Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-310/2020 12.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında qəbul edilmiş xx xxxx 2018ci il tarixli qərarın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» X4 X7 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul olunmuş xx xxxx 2018-ci il tarixli komissiya tərəfindən qəbul edilmiş qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 877.20 (səkkiz yüz yetmiş yeddi manat iyirmi qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1ində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh «Cavabdeh» X4 X7 İdarəsinin Qusar XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına uyğun mütəmadi olaraq qaz borcunu ödəmişdir. Heç vaxt qazla bağlı problemi olmamışdır. Əvvəllər abonent kimi qeydiyyatda onun mərhum həyat yoldaşı X2 olmuş və ərinin vəfatından sonra o, Xaçmaz RQİİ ilə müqavilı bağlayaraq abonent kodunu öz adına rəsmiləşdirmişdir. xx xxxxxx 2018-ci il tarixdə «Cavabdeh» X4 X7 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları Qusar rayonunun Çiləgir kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə gəlib həmin evə aid, lakin evindən aralı, küçə tərəfdə yerləşən qaz sayğacını çıxararaq yenisi ilə əvəz etmişlər. Ona qaz sayğacının kompyuter bazada qeydiyyatda olmaması və onların guya qeyri-qanuni təbii qazdan istifadə etmələri bildirilmişdir. Bununla əlaqədar ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuş və istifadəsində olan qaz cıhazlarının sayına görə ona itirilmiş qazın həcmi 4336 kub metr müəyyən edilmiş və 877.20 (səkkiz yüz yetmiş yeddi manat iyirmi qəpik) manatməbləğində dəymiş ziyan hesablanmışdır. O, əsassız hesablanmış 877.20 (səkkiz yüz yetmiş yeddi manat iyirmi qəpik) manat borcla qətiyyən razı deyildir. Bundan əlavə sayğac küçədə quraşdırılmışdır, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Qaz sayğacının kompyuter qeydiyyatına alınması onu quraşdıran idarəyə aiddir. Qaz sayğacının kompyuter qeydiyyatına alınmamasının vətəndaşa heç bir aidiyyatı yoxdur. Ona görə də xx xxxxxx 2018-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş xx xxxx 2018-ci il tarixli komissiya tərəfindən qəbul edilmiş qərar etibarsız hesab edilməli və həmin qərar əsasında əsassız hesablanmış 877.20 (səkkiz yüz yetmiş yeddi manat iyirmi qəpik) manat borc silinməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yteri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx xxxx 2018-ci il tarixli 84 nömrəliQaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədən görünür ki, İddiaçı özünə məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evində müqavilədə nəzərdə tutulmuş şərtlərlə təbii qazdan istifadə edir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, X1 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, sayğacın kompyuter qeydiyyatında olmadığı aşkarlanmışdır. Həmçinin qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan ««Cavabdeh» X4 X7 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul olunmuş xx xxxx 2018-ci il tarixli komissiya tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, X1 itirilmiş qazın bərpası üzrə 4386 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan AZ-İ № 048783 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 ilə X3 arasında xx xxxxxx 2003-cü il tarixdə Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyində 12 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına İskəndərova soyadı verilmişdir. İşdə olan AZ-İ № 896453 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx xxxxxx 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2017-ci il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin19-cu maddəsinə əsasəndövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh X4 X7 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacı kompyuter qeydiyyatında olmadığı üçün xx xxxxxx 2018-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının kompyuter qeydiyyatına alınmaması istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə «Cavabdeh» X4 X7 İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul olunmuş xx xxxx 2018-ci il tarixli komissiya tərəfindən qəbul edilmiş qərarı ilə 4386 kub metr qaz itkisi hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, «Cavabdeh» X4 X7 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxx 2018-ci il tarixli qərarı etibarsız hesab edilməli və həmin qərar əsasında İddiaçı hesablanmış 877.20 (səkkiz yüz yetmiş yeddi manat iyirmi qəpik) manat borc silinməlidir. Azərbayucan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Cavabdeh» X4 X7 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxx 2018-ci il tarixli komissiya qərarı etibarsız hesab edilsin, həmin qərar əsasında İddiaçı hesablanmış 877.20 (səkkiz yüz yetmiş yeddi manat iyirmi qəpik) manat borc silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-310/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-310/2020
12.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver