Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-252/2023 20.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı2, onun vəkili və nümayəndəsi, iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı kommunal xidmətlərdən- (qazdan, sudan, elektrik enerjisindən), mətbəxdən, hamam tualetdən, həyətdən iddiaçıların istifadə etmələrinə cavabdehin maneə törətməsinə son qoyulması və cavabdehin evin ikinci mərtəbəsinin elektrik xətlərini bərpa etməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı kommunal xidmətlərdən- (qazdan, sudan, elektrik enerjisindən), mətbəxdən, hamam tualetdən, həyətdən iddiaçıların istifadə etmələrinə cavabdehin maneə törətməsinə son qoyulması və cavabdehin evin ikinci mərtəbəsinin elektrik xətlərini bərpa etməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yaşadıqları Qusar şəhəri, E. İbrahimov küçəsi 32 saylı evdəki kommunal xidmətlərdən (qazdan, sudan, elektrik enerjisindən), mətbəxdən, hamam tualetdən, həyətdən istifadə etməklərinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, onlara qarşı maneə törətməsinə son qoyması və evin ikinci mərtəbəsinin elektrik xətlərini bərpa etməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon məhkəməsinin 2(029)-792/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh onlara qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddiasının təmin edilməsi, Cavabdeh məxsus Qusar şəhəri Əzizbəyov (E.İbrahimova) küçəsi 32 saylı fərdi yaşayış evindən çıxarılmaqları, onların Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar rayon notariat kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayl ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülməyə dair” qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Qusar rayon məhkəməsinin 2(029)-792/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 onlara qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, onların Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Qusar rayon notariat kontoruna və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə barədə qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, onların Cavabdeh məxsus Qusar şəhəri, E.İbrahimov küçəsindəki 32 saylı evə istifadə hüquqlarının tanınması, İddiaçı3 həmin evə köçürülməsi, qarşılıqlı iddialarının qalan hissəsinin, yəni “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-4132/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qusar rayon icra və Probasiya şöbəsinin icra məmuru X7 28 avqust 2018-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul etmiş və icra sənədi icra edilmişdir. Cavabdeh qazdan, sudan, elektrik enerjisindən, mətbəxdən, hamam tualetdən, həyətdən istifadə etmələrinə maneələr yaradır, yaşadıqları evin ikinci mərtəbəsinin elektrik xətlərini kəsib, 2022-ci ilin sentyabr ayından onları işıqsız qoyub, yaşayış sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər. Cavabdeh ona edilən müraciətlərinə məhəl qoymur, onların normal yaşayış tərzini pozur. Bunu etməkdə məqsədi onlara qarşı dözülməz şərait yaratmaq və evdən uzaqlaşdırmaqdır. Cavabdeh bu hərəkətləri ilə Mənzil Məcəlləsinin 8, 9, 29, Mülki Məcəllənin 158-ci maddələrində nəzərdə tutulmuş hüquqlarını pozur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh məxsus Qusar şəhəri, E.İbrahimov küçəsindəki 32 saylı evə istifadə hüquqları tanındığına görə həmin evə hüquq və vəzifələri əmələ gəlmişdir. Həmin evdən cavabdehlə bərabər istifadə etmək hüququna malikdirlər. Lakin cavabdeh evdəki qazdan, sudan, elektrik enerjisindən, mətbəxdən, hamam tualetdən, həyətdən istifadə etməklərinə maneəçilik törədərək hüquqlarını pozur. Bu pozuntuları aradan qaldırmaq üçün məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında İddiaçı2 vəkili, onun etibarnamə üzrə nümayəndəsi, həmçinin digər iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Qusar şəhəri Elza İbrahimova küçəsindəki 32 saylı ev cavabdehin mülkiyyətindədir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıların həmin mənzilə hüquqları tanınıb və həmin mənzilə köçürüblər. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, ali məhkəmənin 20 iyun 2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, hazırda həmin qərar qüvvədədir. İddiaçılar həmin evin ikinci mərtəbəsində yaşayırlar. Cavabdeh evin ikinci mərtəbəsinə gedən elektrik xətləri kəsib özü çıxıb naməlum istiqamətə gedib. Neçə aylar iddiaçılar qaranlıqda, qışda soyuqda işıq və qaz olmadan qalıb, əziyyət çəkiblər. Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən əgər məhkəmə qətnaməsinə əsasən evə köçürülübsə ailə üzvləri sayılır, mülkiyyətçi ilə bərabər istifadə hüquqları vardır. Lakin cavabdeh qazdan, sudan, işıqdan istifadə etməyə qoymur. Buna görə də iddia təmin olunması, cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılması, cavabdehin üzərinə bir vəzifə kimi gələcəkdə bu kimi halların yaratmaması vəzifəsi qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları və onun etibarnamə üzrtə nümayəndəsi və vəkili Vəkilnın dediklərini təsdiq etmişdir. Bundan başqa bildirmişdir ki, cavabdeh keçən dəfə naqilləri gələndə dartıb qırıb gedib. O, cavabdehə evə köçürülmə barədə qətnamə olduğunu demiş, lakin cavabdeh ona “onun üçün heç bir fərqi olmadığını” demişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə digər iddiaçıların və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 2(105)-457/2019 saylı14 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)-792/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Həsrətəli qızına, və İddiaçı3 qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməsi, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Həsrətəli qızının və İddiaçı3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cii şəxslər Qusar rayon Notariat Kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə barədə qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, İddiaçı1, İddiaçı2 Həsrətəli qızının və İddiaçı3 Cavabdeh məxsus Qusar şəhəri, E.İbrahimov (Əzizbəyov) küçəsindəki 32 saylı evə istifadə hüquqları tanınması, İddiaçı3 Qusar şəhəri, E.İbrahimov (Əzizbəyov) küçəsindəki 32 saylı evə köçürülməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan 2(102)-4132/2019 saylı 20 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 18 yanvar 2023-cü il tarixli X3, X1, X4, X2 və İddiaçı2 tərtib etdikləri aktın surətindən görünür ki, Qusar şəhəri E.İbrahimova küçəsi 32 nömrəli evin mülkiyyətçisi Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən həmin evə istifadə hüquqları tanınmış və həmin evə yaşayan qardaşı İddiaçı1, qardaşı arvadı İddiaçı2 və onların iki övladına evdəki kommunal xidmətlərdən (qazdan, sudan, elektrik enerjisindən), mətbəxdən, hamam tualetdən, həyətdən istifadə etmələrinə maneəçilik törədir. Cavabdeh həmçinin İddiaçı1, İddiaçı2 və onların iki övladını yaşadıqları ikinci mərtəbənin elektrik xəttinin kəsməklə onları işıqsız qoymuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon məhkəməsinin 2(029)-792/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı1 qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh məxsus Qusar şəhəri Əzizbəyov (E.İbrahimova) küçəsi 32 saylı fərdi yaşayış evindən çıxarılmaqları, onların Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar rayon notariat kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayl ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülməyə dair” qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Qusar rayon məhkəməsinin 2(029)-792/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 hazırki iş üzrə iddiaçılara qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, hazırki iş üzrə iddiaçıların Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Qusar rayon notariat kontoruna və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə barədə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, hazırki iş üzrə iddiaçıların Cavabdeh məxsus Qusar şəhəri, E.İbrahimov küçəsindəki 32 saylı evə istifadə hüquqlarının tanınması, İddiaçı3 həmin evə köçürülməsi, qarşılıqlı iddialarının qalan hissəsinin, yəni “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-4132/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununlada iddiaçıların Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Qusar şəhəri Əzizbəyov (E.İbrahimova) küçəsi 32 saylı fərdi yaşayış evinə istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilr. Mənzil Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 9.2.2-ci maddəsinə əsasən mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə də ki, iş materiallarından görünür ki, iddiaçıların həmin mənzildən istifadə hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınmışdır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Qusar şəhəri E.İbrahimova küçəsi 32 saylı fərdi yaşayış evinə əmlak hüquqlarından biri olan istifadə hüququ yaranmışdır. Odur ki, iddiaçıların iddia tələbi təmin olunmalı, iddiaçıların yaşadıqları Qusar şəhəri, E. İbrahimov küçəsi 32 saylı evdəki kommunal xidmətlərdən (qazdan, sudan, elektrik enerjisindən), mətbəxdən, hamam tualetdən, həyətdən istifadə etməklərinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, iddiaçılara qarşı maneə törətməsinə son qoyulmalı və evin ikinci mərtəbəsinin elektrik xətlərini bərpa etməsinin cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 345-350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yaşadıqları Qusar şəhəri, E. İbrahimov küçəsi 32 saylı evdəki kommunal xidmətlərdən (qazdan, sudan, elektrik enerjisindən), mətbəxdən, hamam tualetdən, həyətdən istifadə etməklərinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı Cavabdeh maneə törətməsinə son qoyulsun və evin ikinci mərtəbəsinin elektrik xətlərini bərpa edilməsi Cavabdeh həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-252/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-252/2023
20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver