Məhkəmə qərarları › İş №2(029)-321/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-321/2025

10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-321/2025 10.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3- 48-DA-6F12-2xx-xx/2024 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-48-DA-6F12-2xx-xx/2024 saylı arxiv arayışına əsasən Qusar şəhər XDS İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli 43 nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi uzun müddətdir ki, onun faktiki sahibliyində və istifadəsindədir. Bu yaxınlarda həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədi ilə sənədləri toplayarkən məlum olmuşdur ki, Qusar şəhər XDS İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli 43 nömrəli qərarında onun soyadı və adı Ərizəçi əvəzinə Həsrətov Həsrət qeyd edilmişdir. Bu səbəbdən də, torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmamış, bu barədə qeydiyyat orqanı olan Daşlnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-1144/2025 saylı məktub verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 25 oktyabr 2024cü il tarixli 3-48-DA-6F12-2xx-xx/2024 saylı arxiv arayışında yazılmış X1 ilə onun, yəni Ərizəçi eyni şəxs olması barədə Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən 19 noyabr 2024-cü il tarixli 2625 saylı arayış verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 25 oktyabr 2024cü il tarixli 3-48-DA-6F12-2xx-xx/2024 saylı arxiv arayışı Qusar şəhər XDS İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli 43 nömrəli qərarı ilə ona ayrılmış 400 kv.metr torpaq sahəsinə dair onun əmlak hüquqlarını həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də hesab edir ki, həmin sənədin ona məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-48-DA-6F12-2xx-xx/2024 saylı arxiv arayışından görünür ki, Qusar şəhər XDS İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli 43 nömrəli qərarı ilə X2 fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 19 noyabr 2024-cü il tarixli 2625 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3- 48-DA-6F12-2xx-xx/2024 saylı arayışda yazılmış X3, Seriya AZE №******** Qusar RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində yazılmış Ərizəçi eyni şəxsdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi həqiqətən də, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-48-DA-6F12-2xx-xx/2024 saylı arxiv arayışı məxsusdur. Lakin, həmin arxiv arayışında yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 25 oktyabr 2024cü il tarixli 3-48-DA-6F12-2xx-xx/2024 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar