Məhkəmə qərarları › İş №2(029)-218/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-218/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-218/2023 27.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Sultanəli oğlu”nun, “X4”nın, “X10”nın adlarına verilmiş JN:0062 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “X10”na, “Ərizəçi2”na, “Ərizəçi1”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar islahat Komissiyasının 27 dekabr 1997-ci tarixli 07 saylı qərarına əsasən onlara Ərizəçi1, Ərizəçi2 və X7 Qusar rayonunun Cağar kəndi ərazisindən 2.51 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0062 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X10 08 may 2000-ci il tarixdə vəfat etmişdir. X13 Ərizəçi2 adı səhvən “Şərqiyyə”, Ərizəçi1 atsının adı səhvən “Sultanəli” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi2 adı “Şərqiyyə”, Ərizəçi1 atasının adı “Sultali” kimi qeyd edilmişdir. X12 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0062 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərinin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X13 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi idarəsinə müraciət etmişlər. X14 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0062 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi2 adı səhvən “Şərqiyyə”, Ərizəçi1 atsının adı səhvən “Sultanəli” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi idarəsi bizə lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0062 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar həmin ərizəni müdafiə edir və iddialarını müdafiə edirlər. Bundan əlavə bildirmişlər ki, şəxsi işləri ilə əlaqədar olaraq 27 aprel 2013-cü il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, iş üzrə məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:0062 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 07 saylı qərarı ilə Qusar rayonu Cağar kəndində yerləşən 2.51 ha torpaq sahəsi Ərizəçi1 Sultanəli oğlunun, X2 və X6 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan İİ-ЖГ 420582 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X3 nikahları 03 aprel 1981-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Balabəyova” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 498 saylı arayışdan görünür ki, JN-0062, KOD 30113038 saylı dövlət aktında səhvən olaraq Ərizəçi1 Sultanəli oğlu, X1 yazılmış, əslində isə hüquqi sahibinin adı, soyadı, atasının adı Ərizəçi1, Ərizəçi2 kimi yazılmalı və oxunmalıdır. İşdə olan seriya AZE 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsnin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1957-ci il tarixdə qusar rayonu Zindan Muruq kəndində anadan olmuşdur. İşdə olan seriya AZE 0******* nömrəli vətəndaşın çəxsiyyət vəsiqəsnin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci il tarixdə Qusar rayonu Cağar kəndində anadan olmuşdur. İşdə olan AZ 038147 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08 may 2000-ci il tarixdə Qusar rayonu Cağar kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 431 saylı arayışdan görünür ki, JN-0062, KOD 30113038 saylı dövlət aktında səhvən olaraq Ərizəçi1 Sultanəli oğlu, X4, X5 yazılmış, əslində isə hüquqi sahibinin adı, soyadı, atasının adı Ərizəçi1, Ərizəçi2, X5 yazılmalı və oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-0062 kod 30113038 torpağa mülkiyyət hüququna dair dövlət aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında ərizəçilər, göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçilər həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0062 kod 30113038 torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslərin siyahısına daxildir, həmin sənədlərdə göstərilən torpaq sahələrinin birgə mülkiyyətçilərindən biridir. Lakin, X13 yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ilə birlikdə mərhum X7 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Sultanəli oğlu”nun, “X4”nın, “X10”nın adlarına verilmiş JN:0062 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “X10”na, “Ərizəçi2”na, “Ərizəçi1”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar