Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-326/2024 10.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “X37 X19 etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “X37 X19 etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli 2V-1120 reyestr nömrəli X37 X19 etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1985-ci ildə Qusar rayonu Kuzun-Qışlaq kəndində anadan olmuş və anadan olduğu gündən 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən X1na məxsus Qusar rayon Kuzun-Qışlaq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. X1 ilə nənəsi X22 birgə nikahından Ələkbər Əlismanov (vəfat etmişdir), Cavabdeh, Ələsgər Balayev (vəfat etmişdir), Mütəllim Balayev və Səlimə Balayeva adlarında 5 övladı olmuşdur. X5 xx.xx.2002-ci ildə vəfat etmişdir. O, 2009-cu ilə ailə həyatı qurmuş və ailə qurduqdan sonra da ailəsilə birlikdə babasına məxsus həmin evdə yaşayır. X2 02 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 yanvar 2013-cü il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. X2 Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə ilə Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən özünə məxsus evini, evin inventar avadanlıqlarını, pay torpaq sahələrini ona, yəni İddiaçı vəsiyyət etmişdir. Bununla razılaşmayan bibisi Cavabdeh Məmmətbağır qızı və onun nümayəndəsi X4 rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD-ə üzrə nümayəndəliyinə və ona qarşı Qusar rayon Məhkəməsində iddia qaldıraraq həmin nümayəndəliyin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli xx.xx.2012-ci il tarixli qeydin ləğv edilməsinə, həmin qeyd əsasında verilmiş 8 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə Qusar rayon Məhkəməsində baxılaraq iddianın təmin edilməsinə dair xx.xx.2020-ci il tarixli 2(029)-41/2020 saylı qətnamə qəbul edilmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)- 41/2020 saylı qətnaməsindən verdiyi şikayətə Apellyasiya Məhkəməsində baxılaraq Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin ləğv edilməsinə dair xx.xx.2020ci il tarixli, 2(105)-1627/2020 saylı qətnamə qəbul edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh Məmmətbağır qızı kassasiya şikayəti vermiş və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1193/21 nömrəli qərarı ilə Cavabdeh Məmmətbağır qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 2(105)-1627/2020 nömrəli 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da 02 yanvar 2013-cü il tarixdə ölmüş mərhum babası X7, özünə məxsus olan Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən evinin, evin inventar avadanlıqlarının, pay torpaq sahələrinin ona vəsiyyət edilməsinə dair Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD-üzrə nümayəndəliyinin qeydlər kitabında xx.xx.2012-ci il tarixdə 8 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə təsdiqini tapmışdır. Bundan əlavə anadan olduğu xx.xx.1985-ci il tarixdən bu günə qədər babası X10 məxsus olan Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən evində yaşayır və babası vəfat etdikdən sonra da onun əmlakına o sahiblik edərək idarə etmişdir. Buna baxmayaraq, Qusar rayon Notariat Ofisinin xüsusi X11, babası X7 vərəsəsi kimi Cavabdeh Məmmətbağır qızını miras əmlakdan 1/1 hissədə pay almaqla qanun üzrə vərəsə kimi təsdiq etmiş və ona xx.xx.2023-cü il tarixli reyestrdə 2V-1120 nömrə ilə qeyd edilən X37 X27 təqdim etmişdir. Həmin şəhadətnamə ilə babası Məmmədbağır Balayevin mirasına daxil olan, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən ümumi sahəsi 212.7 kv.metr, yaşayış sahəsi 56.4 kv.metr, yardımçı sahəsi 156.3 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi, o cümlədən 0.40 ha torpaq sahəsinin X1na məxsus hissəsi X37 qaydasında Cavabdeh verilmişdir. Göründüyü kimi, mülki qanunvericilikdə miras əmlakın vərəsələrə qanun və vəsiyyət üzrə olmaqla iki əsasla keçməsini müəyyən etmişdir. X37 o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur və ya vəsiyyətnamə tam və ya hansısa hissədə etibarsız hesab olunur. Hazırkı halda, miras qoyan X12 öldüyü günə özünə məxsus olan bütün əmlakları, o cümlədən fərdi yaşayış evini ona vəsiyyət etmiş, bu barədə xx.xx.2012-ci il tarixli vəsiyyətnamə tərtib etmiş və həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Kuzun qışlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən həmin tarixdə reyestrdə 8 nömrə ilə qeyd edilməklə iki şahidin iştirakı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədədir. Buna baxmayaraq, Qusar rayon Notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə deyil, X37 müəyyən olunmaqla Cavabdeh adına xx.xx.2023-cü il tarixli reyestrdə 2V-1120 nömrə ilə qeyd edilən X37 X27 verilmişdir. Bununla da, Qusar rayon Notariat ofisi tərəfindən mülki qanunvericiliyin vərəsəlik hüququ münasibətlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, miras qoyan Məmmədbağır Balayev özünün bütün mirasına dair vəsiyyətnamə qoyduğu üçün onun mirasına dair X37 müəyyən oluna bilməzdi. Odur ki, Qusar rayon Notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli 2V-1120 reyestr nömrəli X37 X27 Mülki Məcəllənin tələbləri, o cümlədən onun vərəsəlik hüququ pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Şəxsi işlərilə əlaqədar olaraq məhkəmə iclaslarında iştrak edə bilmir. Odur ki,iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00-da keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin1 85.4, 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan seriya xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.40 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X8 və X22 ümumi birgə mülkiyyətində, həmin torpaq sahəsində yerləşən 212.7 kv.metr sahəsi olan fərdi yaşayış evi X8 adına qeydiyyata alınmışdır. İşdə olan 23 noyabr 2023-cü il tarixli X37 X19 surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1ində yerləşən X8 və X22 ümumi birgə mülkiyyətində olan 0.40 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən X8 adına qeydiyyata alınmış 212.7 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarətdir. İşdə olan 16 may 2020-ci il tarixli X37 X19 surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1ində yerləşən X9 aid 1.3052 ha torpaq sahəsindən ibarətdir. İşdə olan AZ-İİ 049136 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü iltarixdə ünvan 1ində ölmüşdür. İşdə olan AZ-İ 606207 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2013-cü ildə ünvan 1ində ölmüşdür. İşdə olan **********355 və **********285 saylı ərizələrin surətlərindən görünür ki, X16 ilə idrisova Səlimə Məmətbağır qızı xx.xx.2013-cü ildə vəfat etmiş mərhum X6 və xx.xx.2013-cü ildə vəfat etmiş mərhum X23 miras qalmış əmlakların, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər. Hal-hazırda qəbul etmirlər. 6 aylı müddəti buraxmışlar, həmin müddətin bərpası üçü və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Cavabdeh tərəfindən Qusar rayonu Notariat ofisinə ünvanlanmış **********286 ərizənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə ünvan 1i ünvanında yaşayan atası X12 vəfat etmişdir. Həmçinin xx.xx.2013-cü il tarixdə ünvan 1i ünvanında yaşayan anası X31 vəfat etmişdir. Göstərilən əmlakara dair X37 X27 verilməsini xahiş etmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-41/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, 20 yanvar 2013-cü il tarixdə ölmüş X8 miras əmlakına dair Qusar rayon Notariat Ofisi tərəfindən X17 verilmiş reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli X37 X19 etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan 21 avqust 2020-ci il tarixli 2(105)-1627/2020 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Qusar rayon Məhkəməsinin 2(029)-41/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1193/2021 saylı qərarından görünür ki,iddiaçı Cavabdeh Məmmətbağır qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1627/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. X37 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. X37 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. X37 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar X37 zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1166.Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167.Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168.Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1178.Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, X37 əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X37 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245.Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255. qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik X27 verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. İş materiallarından görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-41/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə, 20 yanvar 2013-cü il tarixdə ölmüş X8 miras əmlakına dair Qusar rayon Notariat Ofisi tərəfindən X17 verilmiş reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli X37 X19 etibarsız hesab edilməsi qət edilmiş, 21 avqust 2020-ci il tarixli 2(105)-1627/2020 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Qətnaməsi ilə, Qusar rayon Məhkəməsinin 2(029)-41/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1193/2021 saylı qərarı ilə, Cavabdeh Məmmətbağır qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1627/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, İddiaçı vəsiyyət üzrə vərəsədir, onun həmin əmlakda payı var, həmin əmlakda vəsiyyət üzrə payı olduğu təqdirdə hazırkı vəsiyyətnamədə cavabdehin göstərilmiş tam payı alması məhkəmə düzgün hesab etmir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən X37 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi mübahisə edilə əmlak üzrə vəsiyyət üzrə vərəsə olduğu təqdirdə, Qusar rayon notarius ofisi həmin vəsiyyət üzrə vərəsənin payını nəzərə almadan Cavabdeh tam pay vermişdir. Belə olan halda Mülki Məcəllənin 1133.2-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli 2V-1120 reyestr nömrəli X37 X19 etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli 2V-1120 reyestr nömrəli X37 X21 etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-326/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-326/2024
10.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver