Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-311/2022 12.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X13”nun və “X7”nın adlarına verilmiş JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum atası və anası “X12”na və “X8”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 nömrəli qərarına əsasən mərhum atası və anası X9 və X5 Qusar rayonu Gedəzeyxur kəndi ərazisindən 0.24 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. X2 10 dekabr 2015-ci il tarixdə “Ağciyərlərin ödemi” xəstəliyindən, anası X8 23 aprel 2013-cü ildə “Miokardın degenerasiyası” xəstəliyindən vəfat etmişlər. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. Həmin şəhadətnamədə mərhum X2nun adı və ata adı səhvən “X13”, mərhum anası X3 adı səhvən “X7” kimi qeyd edilmişdir. Ölümünü təsdiq edən bütün sənədlərdə mərhum X2nun adı və atasının adı “X12”, mərhum anası X3 adı “X8” kimi qeyd edilmişdir. X18 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də ərizəçilərin soyadları, adları və ata adları ölümünü təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mərhum X2nun adı və ata adı səhvən “X13”, mərhum anası X3 adı səhvən “X7” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum atası və anası X9 və X5 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də mərhum X2nun ad və ata adının “X12” və mərhum anası X3 adının “X8” olması ərizəyə əlavə etdiyi həmin şəxslərin ölümünü təsdiq edən sənədlərlə təsdiq olunur. Ba faktı bir çox şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və izahatında göstərmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 nömrəli qərarına əsasən mərhum atası və anası X9 və X5 fərdi yaşayış evinin tikilməsi üçün verilmiş həyətyanı torpaq sahəsinə dair Şəhadətnamədə mərhum atasının adı səhvən Yaqub ata adı səhvən Qönçəli, anasının adı səhvən Laminit yazılmışdır. Onun Yaqub adlı əmisinin nəvəsi vardır. Həmin şəxs Gəncə şəhərində yaşayır, kənddə heç vaxt olmamışdır. O, 1 il əvvəl bankdan kredit almaq istəyəndə şəhadətnamədə səhvlərə yol verildiyini bilmişdir. 20 ildən çoxdur ki, həmin şəhadətnamə ona verilmiş, mərhum atası şəhadətnamədə olan səhvlərin düzəldilməsi üçün Bələdiyyə sədrinə vermiş, uzun müddət həmin şəhadətnamə bələdiyyədə olmuşdur. Aqrar İslahat Komissiyasının qərarı onda yoxdur, o, həmin qərarı mübahisələndirməmiş və heç bir yerı şikayət verməmiş, həmçinin məlum Şəhadətnaməni də mübahisələndirməmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddələsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, Ərizəçi izahatlını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə X10 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 781290 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10.12.2015-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölmüşdür. İşdə olan AZ-İ 606060 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23.04.2013-cü il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölmüşdür. İşdə olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli 306 saylı arayışdan görünür ki, JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 əvəzinə X12, X7 əvəzinə X8 oxunmalıdır. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi 15 avqust 1965-ci il tarixdə Qusar rayonunun Gedəzeyxur kəndində anadan olmuş və hal-hazırda həmin kənddə qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli **********38 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə X10 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin Şəhadətnamənin verilməsinə əsas olmuş Qusar rayon Aqrar islahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarında ərizəçinin atasının adının və ata adının və anasının adının səhv göstərilməsi isə ərizəçi tərəfindən həmin vaxtdan indiyədək mübahisələndirilməmiş, həmin qərar dəyişdirilməmiş, hazırda qüvvədədir. Həmçinin, həmin qərar əsasında verilmiş Şəhadətnamə də hazıradək mübahisələndirilməmiş, hazırda qüvvədədirlər. Ərizəçinin istinad etdiyi Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 306 saylı arayışı isə məhkəmə qəbul etmir. Belə ki, həmin arayışda JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 əvəzinə X12, X7 əvəzinə X8 oxunmalı olduğu göstərilsə də, həmin arayış ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübutlar deyildir. Məlum Şəhadətnamədə ərizəçinin atasının ata adının və adının və anasının adının səhv yazılması və həmin şəxslərin məhz Şahlar Yaqubov və Lamunat Yaqubova olması qeyd edilən arayışla aradan qaldırılan hal deyildir. Bununla da, ərizəçinin istinad etdiyi hallarla bağlı-torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ərizəçnin atasının adı və ata adının səhvən “Yaqub Qönçəli oğlu” kimi, anasının adının səhvən “Laminit” kimi qeyd edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, məlum Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının həmin qərarında hər hansı dəyişiklik olunmadan, Şəhadətnamədə ərizəçinin atasının adının və ata adının, həmçinin anasının adının səhv yazılmasını, həmin sənədin əslində məhz ərizəçinin atasına və anasına aid olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, JN:421F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçinin atasına və anasına məxsus olması faktına dair həmin şəxs tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçinin maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-311/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-311/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver