Məhkəmə qərarları › İş №2(029)-301/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-301/2023

31.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-301/2023 31.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi, Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 22 aprel 1986-cı ildə Qusar şəhərində anadan olmuş oğlu X5 oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun oğlu, 22 aprel 1986-cı il təvəllüdlü X8 onun evində, Qusar şəhəri Bakıxanov küçəsi 16 saylı evdə qeydiyyatda olmaqla həmin evdə ailə üzvləri ilə bir evdə yaşayır. Oğlu Asim ruhi xəstə olmaqla uzun müddətdir ki, “ağır dərəcəli əqli gerilik” diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkir. O, həmin diaqnozla “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X1 psixiatriya kabinetində qeydiyyatdadır. Həmin xəstəliyə görə oğlu X9 İ qrup əlildir. Hal-hazırda X14 psixi vəziyyəti daha da ağırlaşmışdır və o, həm öz hərəkətlərinin mənasını anlaya bilmir və həm də öz hərəkətlərini idarə edə bilmir. Ona görə də oğlu Asim Səfibəyov məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. X14 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun üzərində qəyyumluğun müəyyən edilməsi üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və izahatında göstərmişdir ki, oğlu Asim ruhi xətədir, özünü idarə edə bilmir, fəaliyyət qabiliyyəti yoxdur. Müstəqil şəkildə hər hansı dövlət qurumuna müraciət edə bilmir. Hətta, Asim bu yaxınlarda təqaüd kartını dəyişmək üçün ərizəyə imza edə bilməmişdir. Məhkəmə tərəfindən Asimin barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və onun həqiqətən də, ruhi xəstə olması, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olması barədə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən müvafiq rəy verilmişdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 izahatında göstərmişdir ki, məhkəmə tərəfindən Asim Səfibəyovun barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasına əsasən həmin şəxsin həqiqətən də, ruhi xəstə olması, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olması barədə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş müvafiq rəylə razıdır. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmirlər, iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. İşə baxıb, ərizəçinin və maraqlı şəxsin sədrinin izahatlarını dinləyib, toplanmış sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Xİ-JQ 458049 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür kji, X8 22 aprel 1986-cı ildə anadan olmuş, atası Ərizəçidur. İşdə olan AA2378803 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1986-cı ildə anadan olmuşdur. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 461 saylı arayışdan görünür ki, Ərizəçi Qusar şəhəri Bakıxanov küçəsi 16 saylı evdə yaşayır və ailə tərkibi həyat yoldaşı X3, oğlu xx.xx.1986-cı il təvəllüdlü Asim Səfibəyovdan ibarətdir. İşdə olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli PHŞ-6- 54/3-115/2023 saylı arayışdan görünür ki, 1986-cı il təvəllüdlü, Qusar şəhəri Bakıxanov küçəsi ev 16 ünvanda qeydiyyatda olan X8 həmin publik hüquqi şəxsin KPŞ-də psixiatrın dispanser qeydiyyatındadır, 1-ci qrup əlildir. Kənar qulluğa ehtiyacı var. Hal-hazırda anlaqsız vəziyyətdədir. İşdə olan 295522 saylı vəsiqənin surətindən görünür ki, X8 1-ci qrup əlildir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1145 saylı rəyindən görünür ki, X6 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən ekspert rəyini məhkəmədə tədqiq olunmuş digər subatlarla yanaşı qiymətləndirərək həmin rəylə razılaşır və qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, 22 aprel 1986-cı ildə ünvan 1 ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 aprel 1986-cı il təvəllüdlü, Qusar şəhəri Bakıxanov küçəsi ev 16 ünvanda yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar