Məhkəmə qərarları › İş №2(029)-285/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-285/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-285/2022 06.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ İş 2 (029)-285/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ Qusar rayon məhkəməsi «06» aprel 2022-ci il Qusar şəhəri Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, şəhər daxilində torpaqdan istifadə etmək ixtiyarı üçün 170 nömrəli torpaq qeydinin mərhum əri X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. X8 onun əri olub. X8 06 oktyabr 2020-ci il tarixdə şəkərli diabet xəstəliyindən vəfat etmişdir. Onun əri X5 Şəhər Sovetinin 14 iyul 1970-ci il tarixli qərarına əsasən 177 nömrəli planda göstərilmiş 400 kv/m torpaq sahəsi vergi ödəmək şərtilə şəxsi istifadəsinə müddətsiz verilmişdir. Həmin torpaq sahəsində iki mərtəbəli, zirzəmili fərdi yaşayış evi inşa edilmişdir. Həmin torpaq qeydində onun ərinin atasının adı səhvən “Nurmet” yazılmışdır. Həmin torpaq qeydində göstərilən səhvin buraxılması Qusar rayon İHB-nın Qusar şəhəri İƏD üzrə nümayəndəliyinin 18 noyabr 2021-ci il tarixli 2608 saylı arayış və digər sənədlərlə də təsdiqlənir. Bu yaxınlarda o, X5 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, həmin idarə 23 dekabr 2021-ci il tarixli **********28 saylı məktubla AZ-İİ 186407 saylı ölüm haqqında şəhadətnamədə hüquq sahibinin soyadı, adı və atasının adı X8 olduğu halda şəhər daxilində torpaqdan istifadə etmək ixtiyarı üçün 170 nömrəli torpaq qeydində hüquq sahibi X4 göstərildiyindən ərizənin icrasından imtina etmişdir. Yuxarıda qeyd olunduğu kimi, şəhər daxilində torpaqdan istifadə etmək ixtiyarı üçün 170 nömrəli torpaq qeydinin mərhum əri X5 məxsus olması faktının müəyyən edilməsi mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyata alınması üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və işin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, səhhəti ilə əlaqədar 06 aprel 2022-ci il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 170 saylı Torpaq qeydinin surətindən görünür ki, Qusar Şəhər Sovetinin 14 iyun 1970-ci il tarixli qərarı ilə 177 nömrəli planda X10 400 kv/m torpaq sahəsi şəxsi istismarı üçün müddətsiz, vergi vermək şərti ilə verilmişdir. İşdə olan AZ-İİ 186407 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28.09.2020-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli **********28 saylı məktubundan görünür ki, AZ-İİ 186407 saylı ölüm haqqında şəhadətnamədə hüquq sahibinin soyadı, adı və atasının adı X8 olduğu halda şəhər daxilində torpaqdan istifadə etmək ixtiyarı üçün 170 nömrəli torpaq qeydində hüquq sahibi X4 göstərildiyindən ərizənin icrasından imtina etmişdir. İşdə olan Qusar rayonu Notariat ofisi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli X- 1012 saylı məktubdan görünür ki, Ərizəçi X3 vərəsələri sırasına daxildir. İşdə olan Qusar rayonu İHB-nın Qusar şəhəri İƏD üzrə nümayəndəliyindən verilmiş 18 noyabr 2021-ci il tarixli 2608 saylı arayışdan görünür ki, 1970-ci il 14 iyun tarixli şəhər Sovetinin qərarına əsasən verilmiş 170 № torpaq qeydində yazılmış X12, Qusar rayon qeydiyyat şöbəsi tərəfindən 05 avqust 2021-ci il tarixdə qeydə alınmış AZ-İİ №186407 ölüm haqqında şəhadətnamədə yazılmış X2 oxunmalıdır. İşdə olan AZE № 03336675 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 11.01.1946-cı ildə Qusar şəhərində anadan olmuş, ünvan 1-da qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş 177 saylı Torpaq Qeydi həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin sənəddə göstərilən torpaq sahəsinə dair vərəsəlik hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, 170 saylı Torpaq Qeydində hüquq sahibi kimi qeyd olunmuş şəxs məhz X6r, lakin həmin sənəddə yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin sənədin mərhum X5 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. X9 adına verilmiş 170 saylı Torpaq X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar