Məhkəmə qərarları › İş №2(029)-213/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-213/2021

15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-213/2021 15.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Musayeva (Bağışova) Məlahət Dahidovnanın, Qurbanova (Bağışova) Gülnarə Dahid qızının, Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Musayeva (Bağışova) Məlahət Dahidovnanın, Qurbanova (Bağışova) Gülnarə Dahid qızının, Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Musayeva (Bağışova) Məlahət Dahidovna, Qurbanova (Bağışova) Gülnarə Dahid qızı, Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşıərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs2”nun, “X5”nın, “Maraqlı şəxs1”nun, “X8”nın, “X10”nın adlarına verilmiş JN:3xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, JN:078F KOD 30116018, JN:078B KOD 30116018, JN:078C KOD 30116018, JN:078A KOD 30116018 saylı Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamələrin Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi3, Qurbanova (Bağışova) Gülnarə Dahid qızına, Musayeva (Bağışova) Məlahət Dahidovnaya məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X7 xx xxx 2000-ci il tarixli 10/8 və xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarlarına əsasən onun, Qurbanova (Bağışova) Gülnarə Dahid qızının, Ərizəçi3, Maraqlı şəxs1, Maraqlı şəxs2 mülkiyyətlərinə Qusar rayonu Köhnə Xudat kəndi əraizisindən 1.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.19 ha, 0.01 ha, 0.29 ha, 0.02 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:3xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN:078F KOD 30116018, JN:078B KOD 30116018, JN:078C KOD 30116018, JN:078A KOD 30116018 saylı Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamələrlə ilə təsdiq edilir. Həmin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və Şəhadətnamələrdə onun adı səhvən “Baharə”, Qurbanova (Bağışova) Gülnarə Dahid qızının adı səhvən “Gülnar, Musayeva (Bağışova) Məlahət Dahidovnanın ata adı isə səhvən “Dahid qızı” kimi qeyd edilmişdir. Bu yaxınlarda o, JN:3xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındaki, JN:078F KOD 30116018, JN:078B KOD 30116018, JN:078C KOD 30116018, JN:078A KOD 30116018 saylı Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamələrdəki torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:3xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında, JN:078F KOD 30116018, JN:078B KOD 30116018, JN:078C KOD 30116018, JN:078A KOD 30116018 saylı Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamələrdə səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN:3xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, JN:078F KOD 30116018, JN:078B KOD 30116018, JN:078C KOD 30116018, JN:078A KOD 30116018 saylı Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamələrin Maraqlı şəxs2, Maraqlı şəxs1, ona, Qurbanova (Bağışova) Gülnarə Dahid qızına, Musayeva (Bağışova) Məlahət Dahidovnaya məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Musayeva (Bağışova) Məlahət Dahidovna, Qurbanova (Bağışova) Gülnarə Dahid qızı, Ərizəçi3 izahatına uyğun eyni məzmunlu izahatlar verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan JN-3xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X7 xx xxx 2000-ci il tarixli 10/8 saylı qərarına əsasən Maraqlı şəxs2, X1, Maraqlı şəxs1, X2, X6 mülkiyyətlərinə 1.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN:078F KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X7 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən Maraqlı şəxs2, X1, Maraqlı şəxs1, X2, X6 mülkiyyətlərinə 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN:078B KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X7 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən Maraqlı şəxs2, X1, Maraqlı şəxs1, X2, X6 mülkiyyətlərinə 0.01 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN:078C KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X7 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən Maraqlı şəxs2, X1, Maraqlı şəxs1, X2, X6 mülkiyyətlərinə 0.29 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN:078A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X7 xx xxx 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən Maraqlı şəxs2, X1, Maraqlı şəxs1, X2, X6 mülkiyyətlərinə 0.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 tərəfindən Ərizəçi3 ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********97 saylı cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:078C KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN:03xx xxx 30116018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 tərəfindən Ərizəçi3 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********62 saylı cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:078B, JN:078F, JN: 078A KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 330 nömrəli Arayışdan görünür ki, JN:03xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında, JN:078F KOD 30116018, JN:078B KOD 30116018, JN:078C KOD 30116018, JN:078A KOD 30116018 saylı Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamələrdə Ərizəçi3 adı səhvən Bahare, X4 atasının adı səhvən Dahid qızı, X3 adı səhvən Gülnar yazılmış, əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq oxunmalıdır. İşdə olan AZ-l № 660293 saylı nikah haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qurbanov Vadim Dövlət oğlu ilə X3 arasında xx xxx 2011-ci il tarixdə Xaçmaz rayon Yalama İnzibati ərazi vahidliyində 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Qurbanova soyadı verilmişdir. İşdə olan AZ-ll № 184039 saylı nikah haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X9 arasında Xaçmaz rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2010-cu il tarixdə 666 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Musayeva soyadı verilmişdir. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1964-cü il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş və Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda Maraqlı şəxs2 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxx 1967-ci il tarixdə Qusar rayonu Urva kəndində anadan olmuş və Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olan Ərizəçi3 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxx 1992-ci il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş və hazırda Xaçmaz rayonu Yalama kəndində qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1989-cu il tarixdə X11 vilayətində anadan olmuş və Xaçmaz rayonu Ərəb kəndində qeydiyyatda Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1987-ci il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş və Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda Maraqlı şəxs1 məxsusdur. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs2”nun, “X5”nın, “Maraqlı şəxs1”nun, “X8”nın, “X10”nın adlarına verilmiş JN:3xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, JN:078F KOD 30116018, JN:078B KOD 30116018, JN:078C KOD 30116018, JN:078A KOD 30116018 saylı Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamələrin Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi3, Qurbanova (Bağışova) Gülnarə Dahid qızına, Musayeva (Bağışova) Məlahət Dahidovnaya məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs2”nun, “X5”nın, “Maraqlı şəxs1”nun, “X8”nın, “X10”nın adlarına verilmiş JN:3xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, JN:078F KOD 30116018, JN:078B KOD 30116018, JN:078C KOD 30116018, JN:078A KOD 30116018 saylı Torpağın mülkiyətə verilməsinə dair Şəhadətnamələrin Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi3, Qurbanova (Bağışova) Gülnarə Dahid qızına, Musayeva (Bağışova) Məlahət Dahidovnaya məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar