Məhkəmə qərarları › İş №2(029)-302/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-302/2025

01.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-302/2025 01.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı NümayəndəCavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X7, X8 və Qusar rayon Notariat ofisinə qarşı “miras payın müəyyən edilərək mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Nümayəndə Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X7, X8 və Qusar rayon Notariat ofisinə qarşı “miras payın müəyyən edilərək mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,mərhum X1 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən 0.21 hektar torpaq sahəsinin ¼ hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasa dair miras payının 3/5 hissə müəyyən olunması və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,ünvan 1ində yerləşən 0.21 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında ona, yəni Nümayəndə, mərhum həyat yoldaşı X4, övladları Cavabdeh1 və Cavabdeh2 məxsusdur. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Evə dair tam mülkiyyət hüququ, o torpaq sahəsinə dair qeyd etdiyi şəxslərin ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həyat yoldaşı X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə aşağıdakı vərəsələri qalmışdır: O, yəni- Nümayəndə, oğlu X16, qızı X14, Cavabdeh1 və Cavabdeh2. Hazırda o, mərhum həyat yoldaşı X2 miras əmlakını qanun üzrə vərəsəlik qaydasında qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir, lakin övladları Cavabdeh1 və Cavabdeh2 miras əmlakın bütövlükdə onun adına rəsmiləşdirilməsinə razı olmamışlar, notariat ofisinə gələrək bu barədə ərizə verməmişlər, bu səbəbdən də, Notariat ofisi vərəsələr arasında mirasla bağlı ixtilaflar olması əsası ilə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirmişdir. Mərhum həyat yoldaşının digər vərəsələri olan Zümrüd Abasova və Sadıq Eyvazov isə mirasın onun mülkiyytətinə verilməsinə razıdırlar. Yuxarıda qeyd etdiyi kimi mərhum həyat yoldaşı X21 rayonu Hil kəndində yerləşən 0.21 hektar torpaq sahəsinin birgə mülkiyyətçisidir və həmin torpaq sahəsi ümumilikdə 4 nəfərə məxsusdur. X18 vəfat etdiyi anadək birgə mülkiyyətdəki əmlakdakı payların müəyyən olunması barədə mülkiyyətçilər arasında razılaşma olmamışdır. Ona görə də, mülkiyyətçilər arasında paylar bərabər müəyyən ounmaqla həmin torpaq sahəsinin ¼ hissəsi mərhum Səçmi Eyvazovanın miras kütləsinə daxildir. Göründüyü kimi, mərhum həyat yoldaşı Səlmi Eyvazovanın mirasının notariat qaydasında bölüşdürülməsi mümkün olmamış, bu səbəbdən də miras məhkəmə qaydasında bölünməlidir. Yuxarıda qeyd etdiyi kimi mərhum Səlmi Eyzavovanın qanun üzrə vərəsələrindən olan Sadıq Eyvazov və Zümrüd Abasova mirasa dair öz paylarının ona verilməsinə razıdırlar, digər vərəsələr Cavabdeh1 və Cavabdeh2 isə buna razı deyillər. Ona görə də, mirasa dair onun payı 3/5 hissə müəyyən olunmalıdır. Qalan hissənin isə Cavabdeh1 və Cavabdeh2 verilməsinə etiraz etmir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı Nümayəndəiddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin ediləsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahişetmişdir. İddiaçı Nümayəndə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir,təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, işə işləri ilə əlaqədar gələ bilmir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etmişlər və məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, X2 miras kütləsinə daxil olan 0.21 ha torpaq sahəsinin ¼ hisəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasa dair miras payının 3/5 hissəsi müəyyən olunmaqla mülkiyyətə verilməsinə razılıqlarını bildirmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X16 iddianı qəbul etmişdir. Üçüncü şəxslər X11, X8 və Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər və həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qydiyyat nömrrəlihüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.21 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 112.1 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrəNümayəndə fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, X4, Cavabdeh1 və Cavabdeh2 X6torpaq sahəsi payı ümumi birgə olmaqla xüsusi mülkiyyətlərindədir. İşdə olan İİ-ЖГ № 420597 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X3 nikahları 14 fevral 1981-ci ildə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Eyvazova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 186572 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 21 yanvar 2025-ci il tarixli 5-63-12/2-S-35-8-45/2025 saylı arayışdan görünür ki, həqiqətən mərhum X5 vəfat etdiyi günə kimi ünvan 2i ünvanında yaşamışdır və onun ölümündən sonra nümayəndəlikdə olan məlumata görə aşağıdakı vərəsələri qalmışdır: Əri: X17, oğlu: X16, qızı: X9, qızı: X10, qızı: Cavabdeh2.Mərhumun ölümündən sonra miras əmlakını X17 idarə edir. İşdə olan 22 yanvar 2023-cü il tarixli 3 saylı Qusar rayonu Hil Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, Nümayəndə ünvan 1ində vergi borcu yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli ünvan 1i ünvanında yerləşən həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə payları ümumi birgə olmaqla Nümayəndə, X2, Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29 - 10301 olan, qeydiyyat tarixi xx.xx.2024-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.X5 07 oktyabr 2021-ci il tarixdə ölmüşdür. X2 ölümündən sonra birinci dərəcəli vərəsələr olaraq əri Nümayəndə, qızı Cavabdeh2, Cavabdeh1, X9 və oğlu X17 qalmışlar. Nümayəndə məhkəməyə müraciət edərək torpaq sahəsinin ¼ hissəsinə qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasa dair miras payının 3/5 hissədə müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145.miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır 1146. miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1, 1159.1.1. birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196.Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1. mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1252. əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255. qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1281. Əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən,cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən,tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığısübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcıhissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, mərhum X1 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən 0.21 hektar torpaq sahəsinin ¼ hissəsinə dair Nümayəndə qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasa dair miras payının 3/5 hissə müəyyən olunmalıdır. Cavabdeh1 və Cavabdeh2 iddiaçı Nümayəndə 3/5 hissədə pay almasına etiraz etmədiklərinə dair məhkəməyə ərizə ilə müraciət etmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mərhum X1 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən 0.21 hektar torpaq sahəsinin ¼ hissəsinə dair Nümayəndə qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasa dair miras payının 3/5 hissə müəyyən olunmalı və mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X1 miras kütləsinə daxil olan, ünvan 1ində yerləşən, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən 0.21 hektar torpaq sahəsinin ¼ hissəsinə dair Nümayəndə qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasa dair miras payı 3/5 hissə müəyyən olunsun və Nümayəndə mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar