Məhkəmə qərarları › İş №2(029)-249/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-249/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-249/2021 22.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi üçüncü şəxs X6 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, üçüncü şəxslər X5, X9 və X13 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, üçüncü şəxslər X5, X9 və X13 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X7”nun, “X10”nın, “Ərizəçi2 Müqtədir oğlu”nun, “X8”nın adlarına verilmiş JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1, X9, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi üçüncü şəxs X10 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Ərizəçi1, Ərizəçi2, X3, X6 mülkiyyətlərinə Qusar rayonu Hil kəndi ərazisindən 2.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 adı səhvən “Ramella”, ata adı isə “Müqtədir”, Ərizəçi2 ata adı səhvən “Müqtədir” kimi qeyd edilmişdir. Bu yaxınlarda onlar, JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındaki torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası X13 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1, X9, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxslər X7 və X13 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X7 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb üçüncü şəxslər X3 və X13 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxx 2000-ci il tarixli 6/6 saylı qərarı ilə X3, X6, Ərizəçi2 Müqtədir oğlunun və X4 mülkiyyətlərinə 2.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi1 ünvanlanmış **********14 saylı xx xxxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1018 saylı Arayışdan görünür ki, JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair X17 Sahil Müqtədir oğlu və X2 yazılmış əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq Ərizəçi1 və Ərizəçi2 kimi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1994-cü il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş, hazırda Qusar rayonu Hil kəndində qeydiyyatdadır. İşdə olan Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1992-ci il tarixdə Azərbaycanda anadan olmuşdur. İşdə olan Seriya AZE № 05958091 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx xxxxxx 1972-ci il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş, hazırda Qusar rayonu Hil kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 14251964 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx xxxxxxxx 1963-cü il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş, hazırda Qusar rayonu Hil kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi üçüncü şəxs X6 izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X7”nun, “X10”nın, “Ərizəçi2 Müqtədir oğlu”nun, “X8”nın adlarına verilmiş JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1, X9, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X7”nun, “X10”nın, “Ərizəçi2 Müqtədir oğlu”nun, “X8”nın adlarına verilmiş JN:00xx xxx 30111018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1, X9, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar