Məhkəmə qərarları › İş №2(029)-281/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-281/2020

21.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-281/2020 21.05.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun və “X2”nın adına verilmiş JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Maraqlı şəxs1”na və “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X4 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X6 xx xxxx 1998-ci il tarixli 10/8 saylı qərarına əsasən Ərizəçi və Maraqlı şəxs1 ünvan 2i ərazisindən 0.08 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə Ərizəçi və Maraqlı şəxs1 mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi adı səhvən “Pərizat” yazılmışdır. Şəxsiyyətini təsdiq edən bütü sənədlərdə ərizəçinin adı “Rəqiyat” kimi qeyd edilmişdir. Əslində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də ərizəçinin adı şəxsiyyətini təsdiq edən sənədlərə uyğun qeyd edilməlidir. Bu yaxınlarda ərizəçi həmin Şəhadətnamədəki səhvin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi və Maraqlı şəxs1 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X6 xx xxxx 1998-ci il tarixli 10/8 nömrəli qərarı ilə “Maraqlı şəxs1”nun və “X2”nın mülkiyyətlərinə Qusar rayonu Düztahir kəndi ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********91 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 595 nömrəli Arayışdan görünür ki, JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ünvan 2 sakini Ərizəçi adı səhvən X1 yazılmışdır. Əslində isə onun adı Ərizəçi kmi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi XX.XX.1937-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Düztahir kəndi ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. Məhkəmə Ərizəçi nümayəndəsi X3 izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun və “X2”nın adına verilmiş JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Maraqlı şəxs1”na və “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun və “X2”nın adına verilmiş JN: 158B KOD 30112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “Maraqlı şəxs1”na və “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar