Məhkəmə qərarları › İş №2(029)-300/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-300/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-300/2021 01.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi1 və Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs2”nun, “Maraqlı şəxs1”nın, “X5”nun, “X6”nun adlarına verilmiş JN:115A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinəı dair Şəhadətnamənin onlara-yəni “Maraqlı şəxs2”na, “Maraqlı şəxs1”na , “Ərizəçi1”na, “Ərizəçi2”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 5/2 saylı qərarına əsasən Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi2, Ərizəçi1, Qusar rayonu Çiləgir kəndi ərazisindən 0.15 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:115A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. Həmin Şəhadətnamədə Ərizəçi1 soyadı səhvən ”Atakişiyev”, Ərizəçi2 soyadı səhvən “Atakişiyev “ kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən sənədlərdə Ərizəçi1 soyadı “Xeyirbəyov”, Ərizəçi2 soyadı ”Xeyirbəyov” kimi qeyd edilmişdir. X12 və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş JN:115A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinəı dair Şəhadətnamədə ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərin təsdiq edən sənədə uyğun qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin Dövlət aktında olan torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi idarəsinə müraciət etmişlər. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:115A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinəı dair Şəhadətnamədə Ərizəçi1 soyadı səhvən ”Atakişiyev”, Ərizəçi2 soyadı səhvən “Atakişiyev “ kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi idarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş JN:115A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinəı dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi1 ərizə üzrə tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərmişdir ki, onun atası ilə anası boşanmış və atası başqa qadınla ailə həyatı qurmuşdur. Onun əsl soyadı “Xeyirbəyov”dur. Onun soyadı anasının soyadına uyğun “Atakişiyev” qeyd edilmişdir. Ərizəçilər onun övladlarıdır və həmin şəxslərin soyadları onun ata soyadına uyğun “Xeyirbəyov”dur. Ərizədə göstərilən şəhadətnamədə isə ərizəçilərin soyadları səhvən onun soyadına uyğun “Atakişiyev” göstərilmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan JN:115A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 5/2 nömrəli qərarı ilə Qusar rayonu Çiləgir kəndində yerləşən 0.15 ha torpaq sahəsi Maraqlı şəxs2, Maraqlı şəxs1, X3 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 187 saylı arayışdan görünür ki, Qusar rayonu Çiləgir kənd sakinləri Ərizəçi2 və Ərizəçi1 adları JMN-115A nömrəli şəhadətnamədə səhvən X6 və X5 yazılmışdır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxx 1988-ci il tarixdə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1991-ci il tarixdə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********45 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN-115A KOD 30121028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi1 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndində yerləşən 0.15 ha torpaq sahəsi Maraqlı şəxs2, Maraqlı şəxs1, X3 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin qərarda ərizəçilərin soyadlarının səhv göstərilməsi isə ərizəçilər tərəfindən həmin vaxtdan indiyədək mübahisələndirilməmiş, Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 5/2 saylı qərarı dəyişdirilməmiş, hazırda qüvvədədir. Həmin qərar əsasında verilmiş KOD 30121028 JN-115A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də mübahisələndirilməmiş, hazırda qüvvədədir. Ərizəçilərin istinad etdikləri Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 187 saylı arayışı isə məhkəmə qəbul etmir. Belə ki, həmin arayışda Qusar rayonu Çiləgir kənd sakinləri Ərizəçi2 və Ərizəçi1 soyadlarının JN-115A nömrəli şəhadətnamədə səhvən X6 və X5 yazılması göstərilsə də, həmin arayış ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübut deyildir. Məlum torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ərizəçilərin soyadlarının səhv yazılması həmin şəxslərin əslində Ərşad və Ərizəçi2lar olması qeyd edilən arayışla aradan qaldırılan hal deyildir. KOD 30121028 JN-115A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998ci il tarixli 5/2 saylı qərarına əsasən verilmişdir. Başqa sözlə, Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının həmin qərarında hər hansı dəyişiklik olunmadan, X1 və X2 səhv yazılmasını, həmin şəxslərin əslində ərizəçilər Ərizəçi1 və X8 olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, KOD 30121028 JN-115A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktına dair ərizəçilər tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçilərin maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və qeyrilərinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələbinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar