Məhkəmə qərarları › İş №2(029)-219/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-219/2023

13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-219/2023 13.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X22 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X15"nun, “Maraqlı şəxs2"nun, “X9"nın, “X8"nın adlarına verilmiş JN:0049 KOD 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “X17"na, “Maraqlı şəxs2"na, “Mustafayeva (Abbasova) Şahnaz Arzu qızı"na, “Ərizəçi"ya məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci tarixli 10 saylı qərarına əsasən onlara, yəni Maraqlı şəxs2, Mustafayeva (Abbasova) Şahnaz Arzu qızına, Ərizəçi, X11 Qusar rayonu İmamqulukənd kəndi ərazisindən 4.00 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0049 KOD 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X20 27 iyun 2003-cü il tarixdə vəfat etmişdir. Həmin Dövlət aktında Ərizəçi adı səhvən Şumugül, X12 atasının adı səhvən Abbas oğlu kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənəddə Ərizəçi adı Gümüşgül, ölümünü təsdiq edən sənəddə X10 atasının adı Abas oğlu kimi qeyd edilmişdir. X18 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0049 KOD 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçinin soyadı, adı və ata adı şəxsiyyətini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0049 KOD 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adı səhvən Şumugül, X12 atasının adı səhvən Abbas oğlu kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0049 KOD 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Mustafayeva (Abbasova) Şahnaz Arzu qızı və Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4, 185.5, 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN:0049 KOD 30114018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 saylı qərarı ilə Qusar rayonu İmamqulukənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X1, X3 və Maraqlı şəxs2 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ 145890 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə RF, Dağıstan Respublikası Axtı rayonunda anadan olmuş, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yaşayır. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1993-cü il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayır. İşdə olan AZ-İ 567830 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Mucuq-oba kəndində anadan olmuş X4 ilə həmin rayonun Aşağı İmamqulukənd kəndində anadan olmuş X9 08 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və Şahnaz Abbasova “Mustafayeva” soyadını qəbul etmişdir. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1992-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində anadan olmuş, həmin rayonun Mucuq-oba kəndində yaşayır. İşdə olan Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli 832 saylı arayışdan görünür ki, JN:0049 KOD 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında səhvən X15, X7 yazılmışdır, əslində ölüm haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində olduğu kimi X20, Ərizəçi yazılmalı və oxunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********70 saylı məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0049 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN:0049 KOD 30114018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin dövlət aktı əsasında o, həmin sənəddə göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını, o cümlədən mərhum X12 mirasına dair vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN:0049 KOD 30114018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi, mərhum X20, Maraqlı şəxs1 və Maraqlı şəxs2dur. Lakin, həmin dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin dövlət aktının ərizəçi X2 və xx.xx.2003-cü il tarixdə vəfat etmiş X16 məxsus olması faktı müəyyən olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, ərizə həmin dövlət aktının maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda, ərizəçi X5 yuxarıda qeyd olunan dövlət aktının özü ilə birlikdə həm də maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsini tələb etmək hüququ yoxdur. Çünki, dövlət aktı hüquqmüəyyənedici sənəd olmaqla konkret şəxsin (şəxslərin) mülkiyyət və ya digər əmlak hüquqlarını təsdiq edir və buna görə də hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəni məhkəməyə hüquq sahibi şəxsən özü və ya səlahiyyəti MPM-də nəzərdə tutulan qaydada rəsmiləşdirilən nümayəndəsi verməlidir. Ərizəçi yuxarıda qeyd olunan şəxslərin adından ərizə vermək səlahiyyətinin olması barədə hər hansı sənəd isə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, qeyd olunan dövlət aktında hüquq sahibi kimi göstərilmiş Maraqlı şəxs1 və Maraqlı şəxs2 həmin sənəddəki adı, soyadı və ata adı ilə şəxsiyyətlərini təsdiq edən sənədlərdə göstərilən adı, soyadı və ata adı arasında hər hansı uyğunsuzluq mövcud deyildir. Belə olan halda, həmin dövlət aktının həm də həmin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə zərurət yoxdur. Odur ki, ərizə həmin hissədə də təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X15"nun, “Maraqlı şəxs2"nun, “X9"nın, “X8"nın adlarına verilmiş JN:0049 KOD 30114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və xx.xx.2003-cü il tarixdə vəfat etmiş X16 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar