Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-214/2021 16.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ağamuradova (Tərlanova) Həlimə Yarmət qızına, Cavabdeh6, Cavabdeh7 qarşı miras əmlaka vərəsəlik payının müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ağamuradova (Tərlanova) Həlimə Yarmət qızına, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası – X1 miras qalmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Qusar rayonu X2 xx xxxxxx 1999-cu il tarixli, 14\3 saylı qərarı ilə verilmiş JN 4xx xxx 30107018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Akt əsasında paylı mülkiyyətdə olan 1,21 hektar kənd təsərrüfatlı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsindən atama düşən paydan vərəsəlik payıma müəyyən edilərək naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ağamuradova (Tərlanova) Həlimə Yarmət qızı, Cavabdeh6, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ağamuradova (Tərlanova) Həlimə Yarmət qızının, Cavabdeh6, Cavabdeh7 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ağamuradova (Tərlanova) Həlimə Yarmət qızına, Cavabdeh6, Cavabdeh7 qarşı miras əmlaka vərəsəlik payının müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Ağamuradova (Tərlanova) Həlimə Yarmət qızına, Cavabdeh6, Cavabdeh7 qarşı miras əmlaka vərəsəlik payının müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-214/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-214/2021
16.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver