Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-213/2023 25.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu İddiaçı Yaqubova (Nurəhmədova) Çiçək Rasim qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdehnə qarşı “432 manat məbləğində borcun silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Yaqubova (Nurəhmədova) Çiçək Rasim qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdehnə qarşı “432 manat məbləğində borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsi İddiaçı Yaqubova (Nurəhmədova) Çiçək Rasim qızının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş AR-İİ 798771 saylı 27 sentyabr 2022-ci il tarixli İddiaçı tərəfindən Nümayəndə verilmiş etibarnamədən görünür ki, etibarnamədə Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Yaqubova (Nurəhmədova) Çiçək Rasim qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdehnə qarşı “432 manat məbləğində borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Yaqubova (Nurəhmədova) Çiçək Rasim qızının nümayəndəsi Nümayəndə geri qaytarılsın. Yaqubova (Nurəhmədova) Çiçək Rasim qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-213/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-213/2023
25.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver