Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-334/2023 30.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi, X3, X12, Salmanova (Sadiyeva) Naida Muradxanovnanın, X15 və X16 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi, X13, X29, Salmanova (Sadiyeva) Naida Muradxanovna, X26 və X27 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X14”nun, “X24”nın, “X17”nın, “X18”nun, “X19”nun, “X25”nun, adlarına verilmiş JN:0031 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni, Ərizəçi, X5, X20, Salmanova (Sadiyeva) Naida Muradxanovnaya, X21 və X22 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onların ailə üzvlərinə Qusar rayonunun Haçatala kəndi ərazisindən 4.46 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0031 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Həmin dövlət aktında Ərizəçi soyadı səhvən “Sərkərov, ata adı səhvən “Muradxan oğlu, X1 səhvən “Sədiyev”, X2 səhvən “Sərkərova”, Salmanova (Sadiyeva) Naida Muradxanovnanın soyadı səhvən “Sərkərova”, adı səhvən “Naidə”, ata adı səhvən “Muradxan qızı”, X15 soyadı səhvən “Sərkərov”, ata adı səhvən “Muradxan oğlu”, X16 soyadı səhvən “Sərkərov”, ata adı səhvən “Muradxan oğlu” qeyd edilmişdir. Salmanova (Sadiyeva) Naida Muradxanovna 07 noyabr 2012-ci il tarixdə X30 nikah bağlamış və onun soyadını, “Salmanova” soyadını qəbul etmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi soyadı “Sadiyev”, ata adı “Muradxanoviç”, X1 “Sadiyev”, X2 “Sadiyeva”, Salmanova (Sadiyeva) Naida Muradxanovnanın soyadı “Salmanova”, adı “Naida”, ata adı “Muradxanovna”, X15 soyadı “Sadiyev”, ata adı “Muradxanoviç”, X16 soyadı “Sadiyev”, ata adı “Muradxanoviç” qeyd edilmişdir. Əslində JN:0031 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da onların soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs DƏDKR PHŞ-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin JN:0031 KOD 30124018 saylı Dövlət Aktında Ərizəçi soyadı səhvən “Sərkərov, ata adı səhvən “Muradxan oğlu, X1 səhvən “Sədiyev”, X2 səhvən “Sərkərova”, Salmanova (Sadiyeva) Naida Muradxanovnanın soyadı səhvən “Sərkərova”, adı səhvən “Naidə”, ata adı səhvən “Muradxan qızı”, X15 soyadı səhvən “Sərkərov”, ata adı səhvən “Muradxan oğlu”, X16 soyadı səhvən “Sərkərov”, ata adı səhvən “Muradxan oğlu” qeyd edildiyi üçün DƏDKR PHŞ-nin 5 saylı Ərazi İdarəsi onlara çıxarış verməkdən imtina etmişdir. Ona görə də həmin Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər Ərizəçi, X5, X20, Salmanova (Sadiyeva) Naida Muradxanovnaya, X21 və X22 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar ərizəni müdafiə edirlər. Bundan başqa şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələbilmirlər, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:0031 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə Qusar rayonu Şirvanovka kəndində yerləşən 4.46 ha torpaq sahəsi X4, X9, X6, X7, X8 və X10 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İşdə olan AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İşdə olan AA1541612 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İşdə olan AZE 15228435 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X27 xx.xx.1990-cı il tarixdə Qusar rayonun Şirvanovka kəndində anadan olmuşdur. İşdə olan 34 11 057814 saylı Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən görünür ki, X26 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İşdə olan 07 16 179425 saylı Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən görünür ki, X23 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İşdə olan İİ-ДН № 549258 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X11 nikahları 07 noyabr 2012-ci il tarixdə 601 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Salmanova” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 16 yanvar 2023-cü il tarixli 24 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə X5 və onun ailə üzvlərinə verilmiş JN:0031 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun və ailə üzvlərinin adları səhv olaraq aşağıdakı kimi yazılmışdır. 1. X14, 2. X24, 3. X17, 4. X18, 5. X19, 6. X25. Həqiqətən onun və ailə üzvlərinin adları aşağıdakı kimi yazılmalıdır. 1. X13, 2. X29, 3. X28, 4. X26, X27, Ərizəçi. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN:0031 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X14”nun, “X24”nın, “X17”nın, “X18”nun, “X19”nun, “X25”nun, adlarına verilmiş JN:0031 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni, Ərizəçi, X5, X20, Salmanova (Sadiyeva) Naida Muradxanovnaya, X21 və X22 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X14”nun, “X24”nın, “X17”nın, “X18”nun, “X19”nun, “X25”nun, adlarına verilmiş JN:0031 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni, Ərizəçi, X5, X20, Salmanova (Sadiyeva) Naida Muradxanovnaya, X21 və X22 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-334/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-334/2023
30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver