Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-238/2023 27.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızına, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızına, Maraqlı şəxs3 Niyıtulla qızına, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızına, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızına, Maraqlı şəxs3 Niyatulla qızına, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, KOD 30107028 JN-308A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızı, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4 və mərhum X8 ilə birlikdə ona məxsus olması faktının; KOD 30107028 JN:181 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızı, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızı, Maraqlı şəxs4 və mərhum X8 ilə birlikdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, KOD 30107028 JN-308A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvləri Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızına, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızına, Maraqlı şəxs3, Maraqlı şəxs4 və mərhum X6 məxsusdur. Bundan başqa, KOD 30107028 JN:181 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona və ailə üzvləri Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızına, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızına, Maraqlı şəxs4 və mərhum X6 məxsusdur. Həmin Şəhadətnamədə və Dövlət Aktında onun adı mexaniki olaraq səhvən Könül göstərilmişdir. Halbuki, onun şəxsiyyətini təsdiq edən sənədlərdə adı Günel göstərilmiş, ailədə Könül adlı şəxs olmamışdır. Həmin səhvə görə isə o, mülkiyyətçi kimi həmin torpaq sahəsinə dair hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən də o, ərizə ilə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını həyata keçirən və mülkiyyət hüququ barədə sənədləri vermək səlahiyyəti olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək həmin səhvin aradan qaldırılmasını xahiş etsə də bundan imtina edilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Onun KOD 30107028 JN-308A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və KOD 30107028 JN: 181 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən hüquq sahbiblərinin siyahısında olmağını ailə üzvləri də təsdiq edə bilər və adının səhv yazılmasına dair yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən müvafiq arayış da verilmişdir. KOD 30107028 JN-308A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və KOD 30107028 JN:181 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin sənədlərdə göstərilən torpaq sahələrinə dair onun mülkiyyət hüququnu həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənədlərdir və ona görə də hesab edir ki, KOD 30107028 JN- 308A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızına, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızına, Maraqlı şəxs3, Maraqlı şəxs4 və mərhum X8 ilə birlikdə ona məxsus olması faktı, həmçinin KOD 30107028 JN:181 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızına, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızına, Maraqlı şəxs4 və mərhum X8 ilə birlikdə ona məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmirlər, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişər. Maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızına, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızına, Maraqlı şəxs3 Niyıtulla qızına, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:181 KOD 30107028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/3 saylı qərarı ilə Qusar rayonu Bədişqala kəndində yerləşən 3.72 ha torpaq sahəsi X3, X4, X1, X5, X2 və Maraqlı şəxs2 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN-308A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998ci il tarixli 7/3 saylı qərarı ilə Qusar rayonu Bədişqala kəndində yerləşən 0.13 ha torpaq sahəsi X3, X4, X1, X5, X2, Maraqlı şəxs2 və Maraqlı şəxs3 Niyatulla qızının xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 896473 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Qusar rayonu Bədişqala kəndində ölmüşdür. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Qusar rayonu Bədişqala kəndində anadan olmuşdur. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 158 saylı arayışdan görünür ki, JN-181 kod 30107028 torpağa mülkiyyət hüququna dair dövlət aktında X9 əvəzinə Maraqlı şəxs4, X10 əvəzinə Ərizəçi, X7 əvəzinə Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızı, Maraqlı şəxs2 Niyətulla qızı əvəzinə Maraqlı şəxs2 oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 561 saylı arayışdan görünür ki, JN-308A kod 30107028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X9 əvəzinə Maraqlı şəxs4, X11 əvəzinə Ərizəçi, X7 əvəzinə Mamaliyeva (Muradxanova) Elvira Nivatulla qızı, Maraqlı şəxs2 Niyətulla qızı əvəzinə Maraqlı şəxs2 oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-181 kod 30107028 torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN-308A kod 30107028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında və Şəhadətnamədə göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçi həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-181 kod 30107028 torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN- 308A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri kimi qeyd olunmuş şəxslərin siyahısına daxildir, həmin sənədlərdə göstərilən torpaq sahələrinin birgə mülkiyyətçilərindən biridir. Lakin, həmin Dövlət Aktında və Şəhadətnamədə yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının və Şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. KOD 30107028 JN-308A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızı, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4 və mərhum X8 ilə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. KOD 30107028 JN:181 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının maraqlı şəxslər Həbibova (Muradxanova) Rəhimə Niyətulla qızı, Maraqlı şəxs2, Mamaliyeva (Muradxanova) Elvira Niyatulla qızı, Maraqlı şəxs4 və mərhum X8 ilə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-238/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-238/2023
27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver