Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-223/2023 28.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi, X6, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızının maraqlı şəxslər X17, X18, Ağabalayeva (Əzizova) Arzu Firuddin qızına, X19 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi, X21, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızı maraqlı şəxslər X17, X18, Ağabalayeva (Əzizova) Arzu Firuddin qızına, X19 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Əzimuddin oğlu”nun, “X22”nın, “X23”nun, “X20”nun, “X24”nun, “X25”nın, “X26”nun adlarına verilmiş JN:0149 KOD 30104028 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi, X11, X17, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızına, X18, Ağabalayeva (Əzizova) Arzu Firuddin qızına və X19 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və ailə üzvləri X11, X17, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızına, X18, Ağabalayeva (Əzizova) Arzu Firuddin qızına və X19 Qusar rayonunun Böyük Muruq kəndi ərazisindən 9,34 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0149 KOD 30104028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Asaliyeva (Əzizova) Sevinc Firuddin qızı 09 oktyabr 1999cu il tarixdə X31 ilə rəsmi nikah bağlamış və onun soyadını, “Asaliyeva” soyadını qəbul etmişdir. Ağabalayeva (Əzizova) Arzu Firuddin qızı 23 dekabr 2012-ci il tarixdə X7 ilə rəsmi nikah bağlamış və onun soyadını, “Ağabalayeva” soyadını qəbul etmişdir JN:0149 KOD 30104028 saylı Dövlət Aktında onun, yəni Ərizəçi ata adı səhvən “Əzimuddin oğlu”, X6 adı səhvən “Sevda”, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızının ata adı səhvən “Firuddin oğlu” qeyd edilmişdir. Digər üçüncü şəxslərin soyadları, adları və ata adları həmin Dövlət Aktında düzgün qey edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi ata adı “Azimuddin oğlu”, X6 adı “Sevidə”, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızının ata adı “Firuddin qızı” qeyd edilmişdir. Əslində JN:0149 KOD 30104028 saylı Dövlət Aktında da onların soyadları, adları və ata adları şəxsiyyətilərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün maraqlı şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin JN:0149 KOD 30104028 saylı Dövlət aktında Ərizəçi ata adı səhvən “Əzimuddin oğlu”, X6 adı səhvən “Sevda”, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızının ata adı səhvən “Firuddin oğlu” qeyd edildiyi üçün DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsi bizə çıxarış verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının ərizəçilərə və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş, ərizədən göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, JN:0149 KOD 30104028 saylı Dövlət Aktında onun, ata adı səhvən “Əzimuddin oğlu”, X6 adı səhvən “Sevda”, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızının ata adı səhvən “Firuddin oğlu” qeyd edilmişdir. Digər üçüncü şəxslərin soyadları, adları və ata adları həmin Dövlət Aktında düzgün qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi ata adı “Azimuddin oğlu”, X6 adı “Sevidə”, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızının ata adı “Firuddin qızı” qeyd edilmişdir. Ərizəçi Sevidə onun həyat yoldaşı, Sevinc isə onun qızıdır. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi ata adı “Azimuddin oğlu”, X6 adı “Sevidə”, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızının ata adı “Firuddin qızı” qeyd edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər X21 və Asaliyeva (Əzizova) Sevinc Firuddin qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Maraqlı şəxslər X23, X24, Ağabalayeva (Əzizova) Arzu Firuddin qızı və X26 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, ərizəçilər Ərizəçi, X6 və Asaliyeva (Əzizova) Sevinc Firuddin qızının Qusar rayon Məhkəməsinə verdiyi həmin ərizə ilə əlaqədar bildirmişlər ki, onlar həmin ərizəni qəbul edirlər və ərizəni təmin edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə məhkəmə iclaslarına gələ bilmirlər, ona görə də, işə onların iştirakları olmadan baxaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:0149 KOD 30104028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 03 may 1999-cu il tarixli 23 saylı qərarı ilə Qusar rayonu Böyük Muruq kəndində yerləşən 9.34 ha torpaq sahəsi Ərizəçi Əzimuddin oğlunun, X12, X13, X4, X14, X15, X16 xüsusi mülkiyyətlərinə verilmişdir İşdə olan AZ-İİ 047988 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X5 nikahları xx.xx.1999-cu il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Asaliyeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 823885 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X15 nikahları xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Ağabalayeva” soyadını qəbul etmişdir. İşdə olan seriya AZE 15227004 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 xx.xx.1959-cu il tarixdə Qusar rayonu Böyük Muruq kəndində anadan olmuşdur. İşdə olan seriya AZE 13550766 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1986-cı il tarixdə Qusar rayonu Böyük Muruq kəndində anadan olmuşdur. İşdə olan seriya AZE 01826494 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1979-cu il tarixdə Qusar rayonu Böyük Muruq kəndində anadan olmuşdur. İşdə olan seriya AZE 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Qusar rayonu Böyük Muruq kəndində anadan olmuşdur. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qusar RİHB-nın Əcəxur kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2019cu il tarixli 327 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 03 may tarixli 23 saylı qərarı ilə verilmiş JN- 0149, kod 30104028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçi X2 adı səhvən Ərizəçi Əzimuddin oğlu kimi, ailə üzvü X10 adı səhvən X3, X5 adı səhvən X1 göstərilmişdir. Ona görə də həmin sənəddə mülkiyyətçilərinin adları yuxarıda qeyd edildiyi kimi oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş JN:0149 KOD 30104028 torpağa mülkiyyət hüququna dair dövlət aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında ərizəçilər, göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçilər həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0149 KOD 30104028 torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslərin siyahısına daxildir, həmin sənədlərdə göstərilən torpaq sahələrinin birgə mülkiyyətçilərindən biridir. Lakin, həmin Dövlət Aktında yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının ərizəçilər Ərizəçi, X21, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızı ilə birlikdə maraqlı şəxslər X17, X18, Ağabalayeva (Əzizova) Arzu Firuddin qızına, X19 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Əzimuddin oğlu”nun, “X22”nın, “X23”nun, “X20”nun, “X24”nun, “X25”nın, “X26”nun adlarına verilmiş JN:0149 KOD 30104028 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi, X11, X17, Asaliyeva (Əzizova) Sevinc Firuddin qızına, X18, Ağabalayeva (Əzizova) Arzu Firuddin qızına və X19 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-223/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-223/2023
28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver