Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-28/2021 12.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi barədə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mühafizə zolağında qanunsuz olaraq tikilmiş yardımçı binanın sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(029)-750/2018 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin həmin mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 10/1714 saylı ekspert rəyi xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, işin icraatı həmin tarixdə təzələnmiş və işin məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmış, həmin tarixdə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmış, bu barədə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi barədə mülki iş İddiaçı nümayəndəsi və Cavabdeh gəlmədiklərinə görə baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-28/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-28/2021
12.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver