Məhkəmə qərarları › İş №2(029)-248/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-248/2021

16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-248/2021 16.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Saruxanova (Aslanova) Esmira Mübariz qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Saruxanova (Aslanova) Esmira Mübariz qızının üçüncü şəxslər X3, X9 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Saruxanova (Aslanova) Esmira Mübariz qızı üçüncü şəxslər X3, X9 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi2 Mövlud oğlu”nun, “X6”nın, “X10”nun, “X11”nın, “X13”nun adlarına verilmiş JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, X3, Ərizəçi2, Saruxanova (Aslanova) Esmira Mübariz qızına, X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onun, X2, Ərizəçi2, Saruxanova (Aslanova) Esmira Mübariz qızının, X7 mülkiyyətlərinə Qusar rayonu Kuzun kəndi ərazisindən 0.30 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı səhvən “Xasimət”, Ərizəçi2 ata adı səhvən “Mövlud”, Saruxanova (Aslanova) Esmira Mübariz qızının adı səhvən “Elmira” kimi qeyd edilmişdir. Bu yaxınlarda o, JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, X3, Ərizəçi2, Saruxanova (Aslanova) Esmira Mübariz qızına, X9 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Saruxanova (Aslanova) Esmira Mübariz qızı Ərizəçi1 izahatına uyğun eyni məzmunlu izahatlar verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Üçüncü şəxslər X6, X13 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X6, X13 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb üçüncü şəxslər X2, X7 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X8 xx xxxx 1998ci il tarixli 11/5 saylı qərarı ilə Ərizəçi2 Mövlud oğlunun, X2, X4, X5, X7 mülkiyyətlərinə 0.30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 Ərizəçi1 ünvanlanmış **********95 saylı xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Zindanmuruq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 420 saylı Arayışdan görünür ki, JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi2 Mövlud oğlu, X10, X1 yazılmış, əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 yazılmalı və oxunmalıdır. İşdə olan AZ-l № 283137 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X12 arasında xx xxxxxx 2007-ci il tarixdə Zindan Muruq kənd İƏD üzrə nümayəndəliyində 15 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Saruxanova soyadı verilmişdir. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1957-ci il tarixdə Qusar rayonu Kuzun kəndində anadan olmuş və hazırda Qusar rayonu Kuzun kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 07959082 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx xxxxxx 1957-ci il tarixdə Qusar rayonu Sudur kəndində anadan olmuş və hazırda Qusar rayonu Kuzun kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 13428941 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx xxxxxx 1988-ci il tarixdə Qusar rayonu Kuzun kəndində anadan olmuş və hazırda Qusar rayonu Kuzun kəndində qeydiyyatdadır. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 02 fevral 19 84-cü il tarixdə Azərbaycanda anadan olmuşdur. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxxx 1985-ci il tarixdə Azərbaycanda anadan olmuşdur. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi2 Mövlud oğlu”nun, “X6”nın, “X10”nun, “X11”nın, “X13”nun adlarına verilmiş JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, X3, Ərizəçi2, Saruxanova (Aslanova) Esmira Mübariz qızına, X9 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi2 Mövlud oğlu”nun, “X6”nın, “X10”nun, “X11”nın, “X13”nun adlarına verilmiş JN:152A KOD 30113028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, X3, Ərizəçi2, Saruxanova (Aslanova) Esmira Mübariz qızına, X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar