Məhkəmə qərarları › İş №2(029)-27/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-27/2020

23.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-27/2020 23.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mühafizə zolağında qanunsuz olaraq tikilmiş hasarın sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxx 2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 159 mm-lik daşıyıcı qaz xəttinin mühafizə zolağında qanunsuz tikilmiş Cavabdeh məxsus yanacaqdoldurma məntəqəsinin tamamilə sökülməsinə dair qətnamə çıxarılamsını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 3 saylı evdə yaşayan Cavabdeh tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı xx xxxx 1999-cu il tarixli Qərarının, “Texniki təhlükəsizlik haqqında” 773-10 Q saylı xx xxxxxx 1999-cu il tarixli Qanunun tələblərini və “Qaz təchizatında texniki təhlükəsizlik Qaydaları”nı kobud şəkildə pozaraq, mühafizə zolağını zəbt edərək Qusar şəhəri, Heydər Əliyev prospekti 171 ünvanında keçən orta təzyilqi 159 mm-lik qaz kəmərinin üzərində “T” OİL yanacaqdoldurma məntəqəsi inşa edilmişdir. Adı çəkilən qaz xəttinin mühafizə zolağı (yəni məsafə) 5 metrə təyin edilmişdir. Göstərilən məsafədə hər hansı tikinti inşa olunması qadağandır. Gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bütün tədbirlər görülməsinə baxmayaraq bu günə kimi həmin yanacaqdoldurma məntəqəsi sökülməmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu vəsatət verərək iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşdə olan xx xxxxx 2015-ci il tarixdə Xaçmaz RQİİ-nin T.İ.Ş-nin mühəndisləri A.Həmidov və H.Dadaşov, Qusar XS-nin TBX-nin ustası İ.Harunov tərəfindən tərtib edilmiş Aktdan görünür ki, Qusar rayonu, Qusar şəhəri, H.Əliyev prospekti ünvanından keçən orta təzyiqli d159 mm-lik yerüstü qaz kəmərinin üzərində “T”-OİL yanacaqdoldurma məntəqəsi inşa edilmişdir. Həmin tikili ünvan 3 ünvanında yaşayan Cavabdeh məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3495 nömrəli ekspert rəyindən görünür ki, mülk iş materiallarında mübahisələndirilən qaz kəmərinə dair hər hansı təsdiq olunmuş layihə olmadığından, mübahisələndirilən qaz kəmərinin layihəyəyə uyğun çəkilib-çəkilməməsi barədə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə və “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” 5 nömrəli əlavəsinə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş tikililərin İddiaçı istismarında olan 159 mm diametrli qaz xəttindən 5.12 metr məsafədə yerləşməsini nəzərə alaraq həmin tikililərin orta təzyilqi 159 mm-lik qaz xəttinin təhlükəsizlik zonasında yerləşmədiyi müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin 0.029 hektar hissəsinin orta təzyiqli 159 mm-lik qaz xəttinin təhlükəsizlik zonasında yerləşdiyi və həmin 0.029 hektar torpaq sahəsində yeraltı benzin cənlərinin yerləşdiyi müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsində Cavabdeh Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı xx xxxx 1999-cu il tarixli Qərarının, “Texniki təhlükəsizlik haqqında” 773-10 Q saylı xx xxxxxx 1999-cu il tarixli Qanunun tələblərini və “Qaz təchizatında texniki təhlükəsizlik Qaydaları”nı kobud şəkildə pozmaqla, mühafizə zolağını zəbt edərək Qusar şəhəri, Heydər Əliyev prospektindən keçən diametri 159 mm olan orta təzyiqli qaz kəmərinin təhlükəsizlik zonasında qanunsuz olaraq yanacaqdoldurma məntəqəsi tikməsini və həmin tikilinin özbaşına tikinti olmasına görə tikilinin iddiaçı təşkilatın tələbinə əsasən sökülməsi üçün əsasların olmasını göstərsə də, məhkəmə iddiaçı təşkilatın bu dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikasının MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının MM-nin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edilən maddənin mənasından da göründüyü kimi Cavabdeh tərəfindən Qusar şəhəri, H.Əliyev prospektind yerləşən ərazidə tikilmiş yanacaqdoldurma məntəqəsi o vaxt özbaşına tikili sayıla və həmin tikili iddiaçı təşkilatın tələbi üzrə o vaxt sökülə bilər ki, həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Məhkəmə iclası zamanı Cavabdeh tərəfindən inşa edilmiş tikililərin İddiaçı istismarında olan 159 mm diametrli qaz xəttindən 5.12 metr məsafədə yerləşməsi, həmin tikililərin orta təzyilqi 159 mm-lik qaz xəttinin təhlükəsizlik zonasında yerləşmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh Qusar şəhəri, H.Əliyev prospektində inşa etdiyi yanacaqdoldurma məntəqəsi özbaşına tikinti sayılmadığından iddiaçı təşkilatın ona qarşı tikilinin sökülməsi barədə iddiası qanuni və əsaslı sayıla bilməz. Beləliklə, iddiaçı öz tələbinin əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötərəbr sübut təqdim edə bilməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz əksini tapmamışdır. Azərbaycan Respublikasının MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş üzrə iddiaçı tərəfin nümayəndəsinin vəsatətinə əsasən keçirilmiş məhkəmə ekspertizasına dair 160 (bir yüz) manat ekspertiza xərci İddiaçındən tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin -VÖEN**********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabınavə 60 (altmış) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 160 (bir yüz) manat ekspertiza xərci İddiaçındən tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabınavə 60 (altmış) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar