Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-226/2023 16.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X22 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X6”nun, “Ərizəçi Məhəmməd qızı”nın, “X15”nun adlarına verilmiş JN:0164 KOD 30124018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi və digər mülkiyyətçilər X5 və X11 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onun ailə üzvlərinə Qusar rayonu Şirvanlı kəndi ərazisindən 2,49 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0164 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. X14 ata adı səhvən “Məhəmməd”, X2nun adı səhvən “Tofık”, atasının adı səhvən “Əbdülqədir” qeyd edilmişdir. Üçüncü şəxs X1, adı və ata adı X19 düzgün qeyd edilmişdir. X2 30 mart 2022-ci il tarixdə vəfat etmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onun ata adı “Məhəmmədrəhim”, X2nun adı “Tofiq”, atasının adı “Abdulqədir” qeyd edilmişdir. Əslində JN:0164 KOD 30124018 saylı Dövlət Aktında da adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X19 olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün maraqlı şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin JN:0164 KOD 30124018 saylı Dövlət aktında onun ata adı səhvən “Məhəmməd qızı”, X2nun adı səhvən “Tofık”, atasının adı səhvən “Əbdülqədir” qeyd edildiyi üçün DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsi onlara çıxarış verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçi Məmmədrəhim qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, yaşının çox olması ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs X15 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizənin təmin edilməsinə etiraz etmir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN: 0164 kod 30124018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı Qusar rayonu Şirvanovka kəndində yerləşən 2.35 ha torpaq sahəsi X4, Ərizəçi Məhəmməd qızının və X10 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İİ 239522 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Qusar rayonu Zuxul kəndində anadan olmuş, həmin rayonun Şirvanovka kəndində yaşayır. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli 522 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə Ərizəçi Məhəmməd qızına və ailə üzvlərinə verilmiş JN-164 kod 30124018 saylı Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktında onun və ailə üzvlərinin adları səhv olaraq X8, Ərizəçi Məhəmməd qızı, X15 yazılmışdır. Onun və ailə üzvlərinin adları X7, Ərizəçi, X15 yazılmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********81 saylı məktubdan görünür ki, ərizəyə əlavə olunmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış JN-164 (kod ********) nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin adı, soyad və ata adlarında yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi X12 tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-164 KOD 30124018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, X19 göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını, o cümlədən mərhum X3 mirasına dair vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-164 KOD 30124018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi, mərhum X7 və maraqlı şəxs X13r. Lakin, X19 yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin dövlət aktının mərhum X5 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, ərizə həmin dövlət aktının maraqlı şəxs X12 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda, Ərizəçi yuxarıda qeyd olunan dövlət aktının özü ilə birlikdə həm də Tərlan Əzizova məxsus olması faktının müəyyən edilməsini tələb etmək hüququ yoxdur. Çünki, dövlət aktı hüquqmüəyyənedici sənəd olmaqla konkret şəxsin (şəxslərin) mülkiyyət və ya digər əmlak hüquqlarını təsdiq edir və buna görə də hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəni məhkəməyə hüquq sahibi şəxsən özü və ya səlahiyyəti MPM-də nəzərdə tutulan qaydada rəsmiləşdirilən nümayəndəsi verməlidir. Ərizəçi Tərlan Əzizovun adından ərizə vermək səlahiyyətinin olması barədə hər hansı sənəd isə məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X6”nun, “Ərizəçi Məhəmməd qızı”nın, “X15”nun adlarına verilmiş JN:0164 KOD 30124018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının Ərizəçi və 30 mart 2022-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-226/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-226/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver