Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-278/2021 23.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh1, Qusar rayon Notariat Kontoruna, “xxxx” ASC-nə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon Şöbəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1, Qusar rayon Notariat Kontoruna, “xxxx” ASC-nə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə “xxxx” ASC arasında Qusar rayon Notariat Kontorunda Qusar şəhəri Əzizbəyov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 89 kv.metr ümumi sahəsi olan 3 otaqlı 186 nömrəli fərdi yaşayış evi ilə bağlı bağlanmış 14.10.2014-cü il tarixli **********58114/ip N-li ipoteka müqaviləsinin etibarsız hgesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməklə əmlakının yüklülükdən azad edilməsi və RX seriyalı ******* nömrəli Çıxarışın bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 göstərmişdir ki, İddiaçı X1, Qusar rayon Notariat Kontoruna, “xxxx” ASC-nə və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə “xxxx” ASC arasında Qusar rayon Notariat Kontorunda Qusar şəhəri Əzizbəyov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 89 kv.metr ümumi sahəsi olan 3 otaqlı 186 nömrəli fərdi yaşayış evi ilə bağlı bağlanmış 14.10.2014-cü il tarixli **********58114/ip N-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməklə əmlakının yüklülükdən azad edilməsi və RX seriyalı ******* nömrəli Çıxarışın bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, həmin iddia ərizəsi hazırda həmin məhkəmənin icraatındadır. Bununla da, həmin iddia ilə Qusar rayon məhkəməsinin icraatında olan iddialar eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrədir, ona görə də, hazırkı işə baxılmasını tələb etmirlər və hesab edirlər ki, ərizə baxılmamış saxlanmalıdır. Odur ki, ərizənin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, Cavabdeh1, Qusar rayon Notariat Kontoruna, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)2557/2021 saylı 17 mart 2021-ci il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı “xxxx” ASC-nə və qeyrilərinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Həmin bildirişə əlavə olunmuş iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh1 ilə “xxxx” ASC arasında Qusar rayon Notariat Kontorunda Qusar şəhəri Əzizbəyov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 89 kv.metr ümumi sahəsi olan 3 otaqlı 186 nömrəli fərdi yaşayış evi ilə bağlı bağlanmış 14.10.2014-cü il tarixli **********58114/ip N-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməklə əmlakının yüklülükdən azad edilməsi və RX seriyalı ******* nömrəli Çıxarışın bərpa edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş digər məhkəmənin-yəni Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olduğundan, hazırkı ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh1, Qusar rayon Notariat Kontoruna, “xxxx” ASC-nə, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon Şöbəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-278/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-278/2021
23.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver