Məhkəmə qərarları › İş №2(029)-243/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-243/2021

11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-243/2021 11.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Xaçmaz X3 İdarəsinin Qusar X2 əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsinə, ona əsasən qəbul edilmiş komissiya qərarın ləğv edilməsini və əsassız hesablanmış 216.00 (iki yüz on altı manat) manat borcun silinməsinə və ödənilmiş 10 (on) manat dövlət rüsumunun qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evinə gedən qaz xəttindən açılmış G-4 markalı, ******* zavod nömrəli sayğaca Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmişdir və baxış zamanı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var və təbii qaz itkisi yarandığından təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Fərdi istehlakçı kimi o, cavabdeh “Cavabdeh” X1 X3 İdarəsinin X4 Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. Heç vaxt istehlak olunan qaza görə borcu olmamışdır. Qaz idarəsinin nümayəndələri tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilmişdir. Sayğacın çıxarılma səbəbi növbədən kənar Dövlət yoxlaması olmuşdur və sayğacın plastmas qapağın sol tərəfi çatlamış və müdaxiləyə şübhəli olduğundan,sayğacı növbədən kənar dövlət yoxlamasına aparılmalı olduğunu bildirmişlər. Onun tərəfindən sayğaca müdaxilə olmadığını bildirsə də, onun sözlərinə məhəl qoymayaraq qaz idarəsinin nümayəndələri sayğacı çıxarmış, əks təqdirdə evinə gedən qazın dayandırılacağını bildirmişlər. Bundan bir müddət sonra barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və o, bu akta imza etməkdən imtina etmişdir, çünki həmin akt heç bir səbəb olmadan qanunsuz olaraq tərtib edilmişdir. Bu akta əsasən xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən 2160 kub metr, yəni 216 (iki yüz on altı manat) manat məbləğində itirilmiş qazın bərpası hesablanmışdır. Sözü gedən sayğac onun evindən aralıda küçədə qoyulmuş, müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Ona görədə həmin sayğaca kimin tərəfindən müdaxilə olunduğunu bilmir. Hal-hazırda da Qusar X2 əməkdaşları ona hesablanmış borcu ödəməyəcəyi halda evinə verilən qaz təchizatını dayandıracaqları ilə hədələyirlər. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki iş materiallarında olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca verilmiş rəyə əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu aşkar olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, itirilmiş qaz hesablansın və dəyəri ödənilsin. İşdə olan «Cavabdeh» X1 X3 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır İşdə olan xx xxxxxx 2020-ci il tarixli ******* saylı Aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış sayğac, növbəti Dövlət Yoxlanılmasında yenisi ilə əvəz olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh Xaçmaz X3 İdarəsinin Qusar X2 əməkdaşları İddiaçı məxsus fərdi yaşayış evinə aid olan, lakin evindən aralıda, küçədə yerləşən qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu bildirərək xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, küçədə quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı qız həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə «Cavabdeh» X1 X3 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə 2160 kub metr qaz itkisi hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməli, həmin akta əsasən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli komissiya qərarı ləğv edilməli, əsassız hesablanmış 216.00 (iki yüz on altı) manat borc silinməli və 10 (on) manat ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilsin, həmin akta əsasən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli komissiya qərarı ləğv edilsin, əsassız hesablanmış 216.00 (iki yüz on altı) manat borc silinsin və 10 (on) manat ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar