Məhkəmə qərarları › İş №2(029)-275/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-275/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-275/2023 11.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Məmmədova (Paşayeva) Biçə Daşdəmir qızına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Məmmədova (Paşayeva) Biçə Daşdəmir qızına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X5”nun, “X8”nın, “Maraqlı şəxs2”nın, “Maraqlı şəxs1”nun, “Ərizəçi Daşdəmir qızı”nın, adlarına verilmiş JN:061A KOD 30119028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni “X5”na, “Məmmədova(Paşayeva) Biçə Daşdəmir qızı”na, “Maraqlı şəxs2”na, “Maraqlı şəxs1”na, “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 22 iyul 1997-ci tarixli 09 sayh qərarına əsasən onlara Məmmədova(Paşayeva) Biçə Daşdəmir qızına, Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi, X3 Qusar rayonunun Cibir kəndi ərazisindən 0.18 ha fərdi yaşayışış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:061A KOD 30119028 sayh torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. X5 14 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Həmin Şəhadətnamədə Ərizəçi atasının adı səhvən Daşdəmir qızı kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənəddə Ərizəçi atasının adı Əlirza qızı kimi qeyd edilmişdir. X12 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:061A KOD 30119028 sayh torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də ərizəçinin soyadı, adı və ata adı şəxsiyyətini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqh şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 sayh Ərazi İdarəsinə müraciət etmişdir. X13 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:061A KOD 30119028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ərizəçi ~ Ərizəçi atasının adı səhvən Daşdəmir qızı kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 sayh Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:061A KOD 30119028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar olaraq 11 may 2023-cü il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə baxışı iclasına gələ bilmir, iş üzrə məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Başayeva Zeynəb Zeydulla qızına, Məmmədova (Paşayeva) Biçə Daşdəmir qızına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:061A KOD 30119028 sayh torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 22 iyul 1997-ci il tarixli 09 saylı qərarı ilə Qusar rayonu Çpir kəndində yerləşən 0.18 ha torpaq sahəsi X2, Maraqlı şəxs2, Maraqlı şəxs1, X6 və Ərizəçi Daşdəmir qızının xüsusi mülkiyyətlərinə verilmişdir İşdə olan Vİ-ЖГ 491271saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X1 nikahları 04 dekabr 1998-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Paşayeva” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, X4 ilə X6 nikahları xx.xx.2002-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Məmmədova” soyadını qəbul etmişdir. İşdə olan seriya AZE 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə Qusar rayonu, Cibir kəndində anadan olmuşdur. İşdə olan AZ-İİ 012432 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14 oktyabr 2019-cu il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Piral kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 730 saylı arayışdan görünür ki, JN:061A KOD 50119028 sayh torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən atasının adı Ərizəçi Daşdəmir qızı qeyd edilmişdir. Əslində şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi qeyd edilməli idi. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş JN:0149 KOD 30104028 torpağa mülkiyyət hüququna dair dövlət aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında ərizəçilər, göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçilər həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:061A KOD 50119028 sayh torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahibləri kimi qeyd olunmuş şəxslərin siyahısına daxildir, həmin sənədlərdə göstərilən torpaq sahələrinin birgə mülkiyyətçilərindən biridir. Lakin, həmin Şəhadətnamədə yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Şəhadətnamənin Ərizəçi ilə birlikdə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Məmmədova (Paşayeva) Biçə Daşdəmir qızına və mərhum X3 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X5”nun, “X8”nın, “Maraqlı şəxs2”nın, “Maraqlı şəxs1”nun, “Ərizəçi Daşdəmir qızı”nın, adlarına verilmiş JN:061A KOD 30119028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni “X5”na, “Məmmədova (Paşayeva) Biçə Daşdəmir qızı”na, “Maraqlı şəxs2”na, “Maraqlı şəxs1”na, “Ərizəçi”na məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar