Məhkəmə qərarları › İş №2(029)-306/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-306/2022

26.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-306/2022 26.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qanunla müəyyən olunmuş müddətin bərpası və vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qanunla müəyyən olunmuş müddətin bərpası və vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclasında baxılması 26 may 2022-ci il tarixə saat 16:00-a təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək hazırda işə baxılmasını tələb etmədiklərini bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs Qusar rayon Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizə verildiyindən həmin mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qanunla müəyyən olunmuş müddətin bərpası və vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar