Məhkəmə qərarları › İş №2(029)-299/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-299/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-299/2025 14.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovnaya, X9 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovnaya, X9 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X10, X16, X19 və X25 o adlarına verilmiş JN:114 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bizə, yəni X4, Maraqlı şəxs1 qızma, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovnaya, Maraqlı şəxs3 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/1 nömrəli qərarına əsasən onlara X5, Maraqlı şəxs1 qızma, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovnaya, Maraqlı şəxs3 və Ərizəçi Qusar rayonunun Quxur kəndi ərazisindən 3.55 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:114 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X11 26.03. 2020-ci il tarixdə vəfat etmişdir. X35 səhvən X10, Şadiyeva (Bayramova) Qızılgül Abdulmütallib, X19 və X25 o kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənəddə isə X11, Maraqlı şəxs1, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovna, Maraqlı şəxs3 və Ərizəçi kimi qeyd edilmişdir. X33 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:114 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da bizim soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda JN:114 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən bizə məxsus 3.55 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizəmlə müraciət etmişik. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:114 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bizə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovnaya, X9 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30120048 JN-114 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/1 saylı qərarı ilə Qusar rayonu Quxur kəndində yerləşən 3.55 ha torpaq sahəsi X6, Maraqlı şəxs1, X17, X14 və X7 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İİ 049166 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan AZ-İ 727795 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X2 nikahları 07 dekabr 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Bayramova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 995538 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X3 nikahları 06 may 2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Şadiyeva” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Quxur-oba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 729 saylı arayışdan görünür ki, JN-114 KOD 30120048 torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında açağıda qeyd edilmiş vətəndaşların soyadı, adı, atasının adı və atasına münasibəti səhvən yazılmışdır. X12, Maraqlı şəxs1, X18, X20 və X15. Onların doğru soyadı, adı, atasının adı və atasına münasibəti şəxsiyyət vəsiqəsində olduğu kimi aşağıda qeyd olunmuş yazılışda oxunur. X12, Maraqlı şəxs1, Maraqlı şəxs2, X13, Ərizəçi. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-114 KOD 30120048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovna, X9 və mərhum X8r, lakin X35 yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X10, X16, X19 və X25 o adlarına verilmiş JN:114 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bizə, yəni X4, Maraqlı şəxs1 qızma, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovnaya, Maraqlı şəxs3 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X10, X16, X19 və X7 adlarına verilmiş JN:114 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1, Maraqlı şəxs1, Şadiyeva (Bayramova) Qızılgül Abdulmutallibovnaya, Maraqlı şəxs3 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar