Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-221/2023 16.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X1, Ərizəçi Burhaddin qızının, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3 adlarına verilmiş JN:132 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 25 may 1998-ci tarixli 11/3 saylı qərarına əsasən onlara Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi Qusar rayonunun Əniğ-oba kəndi ərazisindən 3.27 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:132 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X5 Ərizəçi atasının adı səhvən Burhadin kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənəddə Ərizəçi atasının adı Buryazəddin kimi qeyd edilmişdir. X4 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:132 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərinin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X5 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X6 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:132 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi atasının adı səhvən Burhadin kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi bizə lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:132 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş, ərizədə göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən ona və ailə üzvlərinə pay torpaq sahəsi verilib. Dövlət Aktında onun atasının adı səhvən Burhadin kimi qeyd edilib. Həmin səhvin düzəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:132 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 may 1998-ci il tarixli 11/3 saylı qərarı ilə Qusar rayonu Əniğoba kəndində yerləşən 3.27 ha torpaq sahəsi Maraqlı şəxs1, Ərizəçi Burhaddin qızının, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 835 saylı 21 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, JN:132 KOD 30105028 torpağa mülkiyyət hüququna dair dövlət aktında şəhadətnaməsində aşağıda qeyd olunan vətəndaşın soyadı, adı, atasının adı və atasına münasibəti səhvən yazılmışdır: Ərizəçi Burhaddin qızı. Onların soyadı, adı,atasının adı və atasına münasibəti şəxsiyyət vəsiqəsində olduğu kimi aşağıda qeyd olunmuş yazılışda oxunur: Ərizəçi. İşdə olan Qusar RHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 611 saylı 07 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, JN:132 KOD 30105028 torpağa mülkiyyət hüququna dair dövlət aktında şəhadətnaməsində aşağıda qeyd olunan vətəndaşın soyadı, adı, atasının adı və atasına münasibəti səhvən yazılmışdır: X2, Ərizəçi Burhaddin qızı. Onların soyadı, adı,atasının adı və atasına münasibəti şəxsiyyət vəsiqəsində olduğu kimi aşağıda qeyd olunmuş yazılışda oxunur: Maraqlı şəxs1, Ərizəçi. İşdə olan seriya AZE ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1959-cu il tarixdə Qusar rayonu Əniğ kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş JN:132 KOD 30105028 torpağa mülkiyyət hüququna dair dövlət aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında ərizəçi, göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçilər həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:132 KOD 30105028 torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslərin siyahısına daxildir, həmin sənədlərdə göstərilən torpaq sahələrinin birgə mülkiyyətçilərindən biridir. Lakin, X5 yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X1, Ərizəçi Burhaddin qızının, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3 adlarına verilmiş JN:132 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-221/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-221/2023
16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver