkildə yaşamağına imkan vermir, hər dəfə evdə müxtəlif bəhanələrlə dava salıb, ona qarşı hörmətsizlik edib və onu öz evindən didərgin salmaq istəyirlər. Odur ki, onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir yerdə yaşamaları qeyri-mümkündür. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, 25 avqust 2003-cü il tarixdə el adəti ilə toy edərək iddiaçının oğlu X9 ilə ailə qurmuşdur. Ərarvad qismində yaşadıqları dövrdə, yəni 23 avqust 2004-cü il tarixdə Aydan adlı uşaqları anadan olmuşdur. X2 təqsiri üzündən nikahları rəsmiləşdirilməmiş, məhkəmə qətnaməsi ilə X19 adlı uşağın atası tanınmış, həmin uşağın saxlanması üçün sonuncudan aliment tutulması barədə qətnamə çıxarılmış, Sumqayıt Apellyasiya məhkəməsinin 09 fevral 2009cu il tarixli qətnaməsi ilə yuxarıda sözügedən mənzilə istifadə hüquqları müəyyən edilmişdir, hal hazırda da həmin mənzildə yaşayır, Cavabdeh2 Bakı şəhərində təhsil almaqla Bakıda kirayədə yaşayır, iddiaçının oğlu İftixar Zeynalovla faktiki olaraq 2008-ci ildən başlayaraq ayrı yaşayır, faktiki olaraq isə İftixar Zeynalov uşağın saxlanması üçün tutulmalı alimentin ödənilməsindən qəsdən yayınmış, bu səbəbdən cəzalandırılmış, lakin doğma qızının həddi buluğa çatana kimi aliment ödəməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı 70 (yetmiş) manat müəyyən edilmiş, hazırda İftixar Zeynalovun külli miqdarda ödənilməmiş aliment borcu qalmışdır. İddiaçı iddia ərizəsində 5000 (beş min) manat kompensasiya verilməsi ilə istifadə hüququna xitam verilməsini xahiş edir. 5000 manat kompensasiya üç il müddətinə kirayə haqqı kimi nəzərdə tutulduğu halda aylıq kirayə haqqı 140 (yüz qırx) manat təşkil edir. Qusar şəhərində hazırki mənzildə olan şəraitə oxşar şəraitdə mənzil kirayəsi 140 manata ola bilməz. Qusar şəhəri ərazisində mənzil kirayəsi aylıq təxminən 250- 300 manat olduğu halda, iddiaçının təklif etdiyi 140 manata o, kirayəyə mənzil tuta bilməz. Cavabdeh2 adlı uşaq Bakı şəhərində oxumaqla kirayədə yaşayır, onun təhsil alması ilə əlaqədar xərclərin ödənilməsində əziyyət çəkir, maddi vəziyyəti son dərəcə ağırdır, belə vəziyyətdə Qusar şəhərində başqa yerdə 140 manat məbləğində kirayə haqqını ödəməklə digər mənzilin kirayəyə götürülməsi qeyri mümkündür, iddiaçının tələbi qanunvericiliyin müddəalarına cavab vermədiyi üçün əsassız və qanunsuzdur, hazırki həyat şəraitinin saxlanmasını təmin etmək üçün İddiaçı təklif etdiyi kompensasiya heç bir halda tələbatını ödəyə bilməz, ona görə də iddianın rədd edilməsini məqsədəmüvafıq sayır. İddiaçı iddia ərizəsində göstərir ki, faktiki olaraq ünvan 3 ünvanda yaşayır, ünvan 4ç bir maneə yaratmır, bu nöqtəyi nəzərdən də iddiaçının tələbini əsassız sayır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiqləyərək izahatında göstərmişdir ki, yaşadıqları ev olan ərazidə evlərin qiyməti təxminən 18.000-20.000 manat civarında olar. Evin həyət ilə bir yerdə 18.000 manata satanlar da var. Cavabdeh 2004-cü ildən həmin evdə yaşayır. Həmin evdə o, oğlu, gəlini və iki nəvəsi, həmçinin cavabdehlər qalırlar. Həmin ev köhnə finski taxtadan olan evdir, çox darısqaldır. Ev iki otaqdan ibarətdir, 30 kv/m sahəsi var. Evin qabağında isə bir sota yaxın boş sahə var. Evdə iki ailə yaşayır, otaqların arasını kəsmiş, bir otaqda beş nəfər yaşayırlar. Sanitar qovşağı ayrıdır. O cür evlərin aylıq kirayə haqqı 120-150 manat olar. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X15 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiqləyərək, İddiaçı dediklərini təsdiq etmiş, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, həmçinin iş üzrə digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin ev iki otaqdan ibarətdir, evin bir mətbəxi var. O, mətbəxdən istifadə etmir, evdə ayrı yerdə qaz, su çəkərək ordan mətbəx kimi istifadə edir. Evin həyətində nə qədər torpaq sahəsi olduğunu dəqiq bilmir. Ev iddiaçının adındadır. O, qaldığı otağa işıq, telefon, internet, su, kanalizasiya çəkdirmişdir. O, öz qaldığı otağı adi formada təmir etmişdir. O biri otaqda iddiaçının ailəsi, özü, oğlu, oğlunun arvadı və iki uşağı yaşayır. Həmin evin dəyərini nə qədər olduğunu bilmir, bir sot torpağın dəyəri 15-20 min manat olar. O, evin qiymətini dəqiq bilmir, bəlkə evin dəyəri 50 min olar. Qusar şəhərində onun qaldığı evin şəraitinə uyğun evin kirayə haqqı 400-500 manat olar. O, bir uşağı tək saxlamışdır. O, iddianı qəbul etmir, beş min manat azdır, 20 min manat verilsə o, evdən çıxmağa razı olar. Odur ki, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-194-2008 saylı 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, Cavabdeh1 iddiası rədd edilməsi, İddiaçı iddiası təmin edilməsi, Cavabdeh1 və X4 Qusar şəhəri CCK qəsəbəsi ev 1, 2 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(105)-165/2009 saylı 09 fevral 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin iş üzrə 23 oktyabr 2008-ci il tarixli qətnaməsi qismən ləğv edilməsi, Cavabdeh1 İddiaçı və X5 qarşı yaşamaq hüququnun tanınması və qeydiyyata alınmasına dair iddiası təmin edilməsi, Cavabdeh1 azyaşlı qızı Aydan ilə Qusar şəhəri, CCK qəsəbəsi, 1 saylı evin 2 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə qeydiyyata alınması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş, 16 oktyabr 2005-ci ildən Qusar şəhəri CCK qəsəbəsi ev 1, 2 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə X12, Cavabdeh1, X6, X13, X16, X3, Cavabdeh2, X9 qeydiyyatdadırlar. İşdə olan seriya MH ******* saylı hüquqların X10 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri CCK qəsəbəsində istifadədə olan 0.0214 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1ci mərtəbəsində yerləşən 30 kv/metr ümumi, 30 kv/metr yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ 080301 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 23 avqust 2004-cü ildə Qusar şəhərində anadan olmuşdur. X1, anası Cavabdeh1dır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.2-ci maddəsində göstərilir ki, Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, işin mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, Qusar şəhəri CCK qəsəbəsində yerləşən istifadədə olan 0.0214 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 30.0 kv.metr ümumi, 30.0 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2004-cü ildən həmin mənzildə yaşamaqla mənzilə dair istifadə hüquqları vardır. Cavabdeh1 iddiaçının keçmiş gəlini, digər Cavabdeh2 isə nəvəsidir. İddiaçı mülkiyyətində olan mənzildə cavabdehlərlə birlikdə yaşamasının mümkünsüz olduğunu, bu səbəbdən də həmin mənzildə yaşamadığını bildirmişdir. Odur ki, hazırda iddiaçının mənzilə dair mülkiyyət hüququ ilə cavabdehlərin istifadə hüquqları toqquşur və iddiaçı cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və iddianın hüquqi əsası ilə işin faktiki halları uzlaşmaqdadır. Cavabdeh1 iddiaçının iddia tələbinə qarşı yalnız kompensasiyanın məbləği ilə bağlı etiraz etmiş, digər hallarla bağlı isə etiraz irəli sürməmişdir. Məhkəmə İddiaçı özünə məxsus Qusar şəhəri CCK qəsəbəsində yerləşən mənzilə dair cavabdehlərin istifadə hüquqlarına 5000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehlərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin mənzilə oxşar bir mənzildə yaşamalarının təmin olunması üçün kifayətdir. Belə ki, qeyd olunan mənzil köhnə tikili olmaqla yaşayış sahəsi 30 kv.metr təşkil edir və Qusar şəhərində həmin ölçüdə və şəraitdə olan mənzillərin kirayə haqları yüksək deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Odur ki, cavabdehin etirazı iddiaçının iddia tələbinin əsaslı olmasını şübhə altına alacaq dərəcədə deyil və ona görə də, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 (beş min) manat məbləğində kompensasiya verilməsi yolu ilə həmin şəxslərin İddiaçı mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməli, həmin şəxslər həmin mənzildən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 (beş min) manat məbləğində kompensasiya verilməsi yolu ilə həmin şəxslərin İddiaçı mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Qusar rayonu, Qusar şəhəri, CCK, ev-1, mənzil-2 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-205/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-205/2023
16.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver