Məhkəmə qərarları › İş №2(029)-259/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-259/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-259/2021 03.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi Cabbarov Ərizəçiiçin iştirakı ilə Cabbarov Ərizəçiiçin maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cabbarov Ərizəçiiç maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Cabbarov Cabbar”ın adına verilmiş JN:242A KOD30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onun X2na Qusar rayonu Bədirqala kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onun mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:242A KOD30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Şəhadətnamədə X2nun ata adı səhvən qeyd edilməmiş, həmin Şəhadətnamədə atası mülkiyyətçi olaraq “Cabbarov Cabbar” kimi qeyd edilmişdir. X2 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Həmin şəxsin ölümündən sonra həmin torpaq sahəsini o, faktiki qəbul edib idarə edir. O, həmin torpaq sahəsini miras kimi qəbul edib torpaq sahəsinə dair öz adına dövlət reyestrindən Çıxarış almaq istəyir. Lakin, JN:242A KOD30106028 saylı Şəhadətnamədə X2nun ata adı qeyd edilmədiyi, həmin Şəhadətnamədə atası mülkiyyətçi olaraq “Cabbarov Cabbar” kimi qeyd edildiyi üçün həmin torpaq sahəsini miras kimi qəbul edə bilmir. Ona görə də, JN:242A KOD30106028 saylı Şəhadətnamənin X2na məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də X4 ata adının “Əbülfərz” olması atasının şəxsiyyətini təsdiq edən sənədlərlə sübut olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən halları təsdiq etmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN:242A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X9 xx xxxxxx 1999-cu il tarixli 10/4 nömrəli qərarı ilə Qusar rayonu Bədirqala kəndində yerləşən 0.11 ha torpaq sahəsi Cabbarov Cabbarın xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1060 saylı arayışdan görünür ki, Qusar rayonu Bədirqala kəndində yerləşən torpaq sahəsinə dair verilmiş JN:242A kod 30106028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı qeyd olunmuş Cabbarov Cabbarın ata adı göstərilməmiş, həmin vətəndaşın adı, soyadı və atasının adı AZ-İİ 049354 saylı ölüm haqqında şəhadətnamədə olduğu kimi X3 yazılmalı və oxunmalıdır. İşdə olan AZ-İİ 049354 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan XV-JQ 263763 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1973-cü ildə anadan olmuş, X2dur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********32 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN-242A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Bədirqala kəndində yerləşən 0.11 ha torpaq sahəsinə dair verilmiş KOD 30106028 JN:242A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, qanunla müəyyən edilmiş qaydada vərəsəlik hüququnu həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.11 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibi kimi göstərilmiş şəxs məhz ərizəçinin xx xxxx 2020ci il tarixdə vəfat etmiş X2dur. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin şəhadətnamənin mərhum X5 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Cabbarov Cabbar”ın adına verilmiş JN:242A KOD30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar