Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-315/2023 12.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X16 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X6”nun, X5”nın adlarına verilmiş JN-340A KOD 30127018, JN-340F KOD 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və “X6”nun, X5”nın, “Ərizəçi”nun adlarına verilmiş JN-251 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi, X2, X9 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 28 dekabr 2001- ci il tarixli 14/2 və 17 mart 1998-ci il tarixli 5/1 saylı qərarlarına əsasən Ərizəçi, X9 və X7ma Qusar rayonunun Quxur kəndi ərazisindən 0.004 ha, 0.30 ha həyətyanı torpaq sahələri və 1.98 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-340A KOD 30127018, JN-340F KOD 30127018 saylı şəhadətnamə və JN-251 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X8 adı səhvən “Əhmədağa” kimi qeyd edilmişdir. Ölümünü təsdiq edən bütün sənəddə X8 adı “Əhməd” kimi kimi qeyd edilmişdir. X15 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-340A KOD 30127018, JN-340F KOD 30127018 saylı şəhadətnamədə və JN-251 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da mülkiyyətçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin sənədlərdə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-340A KOD 30127018, JN- 340F KOD 30127018 saylı şəhadətnamədə və JN-251 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçi X8 adı səhvən”Əhmədağa” kimi qeyd edildiyi üçün həmin idarə lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də, həmin şəhadətnamələrin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-340A kod 30127018 və JN-340F kod 30127018 saylı torpağin mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin surətlərindən grünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli qərarı ilə Qusar rayonu Quxur oba kəndi ərazisində yerləşən 0.04 və 0.30 ha həyətyanı torpaq sahələri X3 və X1 birgə mükiyyətlərinə verilmişdir. İşdə olan JN:251 kod 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/1 nömrəli qərarı ilə Qusar rayonu Quxur oba kəndi ərazisində yerləşən 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X1 və Ərizəçi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 368807 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşdə olan Seriya AZE 03339388 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1935-ci ildə Quba şəhərində anadan olmuş, Qusar rayonu Quxur-oba kəndində yaşamışdır. İşdə olan AZ-İİ 277536 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan İ-JQ 362724 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə anadan olmuş, atası X6, anası X4r. İşdə olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli 660 saylı arayışdan görünür ki, JN:251 kod 30127018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən X6 qeyd edilmiş, həmin şəxsin adı ölüm haqqında şəhadətnamədə olduğu kimi X10 yazılmalı və oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli 661 saylı arayışdan görünür ki, JN-340F kod 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən X6 qeyd edilmiş, həmin şəxsin adı ölüm haqqında şəhadətnamədə olduğu kimi X10 yazılmalı və oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli 662 saylı arayışdan görünür ki, JN-340A kod 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən X6 qeyd edilmiş, həmin şəxsin adı ölüm haqqında şəhadətnamədə olduğu kimi X10 yazılmalı və oxunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********03 saylı məktubdan görünür ki, ərizəyə əlavə olunmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-251 (kod ********) nömrəli Dövlət aktında və JN-340F, 340A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə qeyd olunmuş hüquq sahiblərinin adı, soyad və ata adlarında yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-251 KOD 30127018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN:340A və JN:340F kod 30127018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında və şəhadətnamələrdə göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını, o cümlədən mərhum valideynlərinin mirasına dair vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-251 KOD 30127018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN:340A və JN:340F kod 30127018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi, mərhum X10 və mərhum X4r. Lakin, həmin Dövlət aktında və Şəhadətnamələrdə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin dövlət aktının və şəhadətnamələrin ərizəçinin mərhum atası X9 məxsus olması faktı müəyyən olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, ərizə həmin dövlət aktının və şəhadətnamələrin mərhum X2, həmçinin dövlət aktının ərizəçinin özünə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, qeyd olunan dövlət aktında və şəhadətnamələrdə hüquq sahibi kimi göstərilmiş mərhum Gülbacı Əzizbəyovanın həmin sənədlərdəki adı, soyadı və ata adı ilə ölümünü təsdiq edən şəhadətnamədə göstərilən adı, soyadı və ata adı arasında, o cümlədən Ərizəçi özünün həmin dövlət aktındakı adı, soyadı və ata adı ilə şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, soyadı və ata adı arasında hər hansı uyğunsuzluq mövcud deyildir. Belə olan halda, həmin dövlət aktının və şəhadətnamələrin həm də mərhum Gülbacı Əzizbəyovaya, dövlət aktının isə həm də ərizəçinin özünə məxsus olması faktının müəyyən edilməsinə zərurət yoxdur. Odur ki, ərizə həmin hissədə təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X6”nun, X5”nın adlarına verilmiş JN-340A KOD 30127018, JN-340F KOD 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və “X6”nun, X5”nın, “Ərizəçi Əmədağa oğlu”nun adlarına verilmiş JN-251 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının xx.xx.2009-cu il tarixdə vəfat etmiş X9 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-315/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-315/2023
12.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver