Məhkəmə qərarları › İş №2(029)-290/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-290/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-290/2023 27.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X20 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçilər Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızının və Bəkərova (Şamxalova) Anyuta Şamxal qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızı və Bəkərova (Şamxalova) Anyuta Şamxal qızı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2, X7, X4, X5 adlarına verilmiş JN:417 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni X6, Maraqlı şəxs1, Bəkərova (Şamxalova) Anyuta Şamxal qızına, Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızı və Bəkərova (Şamxalova) Anyuta Şamxal qızı ərizəni onunla əsaslandırmışlar ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar islahat Komissiyasının 12 may 2000-ci tarixli 12/8 saylı qərarına əsasən onlara, yəni Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızına, Bəkərova (Şamxalova) Anyuta Şamxal qızına, Maraqlı şəxs1, X6 Qusar rayonunun Köhnə Xudat kəndi ərazisindən 1.43 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:417 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X8 06 mart 2014-cü il tarixdə vəfat etmişdir. X19 ərizəçi Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızının adı səhvən Raqima, ərizəçi Bəkərova (Şamxalova) Anyuta Şamxal qızının adı səhvən Aynura, X3 atasının adı səhvən Məchulla qızı kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə ərizəçi Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızının adı Ralina, ərizəçi Bəkərova (Şamxalova) Anyuta Şamxal qızının adı Anyuta, ölümünü təsdiq edən sənədə uyğun olaraq X1 qeyd edilmişdir. X18 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:417 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X19 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:417 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçi Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızının adı səhvən Raqima, ərizəçi Bəkərova (Şamxalova) Anyuta Şamxal qızının adı səhvən Aynura, X3 atasının adı səhvən Məchulla qızı kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:417 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızı və Bəkərova (Şamxalova) Anyuta Şamxal qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar həmin ərizəni müdafiə edirlər, təmin edilməsini xahiş edirlər. Həmçinin bildirmişlər ki, himayələrində azyaşlı uşaqlarının olması ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmirlər, işə onların iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş edirlər. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizənin təmin edilməsinə etiraz etmir. Həmçinin bildirmişdir ki, şəxsi işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN: 417 kod 30116018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarı ilə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X7, X4, X5 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 651733 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İşdə olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İşdə olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli 17 saylı arayışdan görünür ki, JN-0417 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi2 adı səhvən Aynura, Ərizəçi1 adı səhvən Raqima yazılmışdır. Əslində şəxsiyyəti təsdiq edən sənəddə Ərizəçi2 və Ərizəçi1 yazılmalı və oxunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********52 saylı məktubdan görünür ki, ərizəyə əlavə olunmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış JN-417 (kod ********) nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin adı, soyad və ata adlarında yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi1 tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş JN-417 KOD 30116018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, X19 göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını, o cümlədən mərhum X3 mirasına dair vərəsəlik hüquqlarını həyata keçirməlidirlər. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN:417 KOD 30116018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz ərizəçilər Yüzbəyova (Şamxalova) Ralina Şamxal qızı, Bəkərova (Şamxalova) Anyuta Şamxal qızı, mərhum X8 və Maraqlı şəxs1dır. Lakin, X19 yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin dövlət aktının ərizəçilər Ərizəçi1 (Şamxalovaya), Ərizəçi2 (Şamxalovaya) və mərhum Zöhrə Şamxalovaya məxsus olması faktı müəyyən olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, ərizə həmin dövlət aktının Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda, ərizəçilər Ərizəçi1 (Şamxalovanın) və Ərizəçi2 (Şamxalovanın) yuxarıda qeyd olunan dövlət aktının özləri ilə birlikdə həm də Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsini tələb etmək hüquqları yoxdur. Çünki, dövlət aktı hüquqmüəyyənedici sənəd olmaqla konkret şəxsin (şəxslərin) mülkiyyət və ya digər əmlak hüquqlarını təsdiq edir və buna görə də hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəni məhkəməyə hüquq sahibi şəxsən özü və ya səlahiyyəti MPM-də nəzərdə tutulan qaydada rəsmiləşdirilən nümayəndəsi verməlidir. Ərizəçilərin Maraqlı şəxs1 adından ərizə vermək səlahiyyətlərinin olması barədə hər hansı sənəd isə məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X9”nın, “X12”nın, “X10”nın, “X11”nın adlarına verilmiş JN:417 KOD 30116018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və 06 mart 2014-cü il tarixdə vəfat etmiş X6 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar