Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-298/2022 30.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X17”nun, “X18”nun, “X13”nın adlarına verilmiş JN: 0170 KOD 30118038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona yəni, Ərizəçi və digər mülkiyyətçilər, mərhum valideynləri X16 və X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və valideynlərinə Qusar rayonu Mucuq-oba kəndi ərazisindən 1.69 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0170 KOD 30118038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. Həmin dövlət aktında onun atası X4 “Yusifov”, adı səhvən “Şeyxşamil”, anası X2 səhvən “Yusifova”, ata adı səhvən “Səfibəy qızı”, onun soyadı səhvən “Yusifov”, ata adı səhvən “Şeyxşamil oğlu” qeyd edilmişdir. X8 17 oktyabr 2013-ü il tarixdə, anası X15 29 avqust 2018-ci il tarixdə vəfat etmişlər. Bu yaxınlarda o, həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərlərin alınması üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 0170 KOD 30118038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yuxarıda göstərilən səhvlər olduğu üçün həmin idarə ona həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, həmin Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də, onun soyadı “Yusufov”, ata adı “Şixşamil oğlu”, atası X3 “Yusufov”, adının “Şixşamil”, anası X1 “Yusufova”, ata adının “Sefibeq qızı” olması ərizəyə əlavə etdiyi şəxsiyyəti təsdiq edən sənədlərlə təsdiq olunur. Bu faktı bir çox şahidlər də təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN: 0170 KOD 30118038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28.06.2002-ci il tarixli 4/1 saylı və Qusar rayon Məhkəməsinin 28.06.2005-ci il tarixli 4/1 saylı qətnaməsi ilə Qusar rayonu Mucuq-oba kəndində yerləşən 1.69 ha torpaq sahəsi X11, X12 və X7 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli 582 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28.06.2002-ci il tarixli 4/1 saylı və Qusar rayon Məhkəməsinin 28.06.2005-ci il tarixli 4/1 saylı qətnaməsi ilə ərizəçiyə və ailə üzvlərinə verilmiş JN: 0170 KOD 30118038 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçinin və ailə üzvlərinin adları səhv olaraq aşağıdakı kimi yazılmışdır: X17, X18, X13. Həmin şəxslərin adları aşağıdakı kimi yazılmalıdır: X19, Ərizəçi, X15. İşdə olan AZ-İ 622931 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 17.10.2013-cü il tarixdə Qusar rayonu, Mucuq-oba kəndində vəfat etmişdir. İşdə olan AZ-İ 896643 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 29.08.2018-ci il tarixdə Qusar rayonu, Mucuq-oba kəndində vəfat etmişdir. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli 542 saylı arayışdan görünür ki, 17.10.2013-cü il tarixdə vəfat etmiş X19 vəfat edənə kimi Qusar rayonu Mucuqoba kəndində yaşamışdır. Onun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: X15, Ərizəçi. Mərhumun vəfatından sonra onun əmlakını Ərizəçi idarə edir. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli 543 saylı arayışdan görünür ki, 29.08.2018-ci il tarixində vəfat etmiş X15 vəfat edənə kimi Qusar rayonu Mucuqoba kəndində yaşamışdır. Onun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: X19, Ərizəçi. Mərhumun vəfatından sonra onun əmlakını Ərizəçi idarə edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli **********93 saylı məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 0170 KOD 30118038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə olunmuşdur. İşdə olan seriya nömrəsi AZE №******** olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Qusar rayonu Mucuq-oba kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN: 0170 KOD 30118038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahələsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN: 0170 KOD 30118038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz X19, Ərizəçi və X10r, lakin həmin Dövlət Aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının ərizəçi X16, Ərizəçi və X9 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. X11, X12 və X7 adlarına verilmiş JN: 0170 KOD 30118038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X5, Ərizəçi və X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-298/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-298/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver