Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-331/2025 22.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X2, Maraqlı şəxs4 Filyaddin oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X2, Maraqlı şəxs4 Filyaddin oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, KOD 30104028 JN-0025 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktın, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, X2 və Maraqlı şəxs4 Filyaddin oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə Qusar rayonu Böyük Muruq kəndində yaşayır. Qusar rayon Agrar İslahat Komissiyasının 03 may 1999-cu il tarixli 22 saylı qərarı ilə onun və ailəsinin mülkiyyətinə Qusar rayonu Böyük Muruq ərazisindən 6.12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları KOD 30104028 JN-0025 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X9 25 nömrə ilə qeydiyyat kitabında qeydiyyata alınmışdır. KOD 30104028 JN-0025 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edəndə Agrar İslahat Komissiyası tərəfindən səhvlərə yol verilmişdir. Belə ki, atasının adı Klas əvəzinə səhvən “Kalas”, arvadının atasının adı isə Binyat əvəzinə səhvən “Bünyamin” yazılmışdır. Agrar İslahat Komissiyası tərəfindən göstərilən səhvlərin buraxılması Qusar rayon İHB-nın Qusar rayon Əcəxur kənd İnzibati Ərazi Dairəsi üzə Nümayəndəliyinin 26 dekabr 2024-cü il tarixli 256 saylı arayışla və digər sənədlərlə də təsdiqlənir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Komitəsinin şöbələrinin ləğv edildiyi üçün Dövlət Aktında buraxılmış səhvlərin düzəliş edilməsi məqsədi ilə rəsmi ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsinin 22 yanvar 2025-ci il tarili 3-21-3-34/2-805/2025 saylı məktubla KOD 30104028 JN-0025 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahiblərin adlarında yaranış uyğunsuzluğu aradan qaldırılması və düzəlişin həyata keçirilməsi idarənin səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Yuxarıda qeyd olunduğu kimi KOD 30104028 JN-0025 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktın ona yəni, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, X2 və Maraqlı şəxs4 Filyaddin oğluna məxsus olması faktının müəyyən edilməsi 6.12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30104028 JN-0025 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 03 may 1999-cu il tarixli 23 saylı qərarı ilə Qusar rayonu Böyük Muruq kəndində yerləşən 6.12 ha torpaq sahəsi Ərizəçi Kalas oğlunun, Maraqlı şəxs1 Bünyamin qızının, Maraqlı şəxs2, X1 və Maraqlı şəxs4 Filyaddin oğlunun xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 256 saylı Qusar RİHB-nın Əcəxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 03 may 1999- cu il tarixli 23 saylı qərarı ilə verilmiş JN 0025 KOD 30104028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçi Ərizəçi adı səhvən Ərizəçi Kalas oğlu, Maraqlı şəxs1 adı Maraqlı şəxs1 Bünyamın qızı, Maraqlı şəxs3 adı X4 və Maraqlı şəxs4 adı Maraqlı şəxs4 Filyaddin oğlu kimi qeyd edilmişdir. Ona görə də həmin adlar müvafiq olaraq Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 kimi oxunmalıdır. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966cı ildə anadan olmuşdur. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1969-cu ildə anadan olmuşdur. İşdə olan AZ-İ 644599 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 nikahları xx.xx.2011-ci il tarixdə Qusarrayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30104028 JN-0025 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X5, Maraqlı şəxs4 Filyaddin oğludur. Lakin X9ında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, X9ının Ərizəçi və maraqlə şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X2, Maraqlı şəxs4 Filyaddin oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. KOD 30104028 JN-0025 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktın Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X2 və Maraqlı şəxs4 Filyaddin oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-331/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-331/2025
22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver