Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-217/2021 15.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızının və Tamazanova (Balahmədova) Məryəm Akif qızının iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızının və Tamazanova (Balahmədova) Məryəm Akif qızının maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızı və Tamazanova (Balahmədova) Məryəm Akif qızı maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nun, “X4”nın, “X12”nın, “X16”nın adlarına verilmiş JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızına və Tamazanova (Balahmədova) Məryəm Akif qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X15 xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarına əsasən onun, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızının və Tamazanova (Balahmədova) Məryəm Akif qızının mülkiyyətlərinə Qusar rayonu Cağar Palasa kəndi ərazisindən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun soyadı səhvən “Baləhməd” ata adı isə “Əliheydər”, Ərizəçi2 soyadı səhvən “Baləhmədova”, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızının soyadı səhvən “Baləhmədova”, Tamazanova (Balahmədova) Məryəm Akif qızının soyadı “Baləhmədova” kimi qeyd edilmişdir. Bu yaxınlarda o, JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızına və və Tamazanova (Balahmədova) Məryəm Akif qızına məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızı və Tamazanova (Balahmədova) Məryəm Akif qızı Ərizəçi1 izahatına uyğun eyniməzmunlu izahatlar verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X15 xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarı ilə X5, X2, X6 və X8 mülkiyyətlərinə 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X30 tərəfindən Ərizəçi1 ünvanlanmış **********22 saylı xx xxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X26 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 530 saylı Arayışdan görünür ki, JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1, X4, X12 və X3 yazılmış, əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi1, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızı və Tamazanova (Balahmədova) Məryəm Akif qızı yazılmalı və oxunmalıdır. İşdə olan AZ-ll № 329995 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X17 arasında Quba Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində xx xxxx 2019-cu il tarixdə 0531 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Tamazanova soyadı verilmişdir. İşdə olan AZ-ll № 131113 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X13 arasında xx xxxx 2016-cı il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 28 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ağabalayeva soyadı verilmişdir. İşdə olan V-ЖГ № 312844 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X7 arasında xx xxx 1990-cı il tarixdə Qusar rayonu Qalacıq kənd sovetində 07 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Balahmədova soyadı verilmişdir. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx xxxxxx 1991-ci il tarixdə Qusar rayonu Cağar-Qışlaq kəndində anadan olmuş və hazırda Qusar rayonu Cağar-Qışlaq kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1966-cı il tarixdə Qusar şəhərində anadan olmuş və hazırda Qusar rayonu Cağar-Qışlaq kəndində qeydiyyatdadır. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1997-ci ildə Azərbaycanda anadan olmuşdur. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nun, “X4”nın, “X12”nın, “X16”nın adlarına verilmiş JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızına və Tamazanova (Balahmədova) Məryəm Akif qızına məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nun, “X4”nın, “X12”nın, “X16”nın adlarına verilmiş JN-163A KOD 30117048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ağabalayeva (Balahmədova) Aybəniz Akif qızına və Tamazanova (Balahmədova) Məryəm Akif qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-217/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-217/2021
15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver