Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-254/2021 03.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1ində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin Cavabdeh3 bağışlanmasına dair Cavabdeh4ndə bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli 4Ə-1807 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, habelə həmin müqaviləyə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 tərəfindən Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2020-ci il tarixli, **********15-10301reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ünvan 1ində valideynləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus yaşayış evində qeydiyyatda olmaqla həmin evdə yaşayır. Ona məxsus bütün əmlakı, əşyaları da həmin evdə yerləşir. O, Bakı şəhərində işləyir, lakin buna baxmayaraq hər həftənin bazar günləri valideynlərinin yanına gəlib-gedir. Cavabdeh3 onun böyük qardaşı X2 birinci arvadından olan oğludur. Böyük qardaşı X4 uzun illər, təxminən 30 il qabaq, Cavabdeh3 anası X3 boşanmışdır. Uzun illərdir ki, X5 həmin vaxt azyaşlı uşağı olan Cavabdeh3 ilə birlikdə onun valideynlərinin evindən çıxıb gediblər və onlar həmin vaxtdan Qusar şəhərində yaşayırlar. Cavabdeh3 və onun anasının ünvan 1indəki valideynlərinə məxsus evi ilə uzun illərdir ki, heç bir əlaqələri qalmamış və onlar o vaxtdan həmin evə gəlib-getmirlər. Cavabdeh3 atası, onun böyük qardaşı X4 da uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır və çoxdan Rusiyanın vətəndaşlığını almışdır. Valideynlərinin evində onların yanında onların övladlarından qalan təkcə onun özüdür. O, 2020-ci ilin avqust-sentyabr aylarında Bakı şəhərində işdə olduğu zaman Cavabdeh3 Qusar şəhərinə xəstəxanaya gəlmiş atası Cavabdeh1 ilə rastlaşmış, onunla, daha sonra isə anası Cavabdeh2 ilə söhbət edərək onları aldadaraq ünvan 1ində yerləşən yaşayış evini və həyətyanı torpaq sahəsini özünə bağışlamağa razı salmışdır. Cavabdeh3 atası Cavabdeh1 və anası Cavabdeh2 Cavabdeh4nə aparmış və onlara məxsus ünvan 1ində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin Cavabdeh3 bağışlanılmasına dair müqaviləyə imza etdirmişdir. Həmin müqavilə Cavabdeh4ndə xx xxxxxxxx 2020-ci il tarixdə bağlanaraq, 4Ə-1807 nömrəli reyestrdə qeydə alınmışdır. Bundan sonra Cavabdeh3 xx xxxxxxxx 2020-ci il tarixli, 4Ə-1807 nömrəli bağışlama müqaviləsinə əsasən həmin yaşayış evinə və həyətyanı torpaq sahəsinə öz adına cavabdeh DƏDRX-nin 5 saylı X6 xx xxxxxxxx 2020-ci il tarixli, **********15-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Onun atası Cavabdeh1 və Cavabdeh2 qoca insanlardır, onların hərəsinin 85 yaşı vardır. Onlar yaşayış evinin və həyətyanı torpaq sahəsinin Cavabdeh3 bağışlanılmasına dair müqaviləyə imza etdikləri vaxt Cavabdeh3, eləcə də Cavabdeh4 valideynlərinə həmin müqavilənin mahiyyətini, nəticələrini izah etməmişlər. Cavabdeh1 və Cavabdeh2 isə öz hərəkətlərini başa düşməyərək həmin müqaviləyə imza atmışlar. Cavabdeh4 həmin bağışlama müqaviləsini təsdiqləyərkən yaşayış evində qeydiyyatda olanların dairəsini müəyyənləşdirməmiş, onun həmin evdə qeydiyyatda olmağına baxmayaraq bağışlama müqaviləsi təsdiqlənərkən onun razılığını almamışdır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 tərəfindən Qusar rayonunun Əniq kəndində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin Cavabdeh3 bağışlanılmasına dair Cavabdeh4ndə xx xxxxxxxx 2020-ci il tarixdə bağlanaraq, 4Ə-1807 nömrəli reyestrdə qeydə alınmış müqavilə və həmin müqaviləyə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 tərəfindən Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2020-ci il tarixli, **********15-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən halları tam təsdiq etmiş və izahatında göstərmişdir ki, o, ünvan 1ində yerləşən, valideynləri Cavabdeh1 və Cavabdeh2 məxsus yaşayış evində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh3 onun böyük qardaşının oğludur. Həmin şəxs həmin evdə yaşamamışdır. Cavabdeh3 onun xəbəri və razılığı olmadan, valideynlərinin yaşlı olmalarından istifadə edərək həmin evin özünə bağışlanmasına nail olmuşdur. Bağışlanma barədə müqavilə və həmin müqavilə əsasənda verilmiş çıxarış qanunsuz olmuşdur. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, İddiaçı ünvan 1ində yerləşən, valideynləri Cavabdeh1 və Cavabdeh2 məxsus yaşayış evində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin evdə yaşayır, bütün əşyaları da həmin evdə yerləşir. Cavabdeh3 iddiaçının böyük qardaşının oğludur. Cavabdeh3 heç vaxt həmin evdə yaşamamış, evdə ona məxsus heç bir əşya yoxdur. Cavabdeh3 iddiaçının xəbəri və razılığı olmadan, valideynlərinin yaşlı olmalarından istifadə edərək həmin şəxsləri aldatmış və həmin evin özünə bağışlanmasına nail olmuşdur. iddiaçı həmin evdə qeydiyyatda olduğu üçün bağışlama zamanı onun razılığı alınmalı idi. Cavabdeh4nə təqdim edilən, Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda mübahisəli evdə yalnız Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu göstərilmiş, iddiaçının qeydiyyatda olması isə göstərilməmişdir. Ona görə də, həmin arayış qanunsuz olmuşdur. Bu barədə icra nümayəndəliyinə müraciət edildikdə, icra nümayəndəsi aldadıldığını bildirmişdir. Hesab edir ki, məlum bağışlama müqaviləsi iddiaçının razılığı alınmadan bağlandığından həmin müqavilə və müqavilə əsasında verilmiş çıxarış etibarsız hesab edilməlidir. Odur ki, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmiş və məhkəməyə ərizə təqdim edərək həmin ərizədə və izahatında göstərmişdir ki, onun 85 yaşı var və uzun müddətdir ki, səhhətində problemlər vardır. O və həyat yoldaşı Cavabdeh2 özlərinə məxsus olan, ünvan 1ində yerləşən yaşayış evini, həmin evdə qeydiyyatda olan oğlu İddiaçı razılığı olmadan nəvələri-yəni digər övladları X1 Sərxan Nəzər oğluna bağışlamışlar. Sonradan onlar evi bağışlamalarına peşman olmuşlar, belə ki, Cavabdeh3 onlara baxacağını, qayğılarına qalacağını vəd edərək onları aldatmış, müqavilə bağlandıqdan sonra isə onlarla maraqlanmamışdır. Ona görə də, o və arvadı Pakizə, Sərxana müraciət edərək evi geri qaytarmasını tələb etmişlər, həmçinin o, sənədləşmə işlərinə görə Sərxana əvvəlcə 500 manat, sonra isə 200 manat pul vermişdir. Lakin, Sərxan həmin pulu da mənimsəmiş və evi geri qaytarmamışdır. Hazırda o, evinin geri qaytarılmasını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Qusar rayonu Əniq kəndində yerləşməklə özünün mülkiyyətində olan yaşayış evində yaşayır. Onunla birlikdə həmin evdə həyat yoldaşı Cavabdeh2 və oğlu İddiaçı yaşayırlar. Oğlu İddiaçı Bakı şəhərində işləyir və hər həftənin bazar günləri onun yanına gəlib-gedir. Onun 85 yaşı var və o, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Eləcə də həyat yoldaşı Cavabdeh2 da xəstə olmuşdur. Bununla əlaqədar o, tez-tez Qusar şəhərinə xəstəxanaya gedib-gəlir. 2020-ci ilin avqust-sentyabr aylarında o, növbəti dəfə Qusar şəhərinə xəstəxanaya getdiyi zaman onun böyük oğlu X2 övladı, özünün nəvəsi Cavabdeh3 ilə rastlaşmışdır. Böyük oğlu Nəzər təxminən 30 il qabaq Cavabdeh3 anası X3 boşanmış, o vaxtdan Sərxan da anası ilə birlikdə onun evindən çıxmışdır. O vaxtdan nəvəsi Sərxan anası ilə Qusar şəhərində yaşayırlar. Sərxan Qusar şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Ona rast gəldiyində sonuncu öz maşını ilə onu Qusar rayon Mərkəzi Xəstəxanasına aparmağı təklif etmiş, o, da razı olub onun maşınında xəstəxanaya getmişdir. Bu qaydada o, bir neçə dəfə Qusar şəhərində olduğu zaman nəvəsi Sərxanın maşınında xəstəxanaya getmişdir. Söhbət əsnasında o, Sərxana demişdir ki, oğlu Nəriman Bakı şəhərindədir, buna görə də ona və həyat yoldaşına yaxşı baxa bilmir. Sərxan isə onlara özünün baxacağını, onların bütün problemlərini özü həll edəcəyini, onları vaxtlı-vaxtında xəstəxanaya aparacağını bildirmiş və digər vədlərlə onu və həyat yoldaşı Cavabdeh2 aldadaraq onları özlərinə məxsus Qusar rayonu Əniq kəndində yerləşən yaşayış evini və həyətyanı torpaq sahəsini ona bağışlamağa razı salmışdır. Sərxan onlara demişdir ki, bu məsələni oğlu Nərimana bildirməsinlər. Onlar Sərxanın şirin dilinə aldanıb həmin məsələ barədə oğlu Nərimana heç nə deməmişlər. Beləliklə Cavabdeh3 onu və həyat yoldaşı Pakizəni aldadaraq Cavabdeh4nə aparmış və onlara məxsus Qusar rayonunun Əniq kəndində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin özünə bağışlanılmasına dair müqaviləyə imza etdirmişdir. Sərxan onları aldatmış, aldatma yolu ilə onlara məxsus daşınmaz əmlakı ələ keçirmişdir. Hətta onlar sonradan bilmişlər ki, Sərxan Qusar RİHB-nın Əniq kənd İƏD üzrə nümayəndəliyinə yalan məlumat verərək həmin evdə qeydiyyatda olanlar barədə saxtalaşdırılmış arayış, yəni qeydiyatda olanların sırasında İddiaçı adı qeyd edilməmiş saxta arayış almağa müvəffəq olmuşdur. O, Sərxana bir neçə dəfə müraciət edərək yaşayış evini və həyətyanı torpaq sahəsini geri qaytarmasını tələb etmişdir. Sərxan alqısatqını notariusda rəsmiləşdirərkən onlardan 650 manat pul almışdır. Bununla kifayətlənməyərək Sərxan yaşayış evinin və həyətyanı torpaq sahəsinin geriyə, onun adına qaytarılması üçün pul lazım olduğunu bildirərək ondan yenidən 200 manat pul almış, lakin o, həmin pulunu da mənimsəyərək yaşayış evini və həyətyanı torpaq sahəsini geri qaytarmamışdır. Ona görə də, oğlu Nərimanın ona və digər cavabdehlərə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair iddiasının tam şəkildə təmin edilməsinə, mübahisə predmeti olan Qusar rayonu Əniq kəndində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin aidiyyəti üzrə onun mülkiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etmiş və bu barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh1 onun babası, Cavabdeh2 isə onun nənəsidir. Həmin şəxslərin özləri ünvan 1ində yerləşən öz evlərini ona bağışlamaq istədiklərini bildirmişlər, o, bu barədə əmisi İddiaçı bildirməsini demiş, lakin babası Mülküm Nərimana heç nə bildirməməsini demişdir. 3 aydan sonra isə babası Mülküm Nərimanın evi geri istədiyini bildirmişdir. Babası evin sənədləşdirilməsi üçün ona 200 manat pul vermiş, özü isə əlavə olaraq rüsumlar, gediş-gəliş haqları və s. kimi 600 manat pul qoyaraq cəmi 800 manata evi öz adına rəsmiləşdirmişdir. O, özünə bağışlanan evdə kimlərin qeydiyyatda olmaları barədə arayış almaq üçün Qusar rayon İHB-nın Əniğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etmiş, icra nümayəndəsi təsərrüfatbaşına kitablara baxmış və evdə yalnız babası Mülkümlə nənəsi Pakizənin qeydiyyatda olmalarını bildirmiş, bu barədə ona arayış vermişdir. Hazırda o, həmin evi istəmir, geri qaytarmağa razıdır. O, həmin evin sənədləşdirilməsinə xərclədiyi 600 manat pulun ona geri qaytarılması şərtilə evi geri qaytarmağa razı olduğunu Nərimana bildirmiş, Nəriman həmin pulu hazırkı məhkəmə iclasında ona qaytarmış və ona görə də, o, iddianı etiraf edir, onunla Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh4 notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.1686 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Cavabdeh1 tam mülkiyyət hüququ üzrə adlarına qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli 4Ə-1807 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, ünvan 1ində yerləşən 0.1686 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 və Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.1686 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İHB-nın Əniğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli 318 saylı arayışdan görünür ki, həmin şəxsin ünvan 1ində yerləşən iki mərtəbəli evində özünün və Cavabdeh2 qeydiyyatda olduğu göstərilmişdir. İşdə olan Qusar rayon İHB-nın Əniğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli 02 saylı arayışdan görünür ki, həmin şəxs ünvan 1i ünvanında yerləşən, atası Cavabdeh1 və anası Cavabdeh2 məxsus evdə qeydiyyatdadır və hal-hazırda həmin evdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, həmin evin yerləşdiyi 0.1686 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus olmuşdur. İddiaçı həmin şəxslərin övladıdır və həmin evdə pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Beləliklə, uzun müddətdir həmin şəxsin həmin fərdi yaşayış evinə dair istifadə hüququ vardır və hazırda da həmin hüququ qüvvədədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus həmin torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı razılığı alınmadan Cavabdeh3 bağışlamışlar, bu barədə xx.xx.2020-ci il tarixli 4Ə-1807 nömrəli bağışlama müqaviləsi bağlanmış, həmin müqavilə Cavabdeh4ndə təsdiq olunmuşdur. Belə ki, Qusar rayon İHB-nın Əniğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən həmin evdə yalnız Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaları barədə arayış alınmış, iddiaçının həmin evə istifadə hüququnun olması gizlədilmişdir. Nəticədə isə iddiaçının həmin evə istifadə hüququ pozulmuşdur. Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər, hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Həmin Qanunun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının Konstiutsiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 158.1, 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı, bağışlama və s. müqavilələr mütləq notariat qaydasında təsdiq olunmalıdır. Müqavilənin notariat qaydasında təsdiq olunmaması isə onun etibarsızlığına səbəb olur. Bununla da, həmin kateqoriya müqavilələrin notariat qaydasında təsdiqlənməsi qaydaları da mülki qanunvericiliyin tərkib hissəsidir və həmin qaydaların pozulması da-yəni Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinin tələblərinin pozulması mülki qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşadığı və istifadə hüququna malik olduqları mübahisəli ünvan 1ində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 ilə Cavabdeh2 tərəfindən digər Cavabdeh3 bağışlanarkən İddiaçı buna razılığı alınmadığından və onun həmin ünvanda qeydiyyatda olmaqla istifadə hüququna malik olması gizlədildiyindən həmin müqavilə bağlanarkən mülki qanunvericiliyin tələbləri, o cümlədən iddiaçının istifadə hüququ pozulmuşdur. Bu səbəbdən də, həmin müqavilə bağlanarkən özlüyündə etibarsız olmuş və heç bir hüquqi nəticə doğura bilməzdi. Bundan başqa, bağlanarkən özlüyündə etibarsız olmuş həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsassız olmuş, iddiaçının istifadə hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası əsaslıdır və təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1ində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin Cavabdeh3 bağışlanmasına dair Cavabdeh4ndə bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli 4Ə-1807 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi; həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 tərəfindən Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2020-ci il tarixli, **********15-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1ində yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin Cavabdeh3 bağışlanmasına dair Cavabdeh4ndə bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli 4Ə-1807 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi; həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 tərəfindən Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2020-ci il tarixli, **********15- 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-254/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-254/2021
03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver