Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-206/2021 09.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı miras əmlaka dair payların müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən və onunla mərhum X4 birgə mülkiyyətində olan 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Tatar Yaqubovdan miras qalmış ½ (0.365 ha) hissəsinin qanun üzrə vərəsəlik qaydasında onunla Cavabdeh arasında bərabər şəkildə bölünərək həmin mirasın ½ hissəsinin onun, digər ½ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon Məhkəməsinin icraatında İddiaçı ona və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası, Cavabdeh İddiaçı və qeyrilərinə qarşı vərəsə kimi tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasa dair payının müəyyən edilib mülkiyyətinə verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işi olmuş və məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Qusar rayonu Gedəzeyxur kəndində yerləşən Seriya RX ******* saylı xx xxx 2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmış iki mərtəbəli fərdi yaşayış evinə və birgə mülkiyyət hüququ üzrə mərhum Tatar Yaqubovla İddiaçı adlarına qeydiyyata alınmış həmin evin yerləşdiyi 0.18 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı və X4 hər birisinin mülkiyyət paylarının ½ hissə (50 faiz) müəyyən edilməsi və həmin əmlakların ½ (50 faiz) hissəsinin Tatar Yaqubovun miras kütləsinə daxil edilməsi, mərhum X4 miras kütləsinə daxil olan Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı və Cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzrlü sayılaraq həmin müddətin uzadılması, mərhum X4 miras kütləsinə daxil olan Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair İddiaçı və Cavabdeh hər birisinin miras payının ½ hissəsi müəyyən edilməsi və həmin hissələrin müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(105)-980/2018 saylı qətnaməsi ilə Qusar rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və Qusar rayonu Gedəzeyxur kəndində olan 0.18 ha torpaq sahəsinin mərhum X1 miras qalmış 0.09 ha hissəsinə və onun üzərində yerləşən yaşayış evinin ½ hissəsinə vərəsəlik hüququ tanınsın və əmlaklara İddiaçı və X4 mirası qəbul edilməsi faktının müəyyən edilməsi, Qusar rayon Gedəzeyxur kəndində olan 0.18 ha torpaq sahəsinin mərhum X1 miras qalmış torpaq sahəsinin 0.09 ha hissəsinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh və Qusar rayonu Gedəzeyxur kəndində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinə İddiaçı, ¼ hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması, X1 miras qalmış əmlaka onun vərəsələri X5, X3 və X2 vərəsəlik hüquqları itirilmiş sayılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və müvafiq qaydada icra olunmuşdur. Bununla da, qətnamələrdə qeyd olunmuş fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vərəsəlik qaydasında İddiaçı ilə Cavabdeh aralasında bölüşdürülmüş və digər vərəsələrin hüquqları itirlmiş sayılmışdır. Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona və X6 məxsusdur. Mülkiyyət hüquqları xx xxxx 2019-cu il tarixli **********96 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirməklə qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahəsinin mərhum əri Tatar Yaqubova məxsus hissəsi vərəsəlik qaydasında bölüşdürülməmişdir. Həmin mirasın İddiaçı ilə Cavabdehla aralarında bölüşdürülməsini zəruri hesab edir. Mərhum ərinin mirasına dair yalnız İddiaçı və Cavabdeh vərəsəlik hüququ tanınmışdır. Ona görə də, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən İddiaçı ilə mərhum X4 birgə mülkiyyətində olan 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Tatar Yaqubovdan miras qalmış ½ (0.365 ha) hissəsinin qanun üzrə vərəsəlik qaydasında İddiaçı ilə Cavabdeh arasında bərabər şəkildə bölünməli, həmin mirasın ½ hissəsinin İddiaçı, digər ½ hissəsi isə Cavabdeh mülkiyyətinə verilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə müraciət göndərərək, pandemiya şəraiti ilə əlaqədar olaraq mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına gələ bilmədiyinə görə işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Notariat Ofisinin notariusu tərəfindən məhkəməyə göndərilmiş X-173 saylı xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, mülki iş üzrə məhkəmə baxışı iclasında xidməti zərurəti ilə əlaqədar iştirak edə bilmədiyi üçün işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Həmin iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxırlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh və üçüncü çıxs Qusar rayon Notariat Kontorunun nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X3 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxx 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüquqları üzrə İddiaçı və X6 məxsusdur. İşdə olan Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/12615 saylı Arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 2019-cu il tarixli ********** nömrəli ərizəsinə əsasən xx xxx 2019-cu il tarixli ********** nömrəli müqaviləyə əsasən torpaq sahəsinin qiymətləndirilmə işi aparılmış, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 7300 ( yeddi min üç yüz) manat təşkil edir. İşdə olan AZ № 146825 saylı Ölüm haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxx 2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxx 2005-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli 772 saylı Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, X9 vəfat etdiyi günə kimi Qusar rayonu Gedəzeyxur kəndində yaşamışdır və onun ölümündən sonra vərəsələri İddiaçı, X8, X10, Cavabdeh və Nurmətova (Yaqubova) Fəridə Tatar qızı qalmışdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-1158/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmış iki mərtəbəli fərdi yaşayış evinə və birgə mülkiyyət hüququ üzrə mərhum Tatar Yaqubovla ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adlarına qeydiyyata alınmış həmin evin yerləşdiyi 0.18 hektar həyətyanı torpaq sahəsinə dair İddiaçı və X4 hər birinin mülkiyyət payı ½ hissə (50 faiz) müəyyən edilsin və həmin əmlakların ½ (50 faiz) hissəsi Tatar Yaqubovun miras kütləsinə daxil edilməsi, mərhum X4 miras kütləsinə daxil olan Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ (50 faiz) hissəsinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılaraq həmin müddətin uzadılması, mərhum X4 miras kütləsinə daxil olan Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ (50 faiz) hissəsinə dair ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hər birinin miras payı ½ (50 faiz) hissə müəyyən edilsin və həmin hissələrin müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(105)-980/2018 saylı qətnaməsinə əsasən, Qusar rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və Qusar rayonu Gedəzeyxur kəndində olan 0.18 ha torpaq sahəsinin mərhum X1 miras qalmış 0.09 ha hissəsinə və onun üzərində yerləşən yaşayış evinin ½ hissəsinə vərəsəlik hüququ tanınsın və əmlaklara İddiaçı və X4 mirası qəbul edilməsi faktının müəyyən edilməsi, Qusar rayon Gedəzeyxur kəndində olan 0.18 ha torpaq sahəsinin mərhum X1 miras qalmış torpaq sahəsinin 0.09 ha hissəsinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh və Qusar rayonu Gedəzeyxur kəndində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinə İddiaçı, ¼ hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması, X1 miras qalmış əmlaka onun vərəsələri X5, X3 və X2 vərəsəlik hüquqları itirilmiş sayılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxxxx 2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 97.5 kvadrat metr fərdi yaşayış evinin ¾ hissəsi, torpaq sahəsinin ¾ hissəsi İddiaçı, fərdi yaşayış evinin ¼ hissəsi, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh məxsusdur. İşdə olan Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/10538 saylı Arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixli ********** nömrəli ərizəsinə və xx xxxxxx 2018-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən fərdi yaşayış evini qiymətləndirilmə işi aparılmış, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.18 həyətyanı torpaq sahəsi 97.5 kvadrat metr fərdi yaşayış evinin xx xxxxxx 2018-ci il tarixinə bazar dəyəri 18000 ( on səkkiz min) manat təşkil edir. İş materiallarında olan Qusar rayon Notariat Ofisi tərəfindən İddiaçı nümayəndəsi X7 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli X-955 saylı cavab məktubundan görünür ki, xx xxx 2005-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 2i ünvanında yerləşən 0.73 ha torpaq sahəsindən X6 məxsus olan hissəsinə dair vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi X4 vərəsələri arasında təklif olunmuş pay bölgüsünə dair mübahisə olduğundan mümkün olmamış, bu səbəbdən pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MM-nin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının MM-nin 1159.1 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən xx xxxx 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və X4 birgə mülkiyyətlərində olan 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Tatar Yaqubovdan miras qalmış ½ (0.365) hissəsi İddiaçı və Cavabdeh arasında bərabər şəkildə bölünərək həmin mirasın ½ hissəsi Səfa Yaqubovun digər ½ hissəsi Cavabdeh mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qusar rayonu Gedəzeyxur kəndində yerləşən xx xxxx 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və X4 birgə mülkiyyətlərində olan 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Tatar Yaqubovdan miras qalmış ½ (0.365) hissəsi İddiaçı və Cavabdeh arasında bərabər şəkildə bölünərək həmin mirasın ½ hissəsi Səfa Yaqubovun digər ½ hissəsi Cavabdeh mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-206/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-206/2021
09.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver